I FƏSİL. AQRAR SEKTOR VƏ ONUN ÖLKƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ROLU
1.1 Aqrar sektorun iqtisadi fəaliyyət sahəsi kimi ümumi xarakteristikası və əhəmiyyəti
Kənd təsərrüfatı, iqtisadiyyatın əhalini qida (ərzaq, qida) ilə təmin etmək və bir sıra sənayelər üçün xammal əldə etmək bir hissəsidir. Bu sahə demək olar ki, bütün ölkələrdə ən vacib sahələrdən biridir. Dünya əkinçilikdə təxminən 1 milyardı iqtisadi cəhətdən aktiv əhali çalışır.
Kənd təsərrüfatının yaranması təxminən 12 min il əvvəl başlayan və istehsal edən bir iqtisadiyyatın və sivilizasiyanın sonrakı inkişafının başlamasına səbəb olan istehsal vasitələrində "Neolit inqilabı" ilə əlaqələndirilir.
Məlum olduğu kimi müasir dövrümüzün ən ciddi problemləri sırasında yoxsulluğu və dünyanın bir sıra ölkələrində qida çatışmamazlığını da qeyd etmək lazımdır. Belə ki, dünya miqyasında bu cür aclıq və qida problemlərinin olması, bunun nəticəsində yarana biləcək xəstəliklərin qarşısını almaq üçün bu sahədə təxirəsalınmaz işlərin görülməsi vacibdir. Buna misal olaraq ötən zaman ərzində kənd təsərrüfatı sahəsində, dünya ərzaq malları bazarında meydana gələn vacib dəyişikliklərin təhlil edilməsi və onların qiymətləndirilməsi bu sahədə və qarşıda duran problemləri həlli üçün ən önəmli faktorlardan biridir.
Ölkə ərazisində iqtisadi təhlükəsizliyi təmin edilməsi hər zaman diqqət mərkəzindədir və dövlətin qarşısında duran ən önəmli məsələlərdəndir. Lakin qeyd etmək lazımdır ki, iqtisadi inkişafa nail olunması kənd təsərrüfatından da yan keçmir. Ölkədə iqtisadi inkişafa nail olmaq üçün ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi çox vacib əhəmiyyət kəsb edir. Bunun üçün ölkədə kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlərə nail olmaq, inkişaf yolu tutmaq vacibdir ki, bu da dövlət dəstəyi sahəsində həyata keçirilir.
Bundan əlavə ölkə ərazisində ərzaq mallarına olan qiymət səviyyəsinin dəyişməsi tək iqtisadi amillərlə deyil, eyni zamanda sosial və ölkələrarası siyasi amillərlə də əlaqəli ola bilər. Dünya miqyasında müxtəlif ölkələr arasında davam edən münaqişələr, müəyyən sahələrdə liderliyi ələ keçirmək uğrunda gedən mübarizələr və soyuq müharibələr kənd təsərrüfatı sektoruna, dünya ərzaq malları bazarında qiymətlərin səviyyəsinin müəyyənləşməsinə, formalaşmasına öz ciddi təsirini göstərir.
Aparılan müşahidələr göstərir ki, ölkədə ərzaq malları istehsal edən sahibkarların bazara çıxış imkanlarının elə də çox olmaması bu sahənin inkişafını ciddi sürətdə geri salan real faktorlardan biridir. Respublikamızda aqrar sahənin inkişafını ləngidən bir sıra amillər də mövcuddur. İnkişafda meydana gələn ləngimənin əsas səbəbi kimi kənd təsərrüfatı sahəsində satış infrastrukturunun elə də güclü inkişaf etməməsini, satış kanallarının az olmasını göstərmək olar. Məhz bu səbəbdən də istehsalçıların aqrar bazara çıxış imkanları olduqca azdır. Bu sahədə ciddi irəliləyişlərə və yüksək inkişafa nail olmağın əsas yollarından biri investisiya yatırımıdır.
Bazar münasibətləri şəraitində kənd təsərrüfatı bazarının əsas infrastruktur faktorlarından biri ərzaq məhsulları istehsal edən şəxslərin istehsal etdikləri məhsullarının istənilən formada satışına şərait yaradan topdansatış bazarlarıdır. Lakin ölkədə bu sahədə aparılan ciddi islahatlara baxmayaraq müvafiq infrastrukturun yaradılması bu günə qədər mümkün olmamışdır. Məhz bu səbəbdən ərzaq malları istehsalçıları öz mallarını bazara çıxartmaq üçün göstərdikləri səylər onları çətinliklərlə üz-üzə qoyur. Belə ki, bu prosesdə zamanı onlar çoxlu vaxt və maliyyə problemləri yaşayırlar. Bazar infrastrukturunun ən vacib hesab edilən funksiyalarını bu formada qruplaşdırmaq olar:
Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarına öz məhsullarını rahat şəkildə bazara çıxartmaq imkanı yaradan lazımı və müasir avadanlıqlarla təmin edilmiş yerlərin təhvil verilməsi;
Bazarda məhsul satışı ilə məşğul olan sözügedən istehsalçılara qiymətlər, məhsullara olan müvafiq tələb və təklifin həcmi barəsində düzgün məlumatların verilməsi;
Aqrar sahədə zəruri hesab olunan avadanlıqların (məs: anbarların) qısa müddətdə istehsalçılara icarəyə verilməsinin təmin edilməsi
Ərzaq malları istehsalçılarına məhsulların qablaşdırılması, müəyyən çeşidlərə bölünməsi və s. üçün ödənişli xidmətlərin göstərilməsi
Azərbaycanda subtropik və mülayim iqlim qurşaqlarının kəsişməsində yerləşdiyindən kənd təsərrüfatı qədimdən insanların ənənəvi məşğuliyyəti oluşdur. Ölkəmizdə təbii şərait, torpaq-iqlim xüsusiyyətləri kənd təsərrüfatının inkişafına öz təsirini göstərir. Ölkədə kənd təsərrüfatı mıhsullarının istehsalı genişlənir və yeni texnologiyaların tətbiqi nəticəsində durmadan artır. Kənd təsərrüfatı sektoru xüsusiyyətləri və məzmunu ilə kompleks bir quruluşa malikdir. Kənd təsərrüfatının hava şəraitindən və torpaqdan asılılığı onun davamlılığı təmin etmədiyi və sabit bir quruluşa malikdir.
Azərbaycan iqtisadiyyatının ÜDM-də aqrar sektor, neft-qaz senayesi və tikintidən sonra üçüncü yeri tutur. Bugün üçün Azərbaycanın qarşısında duran ən böyük məqsədlərdən biri iqtisadiyyatı yalnız bir sahədə- neft-qaz sahəsindən olan asılılığından xilas etməkdir.2015-ci ildə baş vermiş devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatının bir sahədən-neft-qazdan asılı olduğu açıq-aşkar özünü göstərdi. Bu devalvasiya Azərbaycan iqtisadiyyatına böyük miqdarda zərər gətirdi. Hal-hazırda Azərbaycan Respublikası neft və qaz sektorudan asılı olduğundan şaxələndirmə siyasətini həyata keçirir və bunun nəticəsində, ölkə olaraq neft və qaz sektorundan olan asılılığı azaltmağa çalışır. Aşağıdaki cədvəldən də göründüyü kimi son illərdə bu sahədə aparılan dövlət tədbirləri sayəsində bu sahənin ÜDM-dəki payı artmaqdadır. Bu artımın gələcək illərdə də artacağı proqnozlaşdırılır.
Kənd təsərrüfatının son illərdə ÜDM-dəki payı
İllər
|
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
|
|
milyon manat
|
Faiz
|
2011
|
2643.5
|
5.1
|
2012
|
2813.7
|
5.1
|
2013
|
3122.2
|
5.4
|
2014
|
3139.2
|
5.3
|
2015
|
3359.4
|
6.2
|
2016
|
3386.8
|
5.6
|
2017
|
3949.3
|
5.6
|
Kənd təsərrüfatinda istehsalla bərabər emal sənayesi də artmaqdadır. Respublikamızda son illərdə aparılan uğurlu siyasət nəticəsində emal sənayesi müəyyən qədər inkişaf etmişdir. Kənd təsərrüfatı emal sənayesi ət və süd məhsulları, meyvə-tərəvəz konservləri və şirələri, bitgi yağları, tomat, pivə və şərab məhsulları, yun, barama və gön dəri çörək və makaron məmulatları, yarma və un məsullarının ilkin emalı, fermentləşdirilmiş tütün istehsalı və s. kimi sahələrdən ibarətdir.
|
2018
|
I rüb
|
II rüb
|
III rüb
|
IV rüb
|
Kənd təsərrüfatı, ovçuluq və meşəçilik
|
169.1
|
436.0
|
692.6
|
362.2
|
Balıqçılıq
|
11.4
|
29.8
|
47.1
|
25.1
|
2018-ci ilin kənd təsərrüfatı statistikasına ayrılıqda fikir versək 1-ci və 3-cü rübdə istehsalın az olduğunu görə bilərik. Bunu həmin rüblərdə məhsul biçini və yığımının az olması ilə əlaqələndirə bilərik.
Kənd təsərrüfatının bəzi özünəməxsus xüsusiyyətləri vardır ki, bu sahəni sənayedən fərqləndirir. Bu xüsusiyyətlərdən biri də onun istehsal müddəti ilə iş müddətinin fərqli olmasıdır. Burada istehsal müddəti onun iş müddətindən daha çox olur. Bunun əsas səbəbi təbii amillərlə bağlıdır. Səpindən sonra bitginin boy atmasi və inkişafı insan əməyi tələb etmir. Bundan başqa kənd təsərrüfatının fərli xüsusiyyəti işçi və əmək ehtiyyatlarından mövsümi olaraq istifadə olunmasıdır. Bu da istehsal və iş müddətlərinin fərqli olmasından irəli gələn bir prosesdir. İstehsal dövrünün bəzi vaxtlarında əmək ehtiyyatına olan tələb artır. Buna əkin və yığım vaxtlarını göstərmək olar. Bəzi vaxtlarda isə bu tələb azalır. İşçi qüvvəsinə tələbatın azalması əsasən bitginin böyüməsi vaxtında baş verir. Buna görə də əmək ehtiyyatlarından il boyu səmərəli şəkildə istifadə etmək lazımdır. Ağır əl əməyi tələb edən işlər, muasir texnikaların köməyi ilə aradan qaldırılmalıdır.
Kənd təsərrüfatının sənayedən daha bir fərqi ondan ibarətdir ki onda istehsal edilən məhsul təkrar istehsal edildikdə yenidən istehsala cəlb olunur. Məsələn: taxıl istehsalından alınan dən, növbəti ildə də istehsala cəlb edərək yeni məhsul yaratmaq olar.
Ölkə əhalisinin artımı nəticəsində kənd təsərrüfatına yararlı torpaqlar tərsmütənasib olaraq azalır. Artmaqda olan əhalinin də ərzaqa olan təəbatları ildən-ilə artır. Buna görə də kənd təsərrüfatının inkişafı nəticəsində məhsul həcminin artırılması tələb olunur. Kənd təsərrüfatına yararlı torpaqların məhsuldarlığının artırılması üçün ilk öncə torpağın münbitliyininin və məhsul vermə qabiliyyətinin artırılması ön planda durur. İstehsalın inkişafı səmərəli yerdə düzgün ixtisaslaşmasından da asılıdır. Kənd təsərrüfatının yerləşməsi və ixtisaslaşması, ölkədə iqtisadi-coğrafi rayonlara görə bölünür. Bu halda təbii şərait də nəzərə alınmalıdır. Hazırda respublikamızda iqtisadi və təbii xüsusiyyətlərə müvafiq olaraq taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, tərəvəzçilik, üzümçülük, çayçılıq və digər sahələrlə əlaqəli olaraq kənd təsərrüfatı rayonları əmələ gəlmişdir.
Hal-hazırda respublikanın kənd təsərrüfatında öz həllini gözləyən problemlər mövcuddur. Bu problemlərin bəziləri artıq həll olunmaqdadır. Bitkiçilik sahəsində məhsuldarlıq səviyyəsinin artırılması; aqrotexniki qaydaların və becərmə texnologiyaların lazımi səviyyəyə çatdırılması; çoxillik bağların bərpa olunması; becərilməyən dağlıq və torpaqların becərməyə cəlb edilməsi; təsərrüfat məhsullarının istehsalı və emalı arasında əlaqələrin lazımı səviyyəyə gətirilməsi; sahəyə investisiya qoyuluşu, istehsalçıların yüksək keyfiyyətli toxumlara olan tələbinin qarşılanması; xüsusi texnika və texnologiyaların anbarlarla təminat məsələlərin həll edilməsi; müvafiq istehsal vasitələri ilə təminatın aşağı olması; yem bazasının inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi; quşçuluğun artırılması məqsədilə özəl təsərrüfatların fəaliyyətlərinin yaxşılaşdırılmasına aid olan tədbirlərin həyata keçirilməsi; meliorasiya və suvarma sahəsində istismar olunan su kanallarının, kollektorların, su anbarlarının, su qovşaqlarının tələb olunan səviyyədə saxlanılması.
İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı ilə, hazırda yeyinti sənaye müəssisələrinin xammal-material ehtiyaclarının 80.0%-dən çoxu təmin olunur. Ümumiyyyətlə kənd təsərrüfatı ilə sənaye qarşılıqlı fəaliyyət göstərir. Aqrar sahə, sənaye sahələrindən maşın və mexanizmlər, mineral gübrələr elektrik enerjisi almaqla istehsal prosesini daha mütəşəkkil və səmərəli edir və məhsul istehsalını artırır. Bununla da əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsi daha rahat baş verir.
Dostları ilə paylaş: |