Sabah qruplari


Dünya neft bazarında qiymətlərin dəyişmə prosesi (dinamikası) və buna səbəb olan amillər



Yüklə 225,57 Kb.
səhifə12/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
2.3 Dünya neft bazarında qiymətlərin dəyişmə prosesi (dinamikası) və buna səbəb olan amillər

Tarix boyunca eləcə də XX əsrdə ölkələr arasında baş vermiş müharibələr və digər siyasi proseslər neft bazarında kəskin qiymət dəyişikliklərinə səbəb olmuşdur. Ötən əsrin 40-cı illərində baş vermiş II dünya müharibəsi həmçinin əsrin sonlarına yaxın ölkələr arasında meydana gəlmiş ziddiyyətlər və neft böhranları bütün bunlara misaldır. XX əsrin 70-80-ci illərində baş vermiş neft böhranı və müharibələrə qədər dünya neft bazarında qiymətlərin stabilliyi dəyişilməz olaraq qalırdı. Daha sonra neft qiyməti sürətlə bahalaşmağa başladı. Bunun ilkin səbəbləri kimi 1970-ci ildə baş vermiş neft böhranı və 1973-cü ildə ərəb neftinə qoyulan embarqo oldu. Bu vaxta qədər neftin qiyməti 2-3.5 dollar arasında dəyişirdisə ərəb neftinin hər hansı bir ölkəyə ixracına qoyulan qadağadan sonra neft bazarında qiymətlərdə dəyişikliyin baş verməsi qaçılmaz idi.. Dünya neft bazarında təklifin azalmasından sonra neftin qiymətində artımın baş verməsi heç də gözlənilməz bir hadisə kimi qəbul edilmədi, çünki istənilən bazarda təklifin azalması zamanı əmtəənin qiymətinin yüksəlməsi iqtisadi bir prosesdir. Beləliklə, həmin ildə neftin qiyməti 12 dollara qədər yüksəldi. Bu, əvvəlki qiymət ilə müqayisədə 4 dəfə bahalaşma demək idi. Lakin bu bahalaşma 70-80-ci illərdə neftin qiymətində son bahalaşma olmadı. Belə ki, 1981-ci ildə İraqla İran arasında baş verən ziddiyyətlər növbəti neft böhranının başlanğıcı oldu. Bu böhrandan sonra neftin qiymətində ikinci bahalaşma meydana gəldi və neftin qiyməti daha 3 dəfə artaraq 12dən 36 dollara kimi yüksəldi. Neft qiymətlərində meydana gəlmiş dəyişiklikləri aşağıdakı mərhələlərə bölmək olar:



  • 70-ci illərə qədər hökm sürən sabitlik

  • 1973-74-cü illərdə ərəb neftinə qoyulan qadağa

  • İran inqilabı (1979-81)

  • 80-ci illərin başlanğıcında qiymətlərin azalması

  • 80-ci illərin II yarısı - 90-cı illərin I yarısı aralığında neftin qiymətinin kəskin azalması

  • 90-cı illərdə III neft böhranı

Bildiyimiz kimi dünya üzrə neft qiymətlərinə neftə olan tələbat, istehsal həcmi, ixrac edilən neftin həcmi kimi amillər təsir edir. Lakin bu amillərdən əlavə olaraq neftin qiymətinə dünyada təsdiq edilən faktiki neft ehtiyatlarının həcminin dəyişməsi də öz təsirini göstərir. Təbii ki, neft ehtiyatları nə qədər çox olarsa neftin qiyməti də bir o qədər ürəkaçan olar. Neft bazarında təklifin həcmi azaldıqca neftin qiyməti artmağa doğru gedir. Əgər gələcək illərdə neft ehtiyatlarında ciddi azalma baş verərsə o halda neft bazarında qiymətin neftin hal-hazırkı qiyməti ilə müqayisədə daha yüksək olacağını təxmin edə bilərik. Növbəti bir cədvəldə isə ayrı-ayrı ölkələrin neft ehtiyatları ilə tanış olaq:


Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin