Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə122/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   118   119   120   121   122   123   124   125   ...   133

ƏN YAXŞI HƏYA


Sual oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub? Bu çirkin iş kimin qarşısında baş verib?

Allahın hüzurunu hiss etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun. İnsan Allahın hər yerdə hazır olduğunu bilsə də bu hüzur insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət çəkir. Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü adamların qarşısında səhvə yol verdikdə daha çox xəcalət çəkir. Amma bir çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.

Əgər özümüzdə belə bir hal müşahidə ediriksə hökmən tövbə etməliyik. Belə tövbələr rəvayətdə «həya tövbəsi» adlandırılmışdır. İmam Rizanı (ə) ziyarət etdikdən sonra oxuyuruq: «Həya istiğfarı edirik». Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə bu xalis tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik.

Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir. Daş divar arxasındakı insanı görən Allah üçün libas maneə deyil.

İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-təala buyurur: «Məni düşünmək heç halda pis deyil»1.

Allahın çirkin hesab etmədiyi heç bir işə görə xəcalət çəkmək lazım deyil. Xüsusi ilə ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.

Həya ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur: «Həyası olmayanın imanı yoxdur»2; «Dini olmayanın həyası yoxdur».


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin