Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə14/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   10   11   12   13   14   15   16   17   ...   133

Üçüncü dərs:

Nəfsin hesabı

MƏNASIZ, ŞÜBHƏLİ VƏ İKRAH DOĞURAN İŞLƏRDƏN ÇƏKİNMƏYƏ DİQQƏT


Ötən söhbətdən belə bir nəticəyə gəldik ki, Əhli-beyt məktəbinə bağlanmayan şəxs İslamı tanımaq imkanında deyil. Bu məktəbə bağlananlar isə gündəlik əməllərinin hesab-kitabını aparmalı, buraxılmış nöqsanların nəticələrini aradan qaldırmaq üçün müəyyən tədbirlər görməlidirlər.

İnsan etdiyi əməllərə görə hansı nəticə ilə üzləşəcəyini bilmək üçün bu başdan əməllərini düzgün qiymətləndirməlidir. Gün uzunu pul-parasını hesablayan insan əməllərini də hesablamaq üçün vaxt ayırmalıdır. Ticarətlə məşğul olan hər bir şəxs daim qazancını hesablayır. Bəzən isə hesab-kitabdan aydın olur ki, nəinki qazanc yoxdur, hətta sərmayə də əldən çıxmışdır. Belə də ola bilər ki, sərmayəsini verib aldığı şey insanın cisminə, ruhuna, ailəsinə zərər vurub, üstəlik, rüsvayçılıq da gətirsin.

Amma alış-verişdə hesab-kitaba riayət edən tacirlər zərərdən qaçmaqla yanaşı daha artıq qazanc əldə etmək üçün çalışırlar. Belə tacirlər heç vaxt 1000 dinar qazancı qoyub 999 dinar qazanc ardınca getməzlər.

İnsanın dini vəzifələrinin icrası da belədir. Bəzən insan elə günah əmələ yol verir ki, dünya və axirətdə rüsvay olur. Əsl tacir nəinki müamiləsindəki zərərdən, hətta qazanc almamasından da narahatdır. Günah əməl müamilədə zərərə uyğundursa, bəs qazancsız müamilənin oxşarı hansı əməldir? Bu sayaq faydasız əməllər İslamda «ləğv» adlanır. Qurani-Kərimin «Muminun» surəsinin 3-cü ayəsində oxuyuruq: «Möminlər o kəslərdir ki, ləğv (faydasız) işlərdən çəkinərlər». Axı qazanmaq imkanı olan insan nə üçün zərər etməlidir?!».

Bəzi tacirlər, hətta gecə də narahat yatırlar ki, görəsən sabahkı alverin qazancı nə qədər olacaq, mal eyibli çıxacaqmı? İnsan əməllərinə də belə yanaşmalıdır. Haram olub-olmadığı bilinməyən və ya şübhə doğuran əməllərdən çəkinməli, etdiyi əməllərdən nigaran qalmalıdır.

Bir halda ki, heç bir insan yaxşı malı qoyub şübhəli mala sahib durmur. Nə üçün halal işlər dura-dura haram və ya şübhəli əməllərə yol verməliyik?! Şübhəsiz ki, faydasız və ikrah doğuran işlərə sərf etdiyimiz ömrün üzücü peşmançılığı vardır. Ömrün qədrini bilən insan yalnız səmərəli işlərlə məşğul olmalıdır.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin