8.Əsas fondların aşınması və amortizasiyası.
İstehsal prosesində əsas fondlar qeyd etdiyimiz kimi, ilkin natural formasını saxlayaraq, tədricən köhnəlir və aşınırlar. Köhnəlmə ifadəsi ilə əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi nəzərdə tutulur və yaradılmış məhsulun üzərinə hissə-hissə keçirilir.
Hər bir müəssisə müntəzəm surətdə xüsusi fonda, əsas fondların köhnəlməsini əks etdirən miqdarda ayırmalar keçirməlidir. Müəssisənin bir il ərzində xüsusi fonda keçirdiyi ayırmalar, təbii olaraq, əsas fondun illik köhnəlmə kəmiyyətini əks etdirməlidir. Bu ayırmalara amortizasiya ayırmaları, toplanan vəsaitə isə amortizasiya fondu deyilir.
Amortizasiya – istehsal əsas fondlarının dəyərinin həmin fondların köməyi ilə yaradılmış məhsulun üzərinə tədricən keçirilməsi, pul vəsaitlərinin məqsədli yığımı və sonrakı təkrar istehsalında, bərpasında istifadəsi deməkdir. Əsas fondların bütün iş dövrü üçün edilən amortizasiya ayırmaları həmin fondların yaradılması və bərpa edilməsi xərclərini ödəməlidir
İllik amortazisiya ayırmalarının kəmiyyəti amortizasiya norması əsasında müəyyən edilir. Amortizasiya norması – amortizasiya ayırmalarının əsas fondların orta illik dəyərinə nisbətinin faizlə ifadəsidir, yəni:
Dostları ilə paylaş: |