1. Əsas fondların mahiyyəti və tərkibi.
2. Əsas fondların qiymətləndirilməsi
1. Əsas fondların mahiyyəti və tərkibi.Müəssisənin əsas istehsal fondlarına hər şeydən əvvəl istehsal prosesində iştirak etmə xarakterindən asılı olaraq, istehsal və qeyri-istehsal əsas fondlara bölünür. İstehsal əsas fondları maddi istehsal sferasında, qeyri-istehsal əsas fondları isə qeyri-istehsal sahələrində fəaliyyət göstərirlər.
Mülkiyyət formasından asılı olaraq, əsas fondlar dövlət, kooperativ və xüsusi formalara ayrılır.
Müəyyən fəaliyyətdə iştirak edərək, istehsal təyinatına görə əsas fondları doqquz qrupa ayrılır:
- istehsal-texniki və qeyri-istehsal təyinatlı binalar;
- qurğular və tikililər;
- ötürücü qurğular;
- güc maşın və avadanlıqları (elektrik mühərriklər, transformatorlar, elektrik generatorlar, elektroburlar və s.);
- iş maşın və avadanlıqlar. Bunlar əsas fondların ən mühüm tərkib hissəsidir və müəssisənin istehsal gücünün əsas hissəsini təşkil edir;
- ölçü və nizamlayıcı cihazlar, qurğular və laboratoriya avadanlıqları;
- hesablama texnikası;
- hər növ nəqliyyat vasitələri (avtomobil, dəmir yol, hava və su nəqliyyat növləri);
- hər növ texnoloji alət və ləvazimatlar, istehsal və təsərrüfat inventarı və s. daxil edilir.
İstehsal binalar qrupuna müxtəlif istehsal işləri icra edilən bütün binalar, yəni əsas və yardımçı sexlərin və laboratoriyaların binaları və başqa bu kimi binalar daxildir.
İstehsal əsas fondları istehsalda fəal iştirakına görə aktiv və passiv hissələrə ayrılır. Aktiv hissəyə qurğular, güc maşın və avadanlıqları, mühərriklər, iş maşınları, avadanlıqlar və s., passiv hissəsinə – binalar, inventar, laboratoriya ləvazimatı və s. aiddir.
İstehsal əsas fondların müxtəlif qruplarının onların ümumi dəyərindəki nisbətləri əsas fondların strukturunu xarakterizə edir və faizlə ifadə olunur. Əsas fondlarının strukturu o halda mütərəqqi hesab edilir ki, onun tərkibində qurğuların xüsusi çəkisi yüksək olur. Bu istehsal əsas fondların hər manatına daha çox məhsul buraxılışına imkan verir.
Əsas fondların ayrı-ayrı növləri arasındakı nisbət onların quruluşunu təşkil edir ki, bu da ayrı-ayrı sahələrin istehsal xüsusiyyətlərindən asılıdır.
Dostları ilə paylaş: |