Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə22/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
İstehsal ehtiyatları istehsal prosesinə buraxılmaq üçün hazırlanmış əmək cisimləridir. Onlar xammaldan, əsas və köməkçi materiallardan, yanacaqdan, satın alınmış yarımfabrikatlardan və komplektləşdirici məmulatlardan, tara və tara materiallarından, əsas fondların carı təmiri üçün ehtiyat hissələrindən ibarətdir.

Bitməmiş istehsala emal və ya yığılma prosesində olan materiallar, detallar, qovşaqlar və məmulatlar və s. aiddir.

Gələcək dövrün xərcləri indi çəkilən , lakin gələcəkdə ödəniləcək xərcləri əhatə edir. Bu xərclərə daxildir: yeni məhsulun hazırlanması və mənimsənilməsi üçün lazım olan xərclər, səmərələşdirmə və ixtiralar üçün xərclər,layihə axtarış işlərı üçün xərclər, avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər.

Dövriyyə fondları öz hərəkətində tədavül dairəsinə xidmət edən tədavül fondları ilə əlaqədardır. Tədavül fondların aşağıdakılar daxildir: müəssisənin hesabında və kassada olan pul vəsaitləri, əlavə fəaliyyətə qoyulmuş vəsaitlər, müəssisənin ehtiyatında olan xüsusi geyimlər, debitor borcları və s. aiddir. Dövriyyə fondlarının və tədavül fondlarının yaradılması üçün nəzərdə tutulan pul vəsaitlərinin məcmusu müəssisənin dövriyyə vəsaitlərini təşkil edir.

Dövriyyə vəsaitlərinin dövranı cəmiyyətin iqtisadi qanunlarına uyğun olaraq baş verir. Dövriyyə vəsaitlərinin dövranı 3 mərhələdən keçir.

I mərhələdə müəssisələr pul vəsaitlərini əmək cisimlərinin alınmasına yönəldir.Bu mərhələdə dövriyyə vəsaitləri pul formasından əmtəə formasın ,pul vəsaitləri isə tədavül dairəsindən istehsal dairəsinə keçir.

II mərhələdə əldə edilmiş dövriyyə fondları bilavasitə istehsal prosesinə keçir və əvvəlcə istehsal ehtiyatlarına , istehsal prosesi başa çatdıqdan sonra isə hazır məhsula çevrilir.

III mərhələdə isə hazır məhsul satılır, nəticədə dövriyyə fondları istehsal dairəsindən tədavül dairəsinə keçir və yenidən pul formasına düşür.

Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinina artırılması göstəricisi aşqğıdakı kkimi hesablanır:




G – gəlir

Kd – dövriyyə vəsaitlərinin dövretmə müddəti

Kd2 – planlaşdırılmış

Kd1- faktiki

Tgün- hesabat ilinin günləri(360)


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin