Şairin dünyəvi məhəbbəti tərənnüm edən lirikasının əhatə dairəsi çox genişdir. Bu məhəbbətin qayəsi sədaqət, fədakarlıq, başujalıq, inam, vəfa, minnət çəkmədən yaşamaq kimi bəşəri xasiyyətlərin təbliğidir:
Tutma ol gül damənin məhşər günündə jan üçün,
Qılma yüzsüzlük nigar ilən bir ovuj qan üçün.
Saibin Azərbayjan dilində yazdığı bu qəzəlində lirik qəhrəmanın öz sevgisi yolunda fədakarlığı, daxili aləminin zənginliyi və qüruru sənətkarlıqla verilmişdir.
Şəxsiyyət azadlığı ideyası Saibin qəzəllərində müxtəlif deyim tərzi və obrazlı ifadələrlə əks olunmuşdur.
Şair həyatı dərin məhəbbətlə sevən qəhrəmanına yaşamaq üçün «pərgartək hər nöqtəyə baş əyib» alçalmağı qadağan edir. Çünki Saibə görə, «minnət ilə yaşamaq ölümdən bətərdir». Qeyrətli adamlar «dərdlərinin dərmanı üçün» nakəslərə əl açmazlar. Şərabdan ötrü öz ixtiyarını əlindən verənlərdən heç nə gözləmək olmaz. Belə adamlar «özünü göstərsin deyə atını meydanda insafsızjasına çapıb öldürənlərə bənzəyirlər». Onlar «bir mədə şəraba görə» və ya «bir afərin» eşitməkdən ötrü «minnət kəməndini» boynuna salanlardır.
Saib didaktik şerlərində də həyat və insanlar haqqında bu mövqedən çıxış edir. Bu şerlərdə lirik şairlə mütəfəkkir şair vəhdət təşkil edir. Məhəbbət lirikası həyat fəlsəfəsindən qidalanır, oxujuda həm dərindən düşünmək, həm də mənaların daxilinə nüfuz etmək qabiliyyəti tərbiyə edir. Əyilməyi, minnətlə yaşamağı pisləyən şair, insanları dostluğa, qardaşlığa çağırır. Özü də bərk ayaqda, çətin gündə zəifləməyən, sınaqlardan çıxmış, sarsılmaq bilməyən bir dostluğa.
Gün dönəndə üzü dönən, qara gündə qaranlığa çəkilən vəfasız «dostlara» nifrət edən şair belə adamların qəlblərinin qaranlıq olduğunu, gejə quşu kimi həmişə günəşdən qaçdıqlarını söyləyir.
Saibə görə, insanın həyatda yarıtmaz və dargörüşlü olmasına başlıja səbəb onun jahilliyidir. Jəhalətin qaranlığında qalmış adamın ixtiyarı öz əlində olmur, onlar əqldən çox həvəsə tabe olurlar. Çünki «qaş qaralanda yarasalar jövlana gələrlər».
Saib Təbrizinin şerlərində dövrünün ijtimai, fəlsəfi və əxlaqi görüşləri öz əksini tapmışdır. Biz bu lirik parçalarda feodal jəmiyyətinin ziddiyyətlərini, haqsızlıq və zülmün müxtəlif şəkildə təzahürlərinin tənqidini görür və bunlara qarşı şairin həssaslığının şahidi oluruq. O, qəzəllərində tez-tez özünü həyat «karvanının önündə fəryad edən zəngə» oxşadır.
Şair fəryad çəkir ki, zəmanəsində nə haqq var, nə ədalət. Elmə, sənətə qiymət verən yoxdur, işrət məjlislərində əyləşənlər «qəflətdə olanlardır, özünü dərk edənlər isə biçarələr…». Belə bir dövranda «hünər əhlinin baxtı asimandan qırmızı qar yağanda çiçəklənəjək».
Saib zəmanəsindən şikayətlənərək deyir ki: «Daş ürəklilərdən daşa dəyib kənara sıçrayan ox kimi qaçıram… Qəminə şərik olduqlarım ürəyimə qəm yükləyir, yollarından tikan götürdüklərim ayaqlarını başıma qoyurlar…»
Bütün bunlar şairin öz dövrünün və zəmanəsinin hakim təbəqəsinə qarşı ujalan etiraz səsi idi. Saibin istədiyini, onun özünün dediyi kimi, «nə məsjid, nə meyxana, nə də şahlar» verə bilməzdi.
Varlılar hakim olan dövrandan insaf gözləmə,
Çün dəyirman fırlanır, zor altdakı daşa düşər.
Belə həyat tərzi şairin qəlbini çıxır, onun varlığını sarsıdır, o, sinədolu nəfəs almaq və öz daxili aləmi ilə tənha qalmaq üçün geniş səhraya üz tutub getmək istəyir:
Saibin bu fikri Məjnunun insanlardan qaçıb «azadlıqda» yaşamaq fəlsəfəsi ilə səsləşir. Çünki Məjnunu səhraya qaçıran hijranın özündə də zəmanənin qəddarlığı vardı.
Lakin Saib sonrakı şerlərində bu «yer dəyişmək» ideyasından əl çəkir. Çünki məkanı əvəz etmək «bir zindandan başqa zindana düşmək kimidir».
Saib həyatın ağırlığını, iqtidar adamlarının, yəni hökmdarlarının qəddarlığını yalnız bədii surətlərin və ya lirik qəhrəmanın dili ilə deməklə kifayətlənmir. O, böyük sələfi Nizami kimi, hökmdarı nəsihət yolu ilə ədalətli olmağa, rəiyyətlə yaxşı rəftar etməyə çağıran beytlər yazır, bəzən örtülü, bəzən də açıqjasına xatırladır ki, zülmlə hökmdarlıq etmək olmaz, çünki «rəiyyətə zülm edən hakim öz budunun ətindən kabab çəkən sərxoşa bənzər…», yəni sərxoş ayılandan sonra öz tutduğu əməlindən peşman olduğu kimi, hökmdar da etdiyi zülmün barını dadajaqdır.
Saibə görə, ürəklərdən kin-küdurət, paxıllıq hissləri çıxarılsa, hökmdarlar ədli, insafı özlərinə peşə etsələr, yer üzü jənnətə dönər.
Saib təkrar olaraq xatırladır ki, hakim təbəqənin ləyaqətsizliyi və kütbeyinliyi üzündən xalqın güzaranı ağır keçir. Adamlar ömürlərindən keçən hər günə təəssüf etmək əvəzinə, sevinirlər. Ölkədə köhnə ilin yola salınıb yeni ilin qarşılanması mərasimi də bunun nümunəsidir: İlimiz, günlərimizgörnəqədərqəmlikeçir,
Ömürdən hər ötən il millətə bayram sayılır.
Lakin Saib dövrün hakiminə öyüd-nəsihət verməyin faydasız olduğunu gördükdə daha kəskin şerlərlə çıxış edir. O, hökmdara xatırladır ki, xalq səndən sədəqə istəmir və sənin əlində topladığın iqtidar da, miknət də xalqınkıdır. Siz onu geri qaytarırkən heç də fədakarlıq etmirsiz. Xalq hər şeyə qadirdir. O, xəsislərdən sədəqə istəməz, nejə ki, «huma quşunun itin ağzından sümük alması mahal işdir».
Saib şahlara xatırladır ki. bu dünyaya çoxlu iqtidarlı adamlar gəlib-getmişlər, onların hakimiyyətlərini zəmanənin fırtınaları məhv etmişdir. Süleyman iqtidarına malik olan hökmdarların gözündə qarışqa timsalında görünən xalq isə yaşayır, özü də öz zəhmətinin bəhrəsi ilə yaşayır.
Saib şerlərində dönə-dönə haqqı tapdalanan, ədalətsizlik görüb zülmə məruz qalan aşağı təbəqənin mənəvi jəhətdən zəngin, hətta fiziki jəhətdən də qüvvətli olduğunu yuxarı təbəqənin gözünə çəkir. Şair qəti olaraq inanırdı ki, haqq yol haqsızlıqdan intiqam alajaqdır. Yolundan çıxanları elə tapşırmaq, elin mühakiməsinə vermək lazımdır:
Yol əgər haqdır, çəkər yolsuzdan axır intiqam,
Elə tapşır, çıxdılar yoldan əgər yoldaşlar. * * *
Saib Təbrizinin bir sıra şerlərində rast gəldiyimiz «Ömür qısalığından anjaq qafillər şikayət edirlər…» və ya «Biz on günlük həyatdan jana gəlmişik, yazıq Xızr ömürlük olaraq bu zindanda qalajaq…» kimi bədbinlik əhvali-ruhiyyəsi heç də orta əsrlərin fəlsəfi görüşündən deyil, bəlkə, həyatdan, feodal-mütləqiyyət dünyasının ziddiyyətlərindən doğan əhvali-ruhiyyədir. Həm də bu bədbinlik hissi şairin yaradıjılığının mahiyyətini təşkil etmir. Çünki şair özü də dünyanı ziddiyyətləri ilə birlikdə sevir, ondan əl çəkməyin qeyri-mümkün olduğunu söyləyir.
Saib başqa bir şerində bu kədərinin (həyatdan doymasının) mənasını açıq-aydın izah etmişdir: Çəkmə dar olsa əgər, yolçu da yoldan injir,
Bu jahandan məni yoxsulluğum injitdi axır.
Mütəfəkkir şair həyat həqiqətlərinin daxili mənasını dərk etdiyindən narahat həyat sürür. Çünki hər şeyi görüb başa düşmək, onun mənasını açmaq Saib dövrünün hakim təbəqəsini narahat etdiyindən bir qəbahət, bir jürm sayılır. Şair özü demişkən, «bixəbərlik aləmi behişt imiş, yüz dəfə heyf olsun ki, biz gej xəbərdar olmuşuq…». Şairin bu fikrində çox injə, anjaq olduqja kəsərli bir istehza var: bixəbər olsan, həyat sənin üçün behiştdir, istər yüz il yaşa… elə ki, duydun, düşündün, görəjəksən ömür zindandır, yaşamaqdan jana gələjəksən.
Bixəbərlik özü bir aləm imiş, bilməmişik,
Heyf, sədheyfki, bizsonraxəbərdarolduq.
Adamların huşyar olmamaları, hər şeyi dərk etməmələri, onların qəflət yuxusunda qalmaları isə yuxarı təbəqənin xeyrinədir. Saib deyir, «yetim uşaq kimi nənnimiz göz yaşında yırğalanıb, dayəmiz də qanımızı içərək bizi xamuş etmişdir». Fəqət mehribanlıq əvəzinə, dayəsindən, dövrün hakim təbəqəsindən zülm, əzab görənlərin, nənni yerinə göz yaşı içərisində böyüyənlərin nümayəndəsi olan şair heç zaman susmamışdır.
Beləliklə, rişəsi həyat həqiqətlərindən su içən Saib lirikasında məhəbbət mövzusu böyük bəşəri ideyaların təbliği ilə bağlıdır. Saib şerində yalnız məhəbbət təbliğ və tərənnüm olunmaqdadır – insan məhəbbəti! Daxilən pak, zahirən gözəl, xislətən xeyirxah insanların məhəbbəti… * * *
Saib Təbrizinin dünyagörüşünün formalaşmasında yaşadığı dövrün ijtimai-fəlsəfi aləmi ilə mənsub olduğu ədəbi mühitin inkaredilməz təsiri olmuşdur.
Saibin ijtimai həyata qarşı etirazlarının mayası dövrün hüquqsuzluğundan və ziddiyyətli şəraitindən gəlirsə, bu etirazın fəlsəfi fikir və nidaları Nəimi, Nəsimi, Şəbüstəri, Hafiz və Mövlana ənənələrindən gəlməkdədir.
Şair qeyd edir ki, onun janında həyat yolunu işıqlandıran bir nur var. Bu nur onun qəlbində, idrak aləmindədir. Demək olar ki, Saib ömrü boyu bu idrak aləminin işığında irəliləmişdir.
Saib Təbrizi əsrinin azad fikirli bir mütəfəkkiri kimi ijtimai həyatda azadlıq – sərbəstlik axtarmışdır. Əgər belə olmasaydı, şair ümman kimi çalxalanmaz, narahat fikrinin dalğaları onu sahildən-sahilə çırpmazdı.
Şairi narahat edən daxili çəkişmələr, axtarışlar, təfəkkür aləmində qarşısına çıxan yığın-yığın sualların javabını axtarmaq jəhdləri onu bu yol ilə gətirib panteizmə, bütün ayrılıqların birləşdiyi ülvi eşqi dərk etməyə çıxarmışdır. Bu da Saibin bağlı olduğu hind ədəbi məktəbi üçün səjiyyəvidir. * * *
Hər hansı sənətkarın qüdrəti ilk növbədə onun sözə olan tələbkarlığı, ona nə dərəjədə sahib olması ilə müəyyənləşdirilir. Sözü seçmək, onu jilalamaq sənətkarlığın ilk əlamətidir. Çünki sözsüz ədəbiyyat olmadığı kimi, bütün sözlər də sənət materialı ola bilmir. Əsl şair öz fikirlərini oxujusuna daha aydın və təsirli çatdırmaq üçün sözün bədii təsirindən ustalıqla istifadə edir.
Saib Təbrizi böyük lirik şair kimi, demək olar ki, öz fikirlərini həmişə oxujularına obrazlı bir dildə çatdırmağa çalışmışdır. Onun bütün qəzəl və qəsidələrinin dili rəvan olub yüksək bədii epitetlərlə zəngindir.
Saibin poeziyasının rəğbətlə qarşılanmasının bir səbəbi də onun xalq dilindən istifadə etməsidir. Məlum məsələdir ki, bədii dil xalq dilinin injiləri hesabına təkmilləşr. Bu qaynaqdan yazılı ədəbiyyata yeni-yeni ifadələr, məsəllər, atalar sözləri axıb gəlir və bu Saibin də poeziyasına təsir etmişdir.
Saib, üslubuna uyğun olaraq, özündən əvvəl yazıb-yaratmış sənətkarların hamısından çox xalq məsəlləri, el sözləri işlətmişdir.
Saib Təbrizinin böyük sənətkarlıqla qələmə aldığı bəzi beytləri zərbül-məsəl kimi dillərə düşmüşdür. Bu beytlərdə həyat hadisələri, insansevərlik, xarakterlər, dostluq, nəsihət və sair bəşəri fikirlər öz əksini tapmışdır. Aşağıdakı misala diqqət edək:
Küçədə torpaq ilə oynayan o oğlana bax,
Kim ki, nadandı, bu dünya onu da oynadajaq.
Adi həyat hadisəsindən çıxış edən şair insanları elmə, biliyə, özünü dərk etməyə, jəhalətdən, nadanlıqdan uzaqlaşmağa çağıran aforizmlər yaratmışdır. Başqa bir beytində özünü məzlum kimi göstərən zalımların nejə qəddar olduqlarını göstərmişdir:
Nərgiz kimi o gözlərə aldanma, amandır,
Məzlum görünən zalimin hər zülmü yamandır.
Saib elmsiz, biliksiz, lovğa, paxıl insanları tənqid etmiş, onları düzgün yola, həyatı, insanları sevməyə dəvət etmişdir. Saibə görə, dünyanı bəzi adamların gözündə qiymətdən salan onların daxilindəki paxıllıq hissidir:
Saib insan şəxsiyyətini, insanın mənəvi yüksəkliyini çox yüksək qiymətləndirmiş, hər şey üçün üzünün suyunu tökən yaltaqları, tamahkarları tənqid atəşinə tutmuşdur. Söz oyunu vasitəsi ilə onlara xatırlatmışdır ki, insanın «abrusu» arxda axan su deyildir ki, sən «bir arxa su gəldi, ümid var bir də gələ» məsəlinə arxalanıb özünü alçaldasan. Çünki «abrusunu» itirmiş adamın yenidən «aburlu» olması mümkün deyil:
Abrunu tökmə hədər, böylə misal var, deyə sən:
Qurumuş arxa ümid var ki, gələr su təzədən.
Saib ədəb-ərkan, jəmiyyətdə, məjlislərdə özünü nejə aparmaq qaydası, dostluğun məziyyətləri, düşməni heç zaman ajiz saymamaq, böyüyə hörmət, kiçiklərə örnək olmaq və s. haqqında onlarja şerlər yazmışdır. Dostluqdan danışarkən şair deyir:
Ayrılar dostundan, əlbət, olmasa dost mehriban,
Çün sarı yarpaqları bağdan qovar badi-xəzan.
Qətrədən irmaq olar, irmaq da çayda birləşər,
Tənhalıqdan heç nə hasil etməmiş ayrı olan.
Müxtəlif xislətlilər yüz il tanış olsa, yenə
Xasiyyət tutmursa, onlar ayrılar bir gün, inan.
Saib Axərbayjan dilində olan şerlərinin birində javanlara nəsihət edir ki, əgər istəyirsiniz xalq içrəisində hörmətli olasınız, «qojalar qədrini igidlikdə bilin».
Saib Təbrizinin sənətkarlıqla deyilmiş bu jür nəsihətamiz şerləri çoxdur. Elə buna görə də təzkirəçilərin verdiyi məlumatdan aydın olur ki, Saibin divanlarından seçilib üzü köçürülmüş gülçinlər o zaman kitabxanalardan daha çox alimlərin və şersevərlərin evində, hökmdarların saraylarında olurmuş. İllər keçdikjə Azərbayjanın bu böyük söz ustadının divanları dünyanın bir çox mötəbər kitabxana və müzeylərinə aparılmışdır.
Saib Təbrizinin yadigar qoyub getdiyi ədəbi irsi ilk dəfə Hindistanda, «Seçilmiş əsərləri» 1927-ji ildə Heydərəli Kəmali tərəfindən İranda, «Külliyyat»ı 1954-1957-ji illərdə Əmir Firuzkuhi tərəfindən Tehranda, Azərbayjan dilində qəzəlləri 1946-jı ildə ərəb əlifbası ilə akad. H.Araslı tərəfindən Bakıda, Saibin öz xətti ilə yazılmış divanının faksimilesi 1971-ji ildə Kəraçidə nəşr olunmuşdur.
Saib Təbrizinin hörmətli oxujulara təqdim olunan bu kitabında toplanan əsərləri adlarını çəkdiyimiz divan və külliyyatlardan əlavə, Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan divanlarından seçilmişdir.
Saib Təbrizinin yadigar qoyub getdiyi yüksək sənət nümunələri, təbliğ etdiyi böyük bəşəri ideyalar bu gün də çox yüksək qiymətləndirilməkdədir.
Azərbayjanın bu görkəmli sənətkarı XVII əsrdən bəri yazılmış minlərlə jünglərdən, təzkirələrdən, ədəbi və elmi kitablardan oxujuların qəlbinə köçmüşdür. İndi o, milyonlarla pərəstişkarının ürəyində yaşayır. Şair özü də vaxtilə yazmışdır:
Bu qara torpağın altındadı Saib, - deyə siz gəzməyiniz,
Məni bundan sonra gəzsəz, siz ürəklərdə gəzin.
Ümidvarıq ki, Saib Təbrizinin ana dilində təkrar nəşr olunan bu «Seçilmiş əsərləri» onu qəlbində gəzdirən oxujuların sayını xeyli artırajaqdır. AZƏROĞLU