SON SÖZ ƏVƏZİ VƏ YA SAK DİLİNİN ŞƏRQ (XOTAN) ŞİVƏSİNDƏ İŞLƏNMİŞ HİND (SANSKRİT) MƏNŞƏLİ SÖZ VƏ İFADƏLƏR. Məlum olduğu kimi, buddizm hinduizm zəminində, hinduizmdəki bütlərə qarşı mübarizə məqsədi ilə yaradılmışdı. Bu üzdən də həmin dinin terminoloji sistemi hinduizmin terminologiyası əsasında formalaşmışdır. Elə bu hal da bu yeni dinin yaradıcıları olan sakların dilinə külli miqdarda hind söz və terminlərinin keçməsinə səbəb olmuşdur. Sevgidəyər oxucularımızda müəyyən təsəvvür yaransın deyə, onlardan "a" ,"b" "ç" və "d" hərfləri ilə başlayanlarını təqdim edirik:
Abayabur - Abhayapura (qədim mifik şəhərin adı)
Abasvar - Abhasvara (buddizmə görə, göyün Rupa-brahma-loka adlanan qatında yaşayan göy məxluqları)
Abhaq - Abhayaka (təhlükəsiz, etibarlı)
Abıçı - Abhiyit (ay zodiakına daxil olan 28 ulduzdan birinin adı)
Abidarim - Abbhidharma (buddist kanonun lll hissəsi)
Abirpay - Abhipraya (hiyyət,arzu,)
Açakram, Açaqram - Aya-qara (ilan)
Açari - Acarya (müəllim, tərbiyəçi)
Açataştru - Ajataşatru (Maqada şahının adı)
Aditya - Aditya (Günəş; Günəş,ay və 5 planet)
Aqam, Aqam bitik - Aqama sutra (buddist məzmunlu əsərlər toplusu)
Aqaru - Aquru (Əzvay ağacı)
Ayşani - Aisani (şimal-qərb)
Akasti - Aqasti (günəş və ayın mifik məkanı)
Akaş - Akasta ( fəza)
Akşobi - Akşobhya (səmada yaşayan 5 buddadan birinin adı)
Akujal - Akuşala (pis və günah işlər)
Amanuşi,Amanujş -Amanuşya (iblislərdən birinin adı)
Amita, Amita ayuşi - Amitayus (budda Amitabxın adlarından biri)
Anantrişsabaq -Anantaryasamadhi (ölümə məhkum günah)
Andiray - Antaraya (sərhədd)
Animişa - Animişa (şəxs adı)
Anityat - Anityata (birbaşa, bilavasitə. vasitəçisiz)
Apimuki - Abhimukhi (bodistavlığa ulaşma yolunun altıncı pilləsi)
Apiramani - Aparmana (ölçüyəgəlməz)
Apitiyi - Abhidheya (dini dərkin növlərindən biri)
Apramanaşub -Apramanaşubha (göydə yaşayan məxluqlardan bəisinin adı)
Apranamak - Apramanbha (göydə yaşayan məxluqların bir qisminin adı)
Apsmar - Apasmara (epilepsiya)
Aryadan - Aryadana (monastr)
Aryavalokdişvar - Aryavalokiteşvara (çəxs adı, bodistavlardan birinin adı)
Arxant, Arxantac (qadın cinsi),Arxint - Arhant (müqəddəs, nırvanaya gedən yolun son mərhələsində olan şəxs)
Asanvarukiki - Asamvarika (günah içində batan adam)
Asanvır - Asamvara (dini qanunların pozulması)
Asrava- Asrava (günah, qəddarlıq)
Aşvını - Aşvini (ay zodiakının 28 ulduzundan biri)
Atavaki - Atavaka (iblis adı)
Badir - Patra (buddist rahiblərin sədəqə toplamaq üçün istifadə etdikləri qab)
Badra - Bhadra (şəxs adı)
Badrakalpiki - Bhadrakalpika (buddist xronologiyasının bir mərhələsi, erası)
Balika - Bhallika (şəxs adı)
Baranas - Varanasi (Benares şəhərinin qədim adı (?!), ola bilsun ki, bu toponim türkcədən hind dilinə keçmişdir)
Barkasivadi, Barxasuvadi,Braxasvadi, Braxsuvati, Braxsvadi - Brhaspati (Yupiter planeti)
Basaman - Vaisravana (yakşa iblislərinin başçısı və şimal ölkələrinin hamisi)
Bavaqir - Bhavaqra (kainatın ən üstün nöqtəsi)
Benitpal - Bhindipala (nizə)
Bodi - Bodhi (hidayət olunma, təkmilləşmə, kamilləşmə)
Bodimant - Bodhimanda (biliklərə ulaşma taxtı)
Bodistav - Bodhisattva (bodistav)
Brama - Brahma (hinduizmin üçlü tanrı sisteminin baş tanrısı, dünyanın və bütün varlıqların yaradıcısı)
Braman - Brahman (brahman, hinduizmdə ən yüksək kastanın mənsubu)
Bud - Budha (Merkuri planeti)
Budaşiri - Buddhaşiri (şəxs adı)
Bujan - Punya (xeyirli əməl)
Çadık - Cadaka ( buddanın öncəki doğuluşları haqqında hekayələr toplusu)
Çaqşapat - Sikaşapada (dini qanun)
Çaştani - Caştana (şəxs adı)
Çatatri - Catadhara (şəxs adı)
Çatismari - Catismara ( özünün öncəki həyatlarını xatırlayan adam)
Çaturi - Çatura (şəxs adı)
Çintamani - Kintamani (sahibinin istənilən arzusunu yerinə yetirə bilən mi-fik mirvari)
Çitravari - Kitravirya (şəxs adı)
Çitriçiri - Çitrasena (şəxs adı)
Çuvaki - Civaka (şəxs adı)
Darma - Dharma (əsas, element. qanun, təlim)
Darmaquptaki - Dharmaquptaka (Dharmaquptaka buddist təliminin davam-çısı)
Darni - Dharani (cadunun maqik bir forması)
Dartiraştri- Dhrtaraştra (şəxs adı, Şərqin hakimi)
Dşamabumi - Daşamabhumi ( bodistavın Budda səviyyəsinə yüksəlmək üçün keçməli olduğu on məhələnin sonuncusu)
Diyan - Dhyana (düşüncə, düşünərək kamilləşmə).
Bu qəbildən olan sözlərin sayı təssəvvür edə biləcəyimizdən də çoxdur və sak dilinin şərq (Xotan) şivəsinin hind dilinin güclü təsirinə məruz qaldığını hələ Xl əsrdə Kaşğarlı Mahmud da qeyd etmişdir. Qərb şivəsindən fərqli olaraq, haqqında məlumatımız Maninin bir şeri və l Artaşesin sərhəd daşları üzərindəki yazısı ilə məhdudlaşan şərq şivəsində sadəcə 2 alınma söz təsbit edilmişdir: nom və məlik. Bunlardan birincisi İran, ikincisi isə sami mənşəlidir.
Bütün bu söylənilənləri ümumiləşdirərək tam qəti şəkildə deyə bilərik ki, hunların sələfləri olan saklar Ata yurdları Azərbaycandan hərəkət edərək Azərbaycan (Manna) mədəniyyətini Avrasiyanın geniş ərazilərinə yayan, türk dilini Fərat çayı və Qara dənizdən Şimali Hindistan və Çinə qədər uzanan böyük bir geosiyasi arenada zəngin ədəbiyyat və rəsmi dövlət dili halına və hakim vəziyyətə gətirən qədim azərbaycanlılardır və onlar bütün türk xalqlarının eləcə də bir çox digər xalqların etnogenezində iştirak etmişlər. Dünyaya dövlətçilik ənənələrini yaymışlar. Azərbaycan xalqının və dilinin formalaşmasında oğuz və qıpçaqlarla yanaşı saklar da böyük rol oynamış, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə lll əsrin böyük şairi, bəstəkarı, rəssamı, mühəndisi və filosofu Manini bəxş etmişlər. Qüdrətli Parfiya imperatorluğunu və Hindistan Sak imperatorluğunu onlar qurmuş, manixeizmi və buddizmi də dünyaya hədiyyə etmişlər.