Saklarin diLİ VƏ ƏDƏBİyyati



Yüklə 1,21 Mb.
səhifə9/52
tarix04.12.2023
ölçüsü1,21 Mb.
#138175
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
saklarin-tarixi-dili-ve-edebiyyati

"Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və gürcülərə əlifba düzəldən ...şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir...Qüdsdən
qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir...O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya,Lpiniya,Kaspiya,Çola keçidinə qədər uzanan torpaqlarda... İncili təbliğ edir." (66.51-52).
Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki, onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:
"Hazırda Azərbaycanda yaşamaqda olan qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar özlərini "udi" adlandırırlar... Udi etnonimini, ilk dəfə Herodot və Strabon tərəfindən Midiya sakinləri kimi yad edilən utilərlə bağlayırlar.
Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z.İ. Yampolskinin yazdığına görə, "Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı". Belə bir fikir də var ki, alban əlifbası udin dili əsasında yaradılmışdır. İ.Q. Əliyev də utiləri Albaniyanın başlıca qəbiləsi hesab edirdi. V.L.Qukasyan isə bildirmişdir ki, "uti-udinlər Qafqaz Albaniyasının tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər." (55.143).
Bu fikirlərlə razılaşmayan və haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən (55. 143), alban əlifbasının da udin dili əsasında deyil, qıpçaq-qarqarların dili əsasında yaradıldığını çoxsaylı mənbələrlə isbat edən (55.77-82) Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi hələlik tam müəyyənləşdirilməmişdir:
"Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun "Uti"si, Ptolomeyin cənubdakı, Atropatena ərazisindəki "Otiena"sı, qədim erməni mənbələrinin Kür-Araz hövzəsində qeydə aldığı "Uti" və Ermənistanda, Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır." (55.143).
Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L.M.Meliksetbekov irəli sürmüşdür. O, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir (145). O, haqlı olaraq göstərmişdir ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər.
Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər (55. 145).
Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa Kağankatlı onların "Uti" adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdiklərini yazmışdır (66.51-52). Etiun/udinlər isə qədim Urartu ərazisindən köçərək Musa Kağankatlının "Udin" adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də qafqazdilli idi.
Elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Partav (Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir (146.51).
Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur: Udin və Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar. Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda yaşamışlar və Bərdə şəhəri (Partav) bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici "alban" adı ilə də tanınırdılar. Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır (55.143).
Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox vaxt utilərlə udinləri qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin adında həkk etdirmişlər. Eyni türk xalqının adına "uduit" (udu+"it" cəm şəkilçisi, yəni udular) Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir (55.150).
Gördüyümüz kimi, utilərlə udinlər, eləcə də kutilr ayrı-ayrı xalqlar olmuşlar və bu üzdən də kutilərin udinlərl eyniləşdirilməsi heç bir mntiqə sığmır.
Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer-türk paralellərini kutilərin İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:
"Eyni sözləri türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür..."şumer-türk əlaqəsini də "dil ittifaqı" hesab etmək olar.
Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərəmiqrasiya edən türk boyları da çin, monqol və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə bağlıdır. nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər.Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin Ata-yurdda qalmışlar." (7.211).
Şumerlər kimdir?
Tədqiqatçılar ilk dəfə “şumer”ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer mədəniyyəti”adı verilmişdir.Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya “kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.
Tarix elmləri doktoru,mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.
Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.Belə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.
Ayrı-ayrı alimlər şumerlərin Messopatamiyaya,başqa sözlə, İkiçayarasına Anadoludan,Şərqi Qafqazdan,yəni şimali Azərbaycandan,Cənubi Azərbaycandakı
Urmiya gölü sahillərindən,eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər irəli sürmüşlər.Bu da təbiidir.Cünki alimlər həm Anadolu,həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.
Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri,tanınmış arxeolq samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü,bunun eradan əvvəl 4 –cü minillikdə baş verdiyini yazmaqdadır.
Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təs-virlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. Nəsir Rzayev yazır:
Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi,həm də Şimali Azərbaycanda rast gəlinir.Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının,etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır.Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir.Bu dil qohumluğu həm qədim,həm də uzun tarixi bir prosesin nəticəsidir.
Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından,qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət,incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.
1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış,eramızdan əvvəl 3-cü minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”(8.67).
Qədim şumer yazılı abidələrindən belə məlum olur ki,Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi,ilk şəhərləri də Kiş şəhəri olmuşdur.Buradakı “Kiş”adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir.Görünür,qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar.Məlumat üçün bildirək ki,eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.
Allah –Təalanın Həzrət Musa əleyhissəlama və onun vasitəsilə İsrail oğullarına endirdiyi müqəddəs “Tövrat”da Nuh tufanından,Həzrət Nuh əleyhis-səlamın oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:
Yer üzndə bir dil və bir ləhcə var idi.Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar.”(65. l.X.l).
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi bildirilir.Qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən Musa Kağankatlının “Alban tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin