Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə20/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

Toyota

Abbas Hadi


İnqilabın əvvəlləri idi, hələ müharibə başlamamışdı. İbrahim bir dövlət idarəsində işləyirdi. Mən də bir müddət idi Teleradio şirkətinin mühafizə xidmətində çalışırdım. Biz o zaman Ziba xiyabanında, Məhəmmədi məscidinin yaxınlığında yaşayırdıq. Bir gün axşamüstü küçədə dayanmışdım. Birdən İbrahimin gəldiyini gördüm. Onun bu gəlişi çox fərqli idi; bahalı bir avtomobillə gəlirdi.

Ağ rəngli yeni toyota avtomobilini evin önündə saxladı. Təəccübdən ağzım açıq qalmışdı. Yaxınlaşıb dedim: "Nə gözəl maşındır! Haradandır? Neçəyə aldın?”

Maşının qapılarını bağlayıb evə girdi.

Onun ardınca gedib hamının yanında maşınını tərifləməyə başladım. Sonra dedim: "Açarı ver, bir az sürüm".

İbrahim sakit qalmışdı, heç nə demirdi. Bir qədər sonra dilləndi: "Yox, bu maşın bizə yaramaz. Qorxuram ki, bizi yıxar".

Məgər motosikletdir ki, yıxılasan?!

Sözlərini yenidən təkrarlayıb dedi: "Bu maşın da bizi yıxa, bizi hər şeydən uzaqlaşdıra bilər: Allahdan, xalqdan... Günü sabah başqasına verəcəyəm”.

– Kimə? Bunu haradan almısan?

– Alim ağaların biri idarədə hədiyyə verdi, amma mənim işimə yaramaz.

– Eybi yoxdur, qoy qalsın, mən istifadə edərəm. Ən azı, anam və uşaqlar bir yerə getmək istəyəndə...

– Yox, bizə yaramaz.

Ertəsi gün işə maşınsız getdi. Axşamüstü qapının zənginə çıxdım. Qapının ağzında bir kişi dayanmışdı. Salamlaşandan sonra maşına baxa-baxa dedi: "Maşının açarını almağa gəlmişəm. Bura ağa Hadigilin evidir, düzdürmü?"

Təəccüblə dedim: "Bəli. Siz kimsiniz?"

– Məni ağa İbrahim göndərib. Siz də Abbas ağa olmalısınız.

Verdiyi əlamətlərdən əmin olub açarı verdim. O da maşınla getdi. Həmin axşam İbrahimlə çox danışdım. Dedim ki, nə üçün özünə bir şey saxlamırsan, əlinə nə düşür, bağışlayırsan?! Sənin də gələcəyin var, ailən var...

Adəti üzrə gülümsəyirdi. Mənə yalnız bir cümlə dedi: "O maşının getməyi çox yaxşı oldu".

Gördüyü işlərin doğruluğuna əmin idi. Bilirdi ki, cəmiyyətdən, xalqın arasından çıxıb sonradan dəbdəbəli həyat tərzinə qurşananlar belə işlərdən başlayıblar; əvvəlcə bahalı maşın, böyük ev...

Ertəsi gün dostu Hüseyn Cahanbəxşin köhnə avtomobilini alıb qapının önündə saxladı və dedi: "Bu da maşın. Bir yerə getmək istəsən, maşın var".

Mən köhnə maşına etinasızlıqla həyətə girdim.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin