Sarsilmaz coş Makdauell Kristobal Kruzenin



Yüklə 222,76 Kb.
səhifə9/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
«Hm... deyəsən, danışmaqla arası yoxdur», — deyə öz-özümə düşündüm.

  • Bəs sənin adın nədir? — deyə mən soruşdum.

  • Feyt.

  • Gözəl addır. Əvvəllər mən səni burada görməmişəm, Feyt.

  • Əvvəllər burda olmamışam. — O, konserv qutularını masanın üstünə düzməyə davam edə-edə ehtiyatla cavab verdi.

  • Bəs burda nə edirsən? Sənin kimi çox gözəl bir qız daha maraqlı bir işlə məşğul ola bilərdi.

  • Mən könüllü işçiyəm.

  • Aydındır. Bəs bu qadınlar?

  • Onlar da könüllülərdi.

Onun sözləri məndə maraq oyatdı:

  • Könüllülər. Vacib işdir. Yəni könüllü olmaq. — Feyt cavab vermədi. — Bilirsən, mən bir könüllü kimi səni bir daha burada görəcəyimə ümid edirəm. Yalnız könüllü kimi deyil..

  • Doğrudan? Bu necə olur?

  • Sən çox gözəl qızsan.

  • Baxıram burda gözəl qızlar çoxdur. Oradakı masanın arxasında iki qızla necə söhbət edib güldüyünüzü elə indicə gördüm.

  • Hə, əlbəttə. Onlar xəstəxananın tibb bacılarıdır.

  • Hə, xəstəxana — deyə Feyt təkrar etdi. Baxıram, deyəsən, sən buranın adamısan.

  • Hə, artıq uzun zamandır burada müalicə alıram.

Feyt diqqətlə mənə baxıb susdu. Sanki onun mənə qarşı fikri yaxşı mənada dəyişdi. Elə bil onun zəif yerinə basmışdım: o, çox şəfqətli birinə bənzəyirdi.

  • Sənə nə olub? — deyə o şəfqətli səslə soruşdu.

  • Başımdan zədə almışam. Həkimlərin dediyinə görə, ölümdən dönmüşəm. Bu hadisə, biz C-124-ə bomba yüklədiyimiz zaman baş verib. Xoşbəxtlikdən, məndən başqa heç kimə bir şey olmayıb.

O, təəssüf hissi ilə başını tərpətdi:

  • Bəs indi yaxşısan?

Mən ürəkkeçməsi olan xəstələr kimi gözlərimi çevirdim və başımı o tərəf-bu tərəfə silkələyərək, daha inandırıcı görünmək üçün dilimi çölə çıxartdım. Feyt gülməkdən uğunub getdi. Biz bir az da laqqırtı vurandan sonra, onun getmək vaxtı gəlib çatdı.

  • Səni bir daha nə vaxt görə bilərəm? — deyə soruşdum.

  • Heç bilmirəm. Həm də niyə ki?

  • Necə yəni niyə? Bu cür gözəllə bir daha necə görüşməmək olar? Mən hələ sənin yanında dayandığım zaman necə yaxşılaşdığımı hiss etdim!

Bu zaman yaşlı qadınlardan biri nəzakətsizcəsinə söhbətimizi kəsərək, Feytlə mənim aramda dayandı. O, səsindəki səbirsizliklə dillənərək dedi:

  • Feyt, səni nə qədər gözləmək olar! Artıq evimizə qayıtmalıyıq.

Feyt başını tərpətdi, getmək üçün çevrildi və gedə-gedə dedi:

  • Əgər istəsən, mənimlə birlikdə məbədə gedə bilərsən.

Mən xırdalıqları soruşmadan onun ardınca gələrək:

  • Mütləq gələcəyəm,— dedim və Feyt digər qadınların çıxması üçün qapını açdım.

Onlar yolun o biri tərəfində onları gözləyən mikroavtobusa oturdular. Feyt avtobusa oturmazdan öncə çevrilərək mənə baxdı. Mən ona əl etdim və o gülümsədi. «Deyəsən, günüm pis keçmədi» — deyə öz-özümə düşündüm.

Növbəti gün səhər yoxlamalarını keçdikdən sonra, bazar günü ibadəti keçiriləcək məbədə yollandım. Feyt də ora gəlməli idi. Bu məbədin çox kiçik binası var idi və onun hansı denominasiyaya aid olduğunu bilmirdim. Ibadətdə əlli— altmiş nəfər adam iştirak edirdi. Mən, həmçinin, Feytin valideynləri olan Ternerlərlə və onun bacısı Houpla da tanış oldum.



  • Əcəb işdir! Əgər sizin üçüncü qızınız da varsa, onda yəqin ki, onun da adı Çaritidir!2 — deyərək qəhqəhə çəkib güldüm.

Mənim zarafatım onlara çox gülməli görünməsə də, Feytlə Houpun gizlicə gülümsədiyini gördüm.

Məbəddən sonra Feytin valideynləri məni nahara dəvət etdilər. Hərbi bölmədə deyil, ev mətbəxində hazırlanmış yeməklərlə dolu olan ailə masasının ətrafında oturmaq necə də xoş idi. Mən çəngəli əlimə alıb yeməyə hücum etmək istədiyim an Feytin baxışları ilə qarşılaşdım. Sanki o, baxışları ilə, «Coş, bir az təmkinli ol» demək istəyirdi. Mən çəngəli aşağı salıb onun atasına tərəf baxdım. Cənab Terner mənə başı ilə işarə edərək, gözlərini yumdu və içərisində «Sənə» və «Sənin» sözləri ilə zəngin olan dua etdi.

Mən özümə yemək çəkdikdən sonra, cənab Terner hansı ailədən, hansı şəhərdən olduğum barədə məni sorğu-suala çəkməyə başladı. Mən ona Miçiqandakı fermamız və Duvrdakı aviabazanın basketbol komandasında oynamağım barədə danışdım.


  • Bəs sənin İsa Məsihlə münasibətlərin necədir? — deyə cənab Terner əlindəki çox iti bıçaqla boşqabındakı rostbifi kəsərək, mülayim səslə soruşdu.

Dilim tutuldu. Mənə yalnız İsa Məsihin iki min il öncə yaşadığı məlum idi. Əgər yaşamışdısa.

  • Heç bir münasibətim yoxdur. Həm də, axı o, yəhudidir?

Cənab Terner əlindəki biçağı kənara qoyub diqqətlə mənə baxdı. Mülayim bir qadın olan xanım Terner mövzunu dəyişməyə tələsdi.

Mən növbəti həftə və ondan sonrakı həftə də məbədə gəldim. Lakin yalnız Feyti görmək üçün bura gəlirdim. Ibadətlər çox darıxdırıcı və yorucu keçirdi. Vəzçinin əhval-ruhiyyəsi də çox cansıxıcı idi. Həmçinin mənimlə cənab Terner arasında dinlə bağlı böyük bir fikir ayrılığı əmələ gəlmişdi.

Mən bildiyim qədərincə, İsa Məsih, Müqəddəs Kitab sayəsində məşhurlaşan adi bir insan idi. O romalılarla və öz xalqı ilə mübahisə etmiş və bunun nəticəsində çarmıxa çəkilərək öldürülmüşdü. Ölmüş və hər şey bitmişdi. Hə, əlbəttə, İsa Məsih dinin təməlini qoymuşdu və mən bunu inkar etmirdim. Mən, həmçinin, dinin cəmiyyət arasında xüsusi yerinin olduğunu da inkar etmirdim. Din cəmiyyətdə nizam-intizam hissi, qarşılıqlı hörmət yaradırdı. Kimin üçünsə dinsiz yaşamaq mümkün deyildi. Lakin mənə bu qətiyyən lazım deyildi.

Iki həftədən sonra Feyt mənə nəsihət verməyə çalışdığı zaman heç təəccüblənmədim:



  • Valideynlərim səninlə az-az görüşməyimi istəyir.

  • Az-az, yoxsa heç vaxt görüşməməyimizi istəyirlər?

  • Coş, sən söhbətin nədən getdiyini anlamırsan?

  • Söhbət nədən gedir? Mən sənin xoşuna gəlirəm, sən də mənim. Biz bir yerdə xoşbəxtik! Həm də razılaş, mən o qədər də pis insan deyiləm.

  • Lakin sən məsihçi deyilsən, Coş.

  • Yaxşı, bəs onda mən kiməm? Axı mən buddist də deyiləm.

  • Axı sən məbədə getmirsən... Getsən də yalnız məni görmək üçün gedirsən.

Mən gülümsəyərək onu öpmək üçün əyildim.

  • Əgər mən bu məbədə gəlməyi unutsaydım, nə baş verərdi?— deyə eyhamsız soruşdum.

Həmin axşam görüşə bilmədik.

Beş gündən sonra (13 dekabr, cümə günü idi), xəstəxanada öz çarpayımda uzandığım zaman, qərarsızlıqdan qapımın ağzında donub qalan və içəri girməyə cürət etməyən hərbi keşişin dayandığını gördüm.




Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin