Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi ekologiya saytlarda



Yüklə 123,88 Kb.
tarix15.11.2018
ölçüsü123,88 Kb.
#82561

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

EKOLOGİYA SAYTLARDAc:\users\user\desktop\25988366c0.gif

(Tövsiyə biblioqrafik vəsaiti)

BAKI-2018

Ön söz

Təbiəti sevmədən və ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun resurslarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamaq mümkün deyil. Ekoloji biliyin artırılması, ekoloji problemlərin həllinə və ətraf mühitin qorunub saxlanmasına münasibətin formalaşdırılması, ətraf mühitə qarşı onlarda həssas hisslərin yaradılması, yüksək ekoloji mədəniyyətin öyrədilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili müasir insanın qarşısında duran mühüm vəzifələrdəndir.

Bu məsələlərin həllində mədəni-maarif müəssisələri kimi kitabxanalar yaxından iştirak edir. Gənc nəslin ekoloji təlim-tərbiyəsində bir təbliğat vasitəsi kimi kitabların böyük rolu vardır. Lakin ekoloji savada və mədəniyyətə yalnız kitablar deyil, həm də elektron resurslar vasitəsilə də yiyələnmək olar. “Ekologiya saytlarda” adlı tövsiyə biblioqrafik vəsaiti vasitəsilə ekologiya və təbiəti mühafizə ilə bağlı əlamətdar günlərlə tanış olmaq mümkündür. Vəsaitdə həmin təqvim günlərini işıqlandıran saytların qısa siyahısı verilmişdir. Bu saytlara müraciət etməklə təbiət, biosferin qorunması, noosferin inkişafı haqqında istənilən məlumatı əldə etmək mümkündür.



2 fevral – Ümumdünya Su - bataqlıq Günü

2 fevral 1971-ci ildə İranın Ramsar şəhərində “Sudaüzən quşlar üçün beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq hövzələrinə dair Konvensiya” imzalanmışdır. Su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulmuşdur.


Mənbələr:

Ağ göl Milli Parkı -www. eco.gov.az

Azərbaycanın Bataqlıqları - cografiya - www.coqrafiya.info

Azərbaycanın bitki örtüyü - Azərbaycan Coğrafiya Cəmiyyəti - www.gsaz.az
Azərbaycanda su ehtiyatlarinin təsərrüfat və ekoloji əhəmiyyəti -www.unec.edu.az

Azərbaycan Respublikasının qoruqları (Qızılağac Dövlət Təbiət ...-www.hse.az

Azərbaycanda 200 min hektardan artıq su-bataqlıq əraziləri mövcuddur-www.https://az.trend.az

Bataqlıq.-www.az.wikipedia.org

Bitki örtüyü -www.azerbaijan.az

Göllər və digər su hövzələri | Hidrosfer | Kayzen-www.https://kayzen.az

Şirvan Milli Parkı - www.eco.gov.az

Hidrologiya. -www.elibrary.bsu.az

Göllər və digər su hövzələri | Hidrosfer | Kayzen-www.kayzen.az

Nadir təbiət incisi: Qızılağac Dövlət Təbiət Qoruğu-www.xalqqazeti.com


c:\users\user\desktop\без названия.jpg

19 Fevral - Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü

19 fevral 1986-cı il tarixindən Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd edilir (Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan canlı varlıqlar mühafizə olunur.

Son 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər.

Mənbələr:

Balina balıqdır, yoxsa məməli? - www.portal.azertag.az

Balinaların təkamülü - www.yasilelm.com

Biologiyanın inkişaf tarixi və metodologiyası- www anl.az

Dəniz altının məharətli dalğıcları-Dəniz Altındakı Möhtəşəm Dünya-www.denizalti.qrup313.com


Dəniz məməliləri - www.az.wikipedia.org

Dövlət təbiət yasaqliqları-www.files.preslib.az

Ekoloqların məlumat kitabı-www.elibrary.bsu.az

Su faunası təbiətin ayrılmaz hissəsidir -www.azerbaijan-news.az

Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü -www.az.wikipedia.org

Xəzər dənizinin su-bioloji resurslarının mühafizəsi və səmərəli ...-www.extwprlegs1.fao.org

Xəzər suitisi - www.az.wikipedia.org

Pinqvinlər - www.az.wikipedia.org

Uça bilməyən pinqvin -www.portal.azertag.az


c:\users\user\desktop\без названия.jpg

22 Mart - Ümumdünya Su Günü

BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya Su Resursları Günü” elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.



Mənbələr:

Ağgöl Milli Parkı – Vikipediya.-www.az.wikipedia.orq.

Amazon çayı - Azərbaycan Coğrafiya Cəmiyyəti.-www.gsaz.az

Araz çayı | Axtarış | Kayzen.-www.kayzen.az

Azərbaycanda su hövzələri resurslarının qorunması təbliğ ...-www.trend.az

Azərbaycanda su ehtiyatlarinin təsərrüfat və ekoloji ...-www.unec.edu.az

Azərbaycan respublikası milli su strategiyası.-unece-www.unece.org

Azərbaycan çayları-Vikipediya.-www.az.wikipedia.org

Azərbaycan gölləri -www.az.wikipedia.org

Azərbaycanın gölləri-Azərbaycan Coğrafiya Cəmiyyəti-www.gsaz.az

Avropanın gölləri-cografiya.-www.coqrafiya.info

Buzlaqların hidrologiyası... - www.azkurs.or

Buzlaq epoxaları - www. az.wikipedia.org

Buzlaqlar | Axtarış | Kayzen.- www.kayzen.az

Şimal-şərqi Azərbaycanın Bəzi Su Hövzələri... - www.jbio.az

Donmuş və buz bağlamış su hövzələrində təhlükəsizlik - ...www.fhn.gov.az

Dünya gölləri - Azərbaycan Coğrafiya Cəmiyyəti-www.gsaz.az

Dünyanın valehedici gölləri. - İnterAz.-www.interaztv.com

Dünyanın ən uzun çayları | Kayzen.-www. kayzen.az

Çaylar, göllər, su anbarları | Azərbaycan Respublikası ...-www.eco.gov.az

Çayların ekoloji problemləri.- www.files.preslib.az

Göllər və digər su hövzələri | Hidrosfer |.-www. kayzen.az

İslandiya - buzlaqlar və göy qurşaqları ölkəsi. - www.ok.ru

Kürün aşağı axarının ekocoğrafi problemləri.-www.anl.az

Nil çayı - Azərbaycan Coğrafiya Cəmiyyəti.-www.gsaz.az

Qara dəniz hansı okeanın dənizidir?- www.https://quedeus.com/az

Azərbaycan və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)-www.mfa.gov.az

Aralıq dənizi – Vikipediya-www.https://az.wikipedia.org

Aralıq dənizi iqlimi – Vikipediya-www/https://az.wikipedia.org

Egey dənizi – Vikipediya-www.https://az.wikipedia.org


23 Mart - Ümumdünya Meteorologiya Günü
1961-ci ildə Ümumdünya meteoroloji təşkilat 23 mart tarixini Ümumdünya meteoroloji gün kimi qeyd etməyi qərara almışdır. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir.

Mənbələr:

Atmosfer - www.az.wikipedia.org

Atmosfer təbəqələri – www. az.wikipedia.org

Atmosferin sirkulyasiyası – cografiya.-www.coqrafiya.info

Azərbaycanın iqlimi - Azərbaycan Coğrafiya Cəmiyyəti.-www.gsaz.az

Ekologiya və ətraf mühitin mühafizəsi - www.achiqkitab.az

Hava və iqlim | Atmosfer | Kayzen.-kayzen.az

Havanın tərkibi.-www.anl.az

İqlim dəyişikliyi.-www.az.undp.org

İqlim tipləri - www.azerbaijan.az

Külək necə yaranır?-www.e-derslik.edu.az

Meteorologiya və iqlimşünaslığın məqsəd və ... - www.wordpress.com

Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma.-www.anl.az

Mülayim enliklərin musson iqlimi - www.az.wikipedia.org

Sinoptik meterologiya.-www.elibrary.bsu.azc:\users\user\desktop\download-1.png

Meteorologiya və iqlimşünaslığın məqsəd və vəzifələri - ...www.coqrafiya.info

Meteorologiya və iqlimşünaslığın əsasları - book ...-www.book.ilkaddimlar.com

Yerin iqlim qurşaqları - Uşaq Bilik Portalı.-www.portal.azertag.az


1 Aprel - Beynəlxalq Quşlar Günü

1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adlı ilə həyata keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu gün məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.



Mənbələr:

Adi turac -www. az.wikipedia.org

Azərbaycanın quşlar aləmi.- Ensiklopediya ... www.ens.az

Azərbaycanın Qırmızı kitabına düşən quşlar -www.wikiwand.com

Cənubi Ural siyahısının köçəri quşları. Cənub Uralının ovu ...- www.petmaster.ru

Epizootologiya və quşların infeksion xəstəlikləri.- www.barda.cls.az

Dövlət təbiət yasaqliqları.-www.files.preslib.az

Quşlar -www.az.wikipedia.org

Quşların pasterellyoz xəstəliyi - Dövlət Baytarlıq Nəzarəti ...-www.vet.gov.az

Kiçik mühəndis quşlar | Heyvanlar aləmi | Kayzen-www.kayzen.az

Leyləklər - www.az.wikipedia.orgc:\users\user\desktop\images2222222.jpg
22 Aprel - Yer Günüdür

Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan “Yer Günü”nün bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C.Morton Nebraska ştatının il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bayram “Yer Günü” adlandırılmışdır. Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində “Yer Günü” qeyd olunur. Əgər 1970-ci ildə birinci “Yer Günü”nün qeyd olunmasında 20 milyon insan iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər toplanır.



Mənbələr:

Ətraf mühit -www.az.wikipedia.org

İnsan ekologiyası: bioloji və sosioloji aspektlər-www.anl.az

22 aprel-Yer Günü | Azərbaycan Respublikası Ekologiya ...-www.eco.gov.az

Geoloji dövrlər və paleontologiya -www.paleontologiya.az

Neandertallar: anatomiyaları və mədəniyyəti-www.elmimovzular.com

Paleolit mədəniyyəti.-www.lib.bbu.edu.az

Tarixi geologiya-www.azkurs.org

Təbiət və biz.-www.anl.az

Təbiət və insan - www.inepo.z-aliyeva.edu.az

Ümumi geologiya.-www.elibrary.bsu.az

Yer, Günəş və digər planetlərin yaranması haqqında.-www.djb.az

Yer günü-Vikipediya.-www.az.wikipedia.org

Yerin əmələ gəlməsi | litosfer | Kayzen.-www.kayzen.az

Yerin tarixi – Vikipediya.-www.az.wikipedia.org

c:\users\user\desktop\images.jpg

22 May - Beynəlxalq Biomüxtəliflik Günü

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən 22 may tarixini “Bioloji müxtəliflik üzrə Konvensiya”nın qəbul olunması, həmçinin “Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan etmişdir. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.

Bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasını təşkil edir. Bioloji müxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir.

Mənbələr:

Azərbaycanın müalicəvi bitkiləri -www.az.wikipedia.org.

Azərbaycanın nadir ağac və kol bitkiləri- www.dendrologiya.az

Bakteriyalar, göbələklər, şibyələr - Dərslik Azərbaycan ...-www.azkurs.org

Bioloji müxtəliflik-www.files.preslib.az

Bitki və heyvanların ekologiyası - Bakı Dövlət Universitetistatic.bsu.az

Bitkilər aləmindən maraqlı məlumatlar | Flora | Kayzen.-www.kayzen.az

Canlılar aləmi: Bitkilər haqqında məlumat.-www.sirrler.blogspot.com

Canlılar aləmi: Göbələklər aləmi-www.sirrler.blogspot.com

Ekologiya anlayışı-www.anl.az

Qeyri- adi heyvan növləri | Heyvanlar aləmi | Kayzen-www.kayzen.az

Göbələklər | Biologiya | Kayzen.-www.kayzen.az

Mikroorqanizmlər-www.az.wikipedia.org

Mikroorqanizmlərin təbiətdə yayılması - www.unec.edu.az

Su və onun əhəmiyyəti - Ekologiya və torpaqşünaslıq ...-www.ecosoil.bsu.edu.azc:\users\user\desktop\download-111.jpg

Turizm və biomüxtəliflik -www.medeniyyet.az

Yeyilən bitkilərin müalicəvi xassələri -www.unec.edu.az
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən “Ümumdünya Ətraf Mühit Günü” nün qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başladı.



Mənbələr:

Atmosferin çirklənməsində ekologiyanın rolu-Atmosferin çirklənməsində ekologiyanın rolu.-www. referat.ilkaddimlar.com

Azərbaycan Qırmızı Kitabı - Azərbaycan :: Baş səhifə.-www.azerbaijans.com

Azərbaycanda meşə örtüyünün qorunması hər kəs üçün ...-www.xalqqazeti.com

Ekologiya və ətraf mühitin mühafizəsi.-www. elibrary.bsu.az

Ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza ...-www.tipi.edu.az

Ətraf mühitin iqtisadiyyatı – UNEC.-www.unec.edu.az

Dövlət qoruqları - www.azerbaijan.az

78 - Meşə fondunun mühafizəsi, qorunması və meşələrin ...-www.e-qanun.az

Meşələr xalqımızın milli sərvətidir | Xalq Qəzeti.-www.xalqqazeti.com

UNEC-Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı.-www. unec.edu.az

Respublikanın meşələri| Azərbaycan Respublikası ...- www.eco.gov.az

Təbiət və onun sakinləri: quşların xüsusiyyətləri.-www.tebietim.blogspot.com

Torpaqların çirklənməsi və qorunması.-www.anl.azc:\users\user\desktop\images (1)2334.jpg

Tuqay meşələri -Tuqay meşələri -www. az.wikipedia.org

17 İyun - Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü

Səhralaşma - qlobal ekoloji və sosial - iqtisadi problemdir. Bununla əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17 iyunda qeyd olunan “Ümumdünya Quraqlıq və Şəhralaşma ilə Mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.



Mənbələr:

Arktik səhralar - www.az.wikipedia.org

Böyük səhra Qobi -www.portal.azertag.az

Dünyanın ən susuz və quraq əraziləri-səhralar haqqında ...- www.deyerler.org

Quraqlıq -www.az.wikipedia.org

Quraqlıq və ona qarşı mübarizə tədbirləri -www.fhn.gov.az

Planetimizi təhdid edən bəla - QURAQLIQ -www.bizimyol.info

Saxara və ya Böyük səhra-cografiya-www.coqrafiya.info

Səhralaşma problemi-www.files.preslib.az

Səhra -www.az.wikipedia.org

Stress və bitkilərin adaptasiyası-www.elibrary.bsu.az

Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri -www.gsaz.az

Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə -www.turk-pa.org

Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları.-www.elibrary.bsu.azc:\users\user\desktop\images (1)77777.jpg



16 Sentyabr - Beynəlxalq Ozon Təbəqəsinin Qorunması Günü

Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatı təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.



Mənbələr:

Atmosfer-www.referat.ilkaddimlar.com

Dünya böhranı və ekoloji problemlər-www.unec.edu.az

Ekologiya, ətraf mühit və insan-www.elibrary.bsu.az

Gəlin yuxarıya nəzər salaq...- Green Pack Online-www.greenpackonline.org

Göyün Ozon qatı niyə dağılır?-www.modern.az

Qlobal ekoloji problemlərr-www.anl.az

Green Pack-Tədrisvəsaiti-www.documents.rec.org

Mühəndis ekologiyası-www.anl.az

Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə ...-www.faolex.fao.org

Ozon dəliyi-www.az.wikipedia.orgc:\users\user\desktop\щзон.jpg

Ozon qatının qorunması problemi-www.files.preslib.az

Ozon qatının mühafizəsi yolları – cografiya-www.coqrafiya.info

Yer Kürəsinin İncə Zirehi-www.anl.az


Sentyabrın sonuncu həftəsi – “Xəzər həftəsi”

1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) “Ümumdünya Dəniz Günü”nü qeyd edir. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix sentyabr ayının son həftəsinə təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur.

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış “Ümumdünya Dəniz Günü” 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırkı dövrdə isə bu gün sentyabrın axırıncı həftəsində qeyd olunur. c:\users\user\desktop\images (1)8888888.jpg

Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq “Dəniz Günü” dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən müsabiqə, festival formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.



Mənəbələr:

“Xəzər həftəsi” başladı – “Azərbaycan” qəzeti-www.azerbaijan-news.az

“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbir keçirilib – SalamNews- www.salamnews.org

24 sentyabr Beynəlxalq Dənz Günüdür - AZƏRTAC ...-www.https://azertag.az/

Dəniz səviyyəsi – Vikipediya-www.https://az.wikipedia.org

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" ...-www.e-qanun.az

Dünyanın ən böyük gölü – Xəzər dənizi - Uşaq Bilik Portalı-www.portal.azertag.az

Xəzər dənizi | Azərbaycan coğrafiyası | Kayzen-www.https://kayzen.az

Xəzər dənizinin ümumi səciyyəsi - Azərbaycan Coğrafiya Cəmiyyəti-www.gsaz.az/

Xəzərin tarixi haqqında –www.azerbaijan.az

Xəzər dənizinin hidrologyası - Azərbaycan Coğrafiya Cəmiyyəti-www.gsaz.az

Xəzərdə ekoloji böhran yaşanır -www.bizimyol.info

Xəzər dənizinn meterologyası- Azərbaycan Coğrafiya ...-www.gsaz.az/articles

c:\documents and settings\1962\рабочий стол\images-1.jpeg

3 Oktyabr - Ümumdünya Quşların Müşahidəsi Günü

3 oktyabr “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasının diqqətə çatdırmaq, həmçinin quşları təbii biotoplarında öyrənmək, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.

Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.

Mənbələr:

Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr... - Milli Kitabxana-www.

anl.az

Azərbaycan quşları-www.yaaz.az



“Quşların müşahidəsi düşərgəsində” iştirak ... - Zoologiya İnstitutu-www.zoologiya.az

Quş yuvaları - Elmi Mövzular-www.elmimovzular.com

Ali bitkilərin təyin edilməsi və oxuyan quşların monitorinqi-www.bsu.edu.az

Azərbaycan ərazisinin 10,2 faizi xüsusi mühafizə olunur - www.aznews.az

“Quşları Müşahidə Günü” ilə əlaqədar gənclər üçün təlim keçirilmişdir –www.azpress.az

Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi-www.ecosoil.bsu.edu.az

Kür-Araz ovalığı landşaftının (qoruq və ...)-www.ebooks.azlibnet.az

Biomüxtəliflik günü - 22 May-www.biodiversity.axtaran.az

Azərbaycanın Qırmızı kitabına düşən quşlar – Vikipediya-www.az.wikipedia.org
4 oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günü

4 oktyabr 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə qərar qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur.

Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən hər saat Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olmuşdur. Bu tədbirlərin də məqsədi məhz ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir.

Mənbələr

Heyvanlar aləminin ensiklopediyası.-lankaran.cls.az

Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü- Vikipediya-www.az.wikipedia.org

Ekoloji təqvim-www.files.preslib.az

Beynəlxalq ekoloji təqvim-www.clb.az

Hər saatda 3 heyvan növü Yer üzündən silinir-www.deyerler.org

Heyvanların qorunması – Vikipediya-www. az.wikipedia.org

Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası ...-www.vet.gov.az

Heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib ...-www.azertag.az

Nadir heyvan növləri necə qorunmalıdır – “Azərbaycan” qəzeti-www.azerbaijan-news.az

Ovçu, insaf elə… Azərbaycanda mühafizə olunan vəhşi heyvanların... -www.bizimyol.info/az/newsc:\documents and settings\1962\рабочий стол\тигр.jpeg


11 Dekabr - Beynəlxalq Dağ Günü

Beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqəti artırmaq məqsədilə keçirilən tədbirdir.

BMT-nin qərarına əsasən 2002-ci il dünyada “Beynəlxalq Dağlar İli” adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il bu günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. “Dağlar Günü” hər il bir başlıq altında qeyd olunur.

Mənbələr:

Dağlar Günü – Vikipediya-www.az.wikipedia.org

Dağ – Vikipediya-www.az.wikipedia.org

Relyef formaları | litosfer | Kayzen-www.kayzen.az

Tektonik dağ – Vikipediya-www.az.wikipedia.org

Geomorfologiya və dördüncu dövr çöküntülərinin geologiyası-www.anl.az

Qurunun dağ və düzənlikləri | litosfer | Kayzen-www.kayzen.az

Azərbaycan Respublikasında ən yüksək dağ zirvələri-Vikipediya-www.az.wikipedia.org

Alp dağları Avropanın köksündə ucalan dağ sistemidir - Uşaq Bilik ...-www.

portal.azertag.azc:\documents and settings\1962\рабочий стол\images-2.jpeg

Xınalıq-dağların tacı| Realpress.az-www.realpress.az

Azərbaycanın Qırmızı Kitabı

Azərbaycan Respublikasının “Qırmızı Kitabı” - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Mövcud “Qırmızı Kitab” 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika “Qırmızı Kitabı”na fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib.Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib. Yəni Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın II nəşri 2013-cü ildə çapdan çıxıb.

Azərbaycanın “Qırmızı Kitabı”nın ikinci nəşri çox arzuolunan bir haldır. Akademik Cəlal Əliyevin rəhbərliyi altında respublika ərazisində yayılmış nadir və nəsli kəsilməkdə olan bitki, göbələk (I cild) və fauna (II cild) növlərinin tədqiqi üzrə nəticələri əks etdirən “Azərbaycan Respublikasının Qırmızı Kitabı” (ikinci nəşr) hazırlanmış və dərc edilmişdir. 300 ali və ibtidai bitki, həmçinin göbələk və 223 fauna növü, onların yayılması, sayı və azalma tendensiyaları haqqında məlumatlar ilk dəfə olaraq kitaba daxil edilmişdir.

“Qırmızı Kitab”ın II nəşrində respublika flora və faunasının qorunmağa ehtiyacı olan növləri haqqında məlumat verilir. Siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai (6 yosun, 13 şibyə və 1 mamır) bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Ali bitkilərin arasında: Plaunkimilər-1növ, Qatırquyruğukimilər-1 növ, Qıjıkimilər-4 növ , Çılpaqtoxumlular - 4 növ İkiləpəli örtülütoxumlular-256 növ təşkil edir.

Kitabın ikinci nəşrinə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilmişdir.




c:\documents and settings\1962\рабочий стол\images-3.jpeg












Ekoloji işarələrin siyahisi və onların izahı

Məhsul təkrar məhsuldan hazırlanmışdır və ya təkrar istehsal üçün yararlıdır.

Qutunu zibil yeşiyinə tullamaq lazımdır.

Tullamaq olmaz. Təkrar istehsal məntəqəsinə verilməsi vacibdir.

Təkrar istehsal edilən plastik material. İşarə bilavasitə məhsulun üzərinə vurulur. Bu üçbucağın içində plastikin tipinin aşağıdakı kodları göstərilə bilər:

1 PETE-Polietilenterftalat

2 HDPE-Yüksək sıxlıqlı polietilen

3 PVC ПВХ-Polivinilxlorid

4 LDPE-Aşağı sıxlıqlı polietilen

5 PP-Poliropilen

6 PS-Polistirol

7-Plastik materialın digər növləri



Yaşıl nöqtə. İşarə tullantıların yenidən istehsalı üzrə proqramına (Almaniya) maliyyə dəstəyi göstərən firmaların istehsal etdikləri məhsulların üzərinə vurulur.

SON SÖZ

Hörmətli oxucular! Gəlin təbiəti, doğma Azərbaycanımızı və dünyamızı qoruyaq və sevək! Çünki onların hər biri bizdən sonra gələn nəsillərin yaşaması üçün əvəzsiz, qiymətli mühitdir.

Həm yerin, həm göyün sirrini aşkar,

Oxudum bir gülün ləçəklərindən.

Böcəklər, çiçəklər, güllər, arılar,

Kim deyir ayrıdır biri-birindən.

Eşqdir yaşadan təbiəti də

Çiçəklər torpağın min bir rəngidir,

Böcəklə çiçəyin məhəbbəti də

Ana təbiətin öz ahəngidir.



Xalq şairi Bəxtiyar Vahabzadə

İnsan fəaliyyətinin təbiətə vurduğu zərər nəticəsində ətraf aləm, canlı və cansız təbiət güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduqları üçün artıq “Qırmızı Kitab”a düşmüşlər. Təbiətə, torpağa olan mənfi və istismarçı münasibət dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlərə səbəb olmuşdur. Təbiət həyəcan zəngini çalır və insanları köməyə çağırır. İnsan əzəli və son beşiyi olan ana təbiəti, qoynunda boy atdığı torpağın ekologiyasını, təbii sərvətlərini, faydalı qazıntılarını mühafizə etməyə borcludur. Təbiətin qorunması problemlərinin vaxtında həlli bu yaşıl dünyanı bəşəriyyətə yenidən geri qaytarar.

“İnsan özü-özünün keşikçisi olmalıdır. Əks təqdirdə heç bir başqa canlı onun harayına çatmayacaq. Ona görə də təşvişsiz, haraysız həyəcan təbili çalmaq lazımdır və bu təbili heç yerdən asmaq lazım deyil. O, müasir insanın ürəyidir.

(Akademik Həsən Əliyev)



Səbail rayon MKS-nin şöbə müdiri Cəmilə Səmədova
Yüklə 123,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin