Amanova, S.B. Krokus // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı.-Bakı: Təhsil, 2010, s.12-13.
Krokus
Çox-çox qədimlərdə yer üzündə Midya adlı bir məmləkət vardı. Günlərin bir günü məmləkətin şahı səhər yuxudan qızının qışqırağının səsinə oyandı: “Bir buna bax. Bu çarıqlar nə gündədir?! Heç mənim adıma-sanıma layiq deyil!”
Şah bir qədər fikirləşib, çarıqlarına baxdı, qəzəblə əmr etdi:
-Ey xidmətçi, tez ol mənim şəxsi çəkməçimi çağır gəlsin!”...
Latnca adı Krokus (Crocus) olan zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır.
Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur. ABŞ, Yaponiya, Rusiya, İspaniya, Fransa, Rumıniya və İngiltərədə siçanlar üzərində aparılan təcrübələrdə də zəfərandan istifadə olunur.
Zəfəranın Abşeron yarımadasında yayılmasının tarixi çox qədim olmasa da, bu qiymətli bitkinin əkin sahələri sürətlə genişlənmiş, şəxsi həyətlərdə, dənizkənarı bağ sahələrində zəfəran üçün ayrıca guşələr ayrılmış, xalq seleksiyaçıları bu qiymətli bitkiyə aqrotexniki qulluğun incəliklərini dərindən öyrənmiş, xeyirxah niyyətlə az-çox torpağı olan hər kəsin bu təcrübədən faydalanmasına yardımçı olmuşlar.
Azərbaycanda zəfəran hə xalq təbabətndə, hə də xörəklər və şrnyyatlarda ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur.
Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi.
Hekayədə şah qızının çarıqlarının rənglənməsi üçün sarı rəngin necə əldə edilməsindən və zəfəran bitkisinin boyama xüsusiyyətindən söhbət açılır. Burada baş verən hadisə boyaçılıqda zəfərandan istifadə edimləsinin ilk üsulu xalq rəvayəti şəklində verilmişdir.
Dostları ilə paylaş: |