... Özümü saxlaya bilmirdim. Maraq məni bürümüşdü. Sandıqdan bükülüb səliqə ilə yığılmış al-qırmızı xalçanı çıxartdım. Tozunu çırpıb eyvana sərdim. Köhnə əşyalar beynimi təzələdi. Xatirələr məni ağuşuna aldı. Sandıqdan bir-birinin ardınca çıxardığı qədim əşyalar məni valeh etmişdi. Sanki quş kimi uçurdu. Ayağımda nənəmin çarıqları xalçanın üzərində dövrə vururdum: “Haradasan, uşaqlığım?!”,-deyə pıçıldadım. Sonra nə olduğunu bilmədim. Sanki bir burulğana düşdüm. Külək məni sürətlə uzun illəri arxada qoyub, keçmişə apardı. Bir göz qırpımında qayğısız uşaqlıq illərimin yaşanmış günlərini yenidən yaşamağa başladım.
Çarıq ayaq üçün nəzərdə tutulan geyim növüdür. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi.
Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1-2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6-12-yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan “döşəmə” salıb geyirdilər.
Azərbaycanda kişi çarıqlarının “kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s. ) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Hekayədə Azərbaycan xalqının qədim geyim mədəniyyətinin ünüsrlərindən biri olan çarıq haqqında söhbət açılır. Nənəsinin sandığından çıxardığı çarıqlar onu keçmişə, uşaqlıq illərinə aparır.