Amanova, S.B. Qız və qızılgül // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.19.
Müəllf Siyavuş Məmədzadənin “Qız və qızılgül” şeirini də oxucularına təqdim etmişdir.
Qızılgülü sevirəm,
Ətrini xoşlayıram.
Şehli ləçəklərini
Ehmalca oxşayıram.
Ətirli rayihəsi
Xatirələr oyadır.
Doğa tarlalarımda
Ağ pambığım boy atır.
Amanova, S.B. Xurma // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.20.
Xurma
Bu əhvalat çox qədim zamanlarda baş verib. Rəvayətə görə Məhəmməd peyğəmbər (Allah ona rəhmət eləsin, qəbri nurla dolsun) dünyasını dəyişməyə hazırlaşanda ən etibarlı tərəfdarlarını başına toplayıb, onda olan bir əmanəti dörd yüz il bundan sonra zühur edəcək davamçısına verməli olduğunu deyir. O, bu haqda əvvəllər də bir neçə dəfə xatırlatmış, əmanəti qəbul etmək istəməmişdilər. Qorxmuşdular ki, lazım gələn vaxta qədər yaşaya bilməzlər. Bu dəfə onlar öz aralarında məsləhətləşb uzun yaşayacağını qabaqcadan bilən yeganə adamı-Aristan babanı çağırmağı qərara almışdılar.
Xurma ağacı özünün xırda, yumşaq və şirin meyvələri ilə əsrlər boyu Yaxın Şərq və Şimali Afrika sakinlərinin əsas qida mənbəyi olub.
Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Xurmanın insan orqanizminə böyük xeyri var. Öz faydalı tərkibinə görə onunla rəqabətə az sayda meyvə girə bilər. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır.
Onun adı Quran və Bibliyada da çəkilib. Xurma Ramazan ayında xüsusilə ən çox tələb olunan meyvədir. Adətən Ramazanda oruc tutan insanlar iftara onunla başlayırlar. İslam peyğəmbəri Məhəmməd müsəlmanlara faydalı olduğu üçün gündə bir xurma yeməyi tövsiyə edib.
Hekayə dini bir rəvayətin əsasında xurma haqqında məlumat verir, onunla bağlı tarixi faktlardan və dini atədlərə görə bu meyvəyə xas xüsusiyyətlərdən söhbət açır.
Dostları ilə paylaş: |