Amanova, S.B. Əmsar bağlarında // Amanova, S.B. Xurcun / red. Ç. O. Qacar; tərc.ed. S. Nuruqızı.-Bakı: Təhsil, 2010, s.29-31.
Əmsar bağlarında
Artıq kiçik oğlan aclıq çəkmirdi. Quş da onunla idi. O, bu sehrli alma bağında qalıb yaşamaq qərarına gəlmişdi. Oğlan isə hər gün yeni alma ağacları əkirdi. Bu möcüzə haqqında onun qardaşları eşitmiş, doğma ata ocağına qayıtmışdılar. Onlar dərdin, kədərin, aclığın və tənhalığın nə olduğunu artıq yaxşı bilrdilər. Elə buna görə də ata evini təmir elətdirib bir yerdə, bir-birlərinin çətin günlərinin dayağı ola-ola yaşamaq qərarına gəlmişdilər.
Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Qubada alma bağlarının salındığı yerlərdən br də Əmsar kənddr. Tədqiqatçıların fikrincə, kəndn adı ərəb mənşəli əmsar (“mesr” sözünün cəmi) “böyük şəhər, ölkə”; “böyük yaşayış məntəqəsi” sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır.
Hekayədə birlik və dostluqdan, yalnız zəhmətlə qazanılan nemətin bərəkətli və əziz olduğundan söhbət açılır. Hekayə eyni zamanda alma ağaclarının əkilməsi üsulu və Qubada Əmsar kəndində salınan gözəl alma bağları haqqında da bədii şəkildə məlumatı diqqətə çatdırır.
Son söz
“Xurcun”da tariximizi vərəqlədik. O, bizə keçmişimizdən xəbər verdi. Onun içindən çıxan nağıl və hekayələr tarixi köklərimizin zamanın nə qədər dərin köklərinə dayandığını söylədi. Buradakı hər bədii nümunə Azərbaycan torpağında yaşayan xalqın zövqünü və zəngin düşüncə tərzini göstərdi.