Amanova, S.B. Bürünc qazan haqqında hekayət // S.B.Amanova. Xurcun / red. Ç. O. Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.22-26.
Danışıb çox şeydən elçiyə Əziz
Dedi:-Qlobusu kəşf etmişik biz.
Qlobus bürüncdən düzəldilib bil,
Yurda yayılıbdır elm və təhsil.
Ulduzlar qızıldan, gümüşdən olub,
Firuzədən ona xətlər oyulub...
... Yayından atılmış bir oxdur zaman,
İndi şəkillərdə yer alıb qazan.
Qədim Türküstanın Yass mahalında
Dayanıb o qazan həmin halında.
Qlobus Drezden muzeyindədir,
Adı hər bir qəlbdə, hər beyindədir.
Beləcə vaxt ötür, dəyişir zaman,
Dünyada iz qoyub köçür hər insan!
Dünyanın ən qədim Göy qlobusunun Azərbaycanda (Marağa rəsədxanasında) düzəldiilmişdir. Buna alternativ bir ixtira yoxdur. Bəzi tarixi mənbələrin göstərdiyinə əsasən, Marağa rəsədxanasında həm ulduz, həm də Yer kürəsinin qlobusları var imiş. Əlbəttə, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) rəhbərlik etdiyi elmi kollektiv ulduz qlobusu düzəltdiyi halda, şübhəsiz ki, həmin dövrdə Yer kürəsinin qlobusunu da ixtira edərək, Marağada saxlayırdılar. Yerin kürə şəklində olması Tusiyə bəlli idi və çox güman ki, o, tərəddüd etmədən Yer kürəsini əks etdirən qlobus düzəltmiş, həmin qlobusun vasitəsilə planeti iki yarımkürəyə bölmüşdü.
Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında Məhəmməd Ordinn ixtira etdiyi qlobus qızıldan və gümüşdən bəzəndiyinə görə, həmin maket qiymətli bir sənət əsəri kimi tarixin yaddaşında qorunub saxlanılmışdır. Ulduz qlobusu Drezden şəhərinin “Rəsm Qalereya” muzeyinin Fizika-riyaziyyat salonunda nümayiş etdirilməkdədir.
“Bürünc qazan haqqında hekayət” adlı şerdə dünyada ən qəd göy qlobusunun Azərbaycanda yaradılası və onun üəllf haqqında əluat verlr. Azərbaycanın Elxanlər sülaləsi, Şərqin böyük musiqişünaslarından olan Seyfəddin Urməvi, Əmir Teymur, əslən Azərbaycan türklərindən olan məşhur misgər Əbdüləziz Təbrizi kimi tanınmış şəxsityyətlər təqdim edilir.
Dostları ilə paylaş: |