Amanova,S.B. Nar// S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.26.
Nar
Biri var idi, biri yox idi, bir bağban var idi. Bağban çox zəhmətkeş idi. Onun bağında nə desən vardı. Bağban həmişə meyvə ağaclarının yeni növlərini axtarıb tapar, bağçasında əkib yetişdirərdi.
Bağbanın gözünün ağı-qarası bir oğlu var idi. Hər gün oğlunu bağa gətirərdi. Oğlanın adı Nar idi. Günlərin bir günü bağbanın oğlu Nar xəstələndi. Xəstəliyinə əlac tapılmadı ki, tapımladı. Gündən-günə zəfiləyib, taqətdən düşməyə başladı.
Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Vətəni Kiçik və Оrtа Аsiyа, Dаğıstаn, Şərqi və Cənubi Zаqаfqаziyаdır.
Nar işıqsevəndir, işıq çatışmadıqda nar ağacında çiçəkləmə müşahidə edilmir. Nаrın mеyvələrindən həm təzə, həm də еmаl еdilmiş hаldа istifаdə еdilir. Mеyvəsinin qаbığındа аşı mаddəsi vаrdır. Müхtəlif fоrmаlаrındаn yаşıllаşdırmаdа istifаdə еdilir.
Hazırda Zaqafqaziya respublikalarında nar ağacı geniş becərilir. Azərbaycanın bir sıra rayonlarında Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Lənkəran, Masallı, Şəmkir və s. çoxdan nar bağları salınıb. Bundan əlavə həmin rayonların meşələrində, dağ yamaclarında cır nara da rast gəlinir.
Narın müalicəvi xassəsi eramızdan hələ çox qabaq assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Nar şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrısızlaşdırıcı xassəyə malikdir. Çiçəklərindən soyuqdəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir. Kök və budaqların qabığı lentşəkilli qurdlara qarşı iflicedici təsir göstərir.
Hekayədə bağbanın oğlunun sağalması üçün keçdiyi əziyyətli yollardan, onu müalicə edə biləcək bitkini tapıb gətirməsindən və həmin ağacı oğlunun şərəfinə adlandırmasından, eyni zamanda bu bitkinin müalicəvi xüsusiyyətindən bədii şəkildə söhbət açılır.
Dostları ilə paylaş: |