Amanova, S.B. Mis qazan// S.B.Amanova. Xurcun / red. Ç.O. Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.16-17.
Mis qazan
... Yaz yaxınlaşırdı. Hər çərşənbə axşamı evdə xonça bəzəyir, ətrafına şam düzüb yandırır və bayram xörəyi bişirirdilər. Bu çərşənbə axşamı günü də ev sahibəsi həmişə olduğu kimi tefal qazanı deyil, mis qazanı götürdü. Yuduğu düyünü qaynadıb süzdü. Təpə kimi yığıb, üzərinə zəfəran gəzdirdi. Dəsmala bükdüyü nimçəni mis qazanın ağzına qapaqəvəzi örtüb, plovu dəmə qoydu. Plovun ətri bütün evi bürüdü.
Xalqımız özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. Zəngin sənət ənənələrinə malik Azərbaycanda misgərlik sənəti qədim tarixə malikdir. Belə sənət nümunələri arasında mis qabların xüsusi önəm daşıması heç də təsadüfi deyil. Misgərlik sənəti nümunələri olan mis qablar əsasən əhalinin orta təbəqəsinin süfrəsində üstünlük təşkil etmişdir. Mis məmulatlarının etnoqrafik təsnifatında əsas meyar onların tətbiq sahəsidir. Əməli-məişət vəzifəsinə görə mis qablar su qabları, xörək bişirmək və süfrəyə vermək üçün istifadə olunan qablar, ağartı qabları və məişət əşyaları kimi növ və qruplara bölünür.
Hekayədə xalqımızın daha bir adətindən xəbər verilir. Bayram plovu hökmən mis qazanda dəmlənməlidir. Bu sanki ata-babalarımızın öz övladlarına bir tövsyəsidir. Mis qazanının kökü xalqımızın düşüncə tərzi və məişəti ilə yaxından bağlı olduğu üçün, bu qazan bərəkət rəmzi kimi də qəbul edilir. Necə deyərlər, mis qazanda bişən xörəklər bərəkətli və artımlı olur. Hərə öz xidmətinə və dəyərinə görə qiymətləndirilir.