Yaralıları neylədiniz? 805
– Səngərə gətirdik. 805
– Bayırda heç kim qalmayıb? 805
– Yox, hamısını o səngərə apardıq. 805
– Bəs şəhidlər? 805
– Şəhidlər yıxıldıqları yerdə qalıblar. 805
Göstərdikləri səngərə doğru yola düşdüm. Yolboyu irəlidən qayıdan hər bir tanışdan kəşfiyyat uşaqlarının harada olduqlarını soruşurdum. 805
– İrəli getdilər. Biri də şəhid oldu. 805
– Harada? 805
– Bilmirəm. Bir şəhid yıxılmışdı, dedilər ki, kəşfiyyatçılardandır. 805
Şəhid olduqlarını təxmin etdiyim uşaqları fikirləşirdim. Əməliyyat davam edirdi və hələ başqalarının da şəhid olma ehtimalı vardı. 805
Həbib batalyonunun uşaqlarını soruşdum: "Cəlal Zahidi haradadır?" 805
– Xəbərimiz yoxdur. 805
– Bəs ağa Fərəc? Bilirsiniz haradadır? 805
– Yox. 805
– Əlirza Sarxanini görən olubmu? 805
– ... 805
– Bəs Niknəfəsi? 805
– İrəlidə pusqudadır. 805
Yaralıları topladıqları səngərə çatdım. Soyuğun qarşısını almaq üçün səngərin girişindən bir ədyal asmışdılar. İçəri girdim. Səngər nisbətən isti idi, amma qanaxma və ağrı uşaqlarda can qoymamışdı. Bəziləri hələ də soyuqdan titrəyirdilər. Orada bir təcili yardım işçisi vardı; bir yaralının yanından o birinin yanına gedir və ilkin tibbi ləvazimatı ilə yaralarını sarıyırdı. Gözüm yaralıların arasında gəzirdi. Kimi axtardığımı bilmirdim, amma bilirdim ki, onların arasında mütləq bir dostum var və onun sevgisi məni oraya çəkib. Nəhayət, gördüm. O yaralı dost Cəlal Zahidi idi. Yanında oturdum. Bütün bədəni qəlpə ilə dolu idi, amma boğazını yarmış qəlpə hamısından pis işləmişdi. Hər dəfə nəfəs alanda boğazından qan axırdı. Dedilər ki, heç kimə cavab vermir, deyəsən, özündə deyil. 805
Soyuq əllərimi yanaqlarına qoyub dodaqlarımı üzünə yaxınlaşdırdım: "Cəlal... Cəlal..." 806
Səsimi eşidib gözlərini açdı və gözlərimə dikdi. 806
– Necəsən, Cəlal? Bir şey olmayıb, qorxma. 806
Yavaşca və titrək səslə dedi: "De, yaralarımı bağlasınlar". Tibb işçisini çağırdım. O, dərin yaraları bandla bağlayırdı, amma Cəlalın boğazının qanı boynunun bandlarını isladırdı. O, yenə huşunu itirdi. Onun yerində olmaq istəyirdim. Onu çox sevirdim, şəhadətə layiq olduğunu bilirdim, lakin düşünürdüm ki, xəstəxanaya tez çatsa, yaşayar. Hələ yanından uzaqlaşmamış yenidən gözlərini açdı: "Üşüyürəm". Üstünü örtdüm. Yenidən özündən getdi. Çox gözlədim ki, bir də özünə gəlib məndən bacardığım bir şey istəsin, amma heç nə demədi. Hərdən özünə gəlib gözünü ətrafa gəzdirir və məni görürdü. Nə deyəcəyimi bilmirdim. Ona demək istəyirdim ki, Cəlal, sağ-salamat get, amma bizim də əlimizdən tut. 806
Orada qalmağımın heç kimə faydası yox idi. Tibb işçisinə dedim: "Yüngül yaralıları səhərə yaxın yolla, özləri geri qayıtsınlar, nəqliyyat vasitəsi gözləməsinlər. Ağır yaralılara da burada bax. Mən yuxarı, düşmən mövqeyinə tərəf gedirəm. Əgər qatır tapsam, yollayacağam, uşaqları geri göndərərsiniz". 806
Cəlalı öpüb səngərdən çıxdım və təpənin başına getməyə başladım. Pusqulardan bir qədər uzaqlaşandan sonra ağa Sövdagəri gördüm. O da təpənin başına gedirdi. 806
– Vəziyyət necədir, ağa Məhəmməd? 806
– Uşaqlar bir tərəfdən yuxarı çatıblar, amma o biri tərəfdə hələ atışma davam edir. 806
Məqsədi Ürucla Himmətin arasındakı Zəfər zirvəsi idi. Ağa Məhəmməd tezliklə məndən önə keçdi. Uca boyuna və fiziki gücünə görə heç bir işdə geri qalmırdı. Çox iti yeriyirdi və heç kimi gözləmirdi. O, getdi və mən yenə tək qaldım. Fikirləşirdim ki, yaralı olmasaydım, təpənin başına çıxan ilk adamlardan olardım. Lakin dərhal yataq əsiri olduğum və heç kimin bir də ayaq üstə dura bilməyəcəyimi düşündüyü bir neçə ay öncəki durumumu xatırladım. 806
Qar bərk idi. Bəzi yollar öncədən keçilməmişdi və özüm yol açıb irəliləməli idim. Qarın hündürlüyü dizdən yuxarı idi və bəzən qurşağa qədər qara batırdıq. O şəraitdə sol ayağım çox çətinlik törədirdi. Sağ ayağımı qoyandan sonra sol ayağımı əlimin köməyi ilə qarın arasından irəli çəkməli olurdum. Bəzən ayağım qarın içində qalırdı və sağ ayağımdan başqa bir dayağım olmadığına görə hər iki əlimlə sol ayağımı qardan çıxarmağa çalışırdım. Bəzən sağ ayağım da qara girməyəndə isə vəziyyət bərbad olurdu və mən ayağı havada qalırdım. Çəkmələrim qarla dolmuşdu. Vətər əməliyyatından yeni çıxmış ayağım o şəraitdə bir taxta parçası kimi qurumuşdu və mən nəinki ağrısını, heç özünü də hiss etmirdim. Mən artıq yaralı böyrümün ağrısını da duymurdum. 806
Hərdən uşaqların get-gəlindən yola çevrilmiş yerə çatırdım. Orada sürətlə hərəkət edirdim və sonra yenə qara çatır və yavaşca irəliləyirdim. 807
Hava işıqlanırdı. Sübh namazının vaxtı idi. Atəş və partlayış səsləri dağı başına almışdı. Azan səsinin yeri görünürdü. Özüm təklikdə azan verdim, sonra iqamə oxudum və yeriyə-yeriyə sübh namazımı qıldım. Zirvədə qanın içində yan-yana uzanmış uşaqların cəsədləri diqqətimi cəlb etdi. Onlara yaxınlaşdım. Miribrahim Mirkazımpur və Əkbər Cidari də orada idi. Sayları təxminən on olardı və yanılmasam, hamısı qəlpələrdən şəhid olmuşdu. 807
Himmət zirvəsinə yaxınlaşmışdım. Yuxarı qalxdıqca atışma güclənir və döyüşçülərin sayı artırdı. O qədər döyüşçünün arasında yenidən gözüm Məhəmməd Sövdagərə sataşdı. Əlində bir pulemyot vardı və düşmənin Zəfər zirvəsindəki səngərlərinə atəş açırdı. Yaxınlaşanda bildim ki, uşaqların təhlükəsiz şəkildə irəliləmələri üçün atəşini gücləndirib. Onun yanına çatanda ləhləyir və buz kimi bədənimdən axan tər damcılarını hiss edirdim. Vəziyyəti soruşdum və o, atəşini dayandırmadan dedi: "Uşaqlar irəliləyirlər". 807
Onun atəşi və uşaqların hərəkəti bəhrəsini verdi. Bir neçə düşmən əsir alındı və biz də o tərəfə keçdik. 807
Əsirlərin ikisi ağa Məhəmmədin komandir olduğunu başa düşüb yetim uşaqlar kimi arxasınca düşmüşdülər; haraya gedirdisə, onlar da arxasınca gedirdilər. Ağa Məhəmmədlə zarafatlaşırdıq. 807
– Ağa Məhəmməd, axır ki ata oldun. 807
O düşmənlər güclü müqavimət göstərib oranın fəthini səhərə qədər təxirə salmış olsalar da, ağa Məhəmməd onlarla mehriban davranırdı. Himmət və Zəfər yüksəklikləri ələ keçirilmişdi və düşmənlər oradan aşağı qaçırdılar. Çoxu Qucara tərəf qaçırdı. Biz onlara atəş açırdıq, amma məsafə çox olduğuna görə elə də təsirli olmurdu. Uşaqlar Xətt əl-rəs mövqeyinə qədər qalxmışdılar və hər şey bizim xeyrimizə gedirdi. Orada atəşə qarşı ciddi reaksiya verməyib oyan-buyana gedən iki qatır diqqətimi çəkdi. Uşaqlara dedim ki, qatırları yaralıların səngərinə aparsınlar və mütləq ağa Cəlalı da geriyə göndərsinlər. Düşündüm ki, Qasim batalyonu ilə birləşmə zamanı çatmışdır. Ağa Məhəmməd Himmətin ətrafında məşğul idi. Fikirləşirdim ki, Üruca tərəf getsəm, Qasim batalyonunun uşaqlarını görə bilərəm. Təkbaşına yola düşdüm və get-gedə uşaqlardan uzaqlaşdım. Ürucdan bir neçə Bəsic üzvünün mənə doğru gəldiyini görəndə itirdiyim enerjini yenidən əldə etdim. Qasim batalyonunun əməliyyat zonasına çatmışdım və Həbib batalyonundan onlara birləşən ilk adam olduğuma görə sevinirdim. Arxamda kimsə yox idi və həmin Bəsic üzvləri hələ mənə doğru gəlirdilər. Əyinlərində göy gödəkcə vardı, göy panço geyinmiş Qasim batalyonundan olduqlarını düşünürdüm. Birdən mənə doğru açdıqları atəşdən dayandım. 807
– Bizik... Həbib! Həbib batalyonu! 808
Veclərinə deyildi. Bir neçə dəfə atəş açandan sonra qayıtdılar. Məni qorxu bürüdü. Mən də geri döndüm. Hava işıqlanmışdı və saat təxminən 9 idi. Öz uşaqlarımızın yanına qayıtdım. Orada Haşim Tari məni səslədi: "Ağa Mehdi, Əmin ağa səninlə danışmaq istəyir". 808
Sonralar Seyid Fatimi mənə deyirdi: “Mən durbinlə Qamış zirvəsinə baxanda bir nəfərin Himmətdən yuxarı qalxdığını gördüm; bir ayağını irəli qoyur, sonra o biri ayağını gətirirdi. Bildim ki, sənsən. Əmin ağaya dedim ki, uşaqlar yuxarını tutublar. Soruşdu ki, haradan bilirsən? Dedim ki, Mehdiqulu oradadır. Əmin ağa orada rabitəçiyə demişdi ki, get, Mehdiqulunu tap, gətir, onunla danışmaq istəyirəm”. 808
Ratsiyanı mənə verdi və mən Əmin ağanın qəliz fars ləhcəsini eşitdim: "Mehdiqulu, sənsən?" 808
– Bəli, mənəm, Əmin ağa, buyurun. 808
– Vəziyyət necədir? 808
– Biz Himməti tutduq, Zəfəri də azad etdik. Qasim batalyonu ilə birləşməyə gedəndə isə bizə atəş açdılar. 808
– Hansı Qasim batalyonu?! 808
– Ürucda olan uşaqlar. 808
– Qasim batalyonu hələ yuxarını tuta bilməyib, özünüz görün nə edirsiniz. 808
Təəccübləndim. Beynimə gələn yeganə fikir bu oldu: "Narahat olmayın, inşallah, özümüz bir iş görərik". 808
Rabitə kəsildi və mən öz hərəkətimə gülməyə başladım: Oğlan, Qasim batalyonu deyə-deyə düşmənlə birləşirdin. Axı harada yazılıb ki, kim mavi gödəkcə geyinsə, Bəsic üzvüdür?! 808
Narahat idim. Bilirdim ki, Qasim batalyonunun yollarının çoxu keçiləsi deyil. O qarda və soyuqda şəxsi heyətin sürüşməsi, vaxtında yuxarıya çata bilməməsi təbii idi. 808
Əməliyyatdan sonra Qasim batalyonunun uşaqları deyirdilər: "O qədər sürüşüb yıxılmışdıq ki, daha Ürucun yuxarısına çatmaq bizə qeyri-mümkün görünürdü. Lakin qardaş Əsğər Abasquluzadə harada uşaqların çox sürüşdüyünü görürdüsə, oturub əllərini yerə qoyurdu və uşaqlar ayaqlarını onun əllərinin üstünə qoyub yuxarı qalxırdılar. Əlləri yaralanmışdı, amma bu şəkildə bizi tapşırıq yerimizə çatdırdı. Həm də çox yorulmuşduq. Düşmən pusquları da atəş səslərini eşidib əməliyyatı başa düşmüş və hazırlaşmışdılar. 808
Ürucu ələ keçirməklə Qamış bizim əlimizə keçəcək və qələbə tamamlanacaqdı. Qasim batalyonu oraya çata bilməsə də, Himmət və Zəfər zirvələrində qələbə sevinci bizi ruhlandırmışdı və fikirləşirdik ki, özümüz bu tərəfdən hücuma keçib Ürucu ala bilərik. Hər halda, Üruca doğru yeni bir əməliyyata başlamaq istəyirdik. Əvvəlcə yola baxıb maneələrə göz qoyduq. Uşaqların ikisini orada saxladım. 809
– Siz burada qalın. Düşmənlər aşağıdadırlar. Əgər yuxarı qalxsalar, vurun. 809
Köməkçi qüvvə gətirməyə getdim. Batalyonun ətrafa səpələnmiş şəxsi heyətinin yanına qayıdıb dedim: "Üruc qalıb, qalxın gedək, oranın da işini bitirək". Lakin arxamca yalnız iki nəfər gəldi. Kazım Abdullazadə və qardaş Təvana. Vaxt itirməyib iki nəfərlə yola düşdüm. Kimə çatırdımsa, məsələni deyirdim, amma uşaqlar yorğun idilər və tərpənməyə də taqətləri çatmırdı, nəinki vuruşmağa. Bəziləri deyirdilər: "Daha yorulmuşuq, gələ bilmərik". 809
Bir müddət üçümüz getdik. Yolda Əziz Bəyləri gördüm. Əvvəllər onun komandiri olduğuma görə bütün taqımını götürdü və birlikdə yola düşdük. 809
Bir qayaya çatdıq. Onun yaxınlığından bizə atəş açıldığını hiss etdim. Çox tezliklə anladım ki, bir qədər aşağıda iraqlıların səngəri var. Elə yuxarıdan aşağı bir əl qumbarası göndərdim. Düz başlarına düşdü və partlayışdan sonra atəş dayandı. Fikirləşdim ki, Əziz bəylərin taqımını iki yerə bölüb birini həmin qaya tərəfdəki təpəyə göndərim. İraqlıların toplaşıb səngər qurduqları və bizə atəş açdıqları yer təpədən görünürdü. Şəxsi heyəti başa saldım ki, siz var qüvvənizlə atəş açmalısınız. Onlar yola düşdülər. İraqlılar hələ güclü atəş açırdılar. O anlarda əməliyyat istiqamətinin komandiri Cəmşid Nəzmini və yanındakıları gördüm. Qardaş Səməd Qasimpur, Rəsul Rzazadə, rabitəçilər və başqa bir dəstə döyüşçü ilə qayanın yanında dayanmışdıq. Pulemyotçunu qayanın üstünə qoyub tapşırdım ki, qaçan düşmənləri vursun. 809
Təpəyə göndərdiyimiz komanda öz yerinə çatdı və bir an içində düşmənin başına ağır atəş yağmağa başladı. Atəş o qədər güclü idi ki, iraqlılar qaçmağı üstün tutdular. Bilirdim ki, indi qaçsalar, tezliklə özlərinə gəlib bizə problem yaradacaqlar. Buna görə hamını həvəsləndirirdim ki, bütün güclərini toplayıb düşmənlərin sağ qaçmalarına imkan verməsinlər. 809
– Ağa Mehdi, mənim gülləm bitdi. 809
Bunu deyən Yusif idi. Qayanın üstündə oturub pulemyotla çox qəşəng atəş açırdı. O, bunu deyəndə mən üzü Üruca dayanmışdım. 809
– Ağa Yusif, get o uşaqlardan al. 809
Yusif ayağa qalxdı. O, getmək üçün mənim yanımdan keçməli idi. Düz önümdən keçəndə başına bir güllə dəydi və üzü üstə yerə yıxıldı. Bir qədər qıvrılandan sonra şəhadətə qovuşdu. Çox tez şəhid oldu; səssizcə və bizə macal vermədən. 809
Bütün vücudumu qəm-kədər bürüdü. O güllə mənim qismətim idi. O anda Yusif oradan keçməsəydi, güllə mənə dəyəcək və onun yerində mən yatmış olacaqdım... Taqımın bəzi yeni uşaqları ona və mənə baxırdılar. Bilirdim ki, hər bir reaksiya onlara təsir edir. Uşaqlara "şəhidi kənara çəkin" deyib atəş açmağa başladım. Ürəyimə və gözlərimə çökmüş iztirabın üzümdə görünməsinə imkan vermədim. Səməd Qasimpur mənə güllə dəydiyini düşünüb nigaran qalmışdı. 810
Ağır anlar keçirirdim. Yusifin səsi qulağımda təkrarlanırdı: "Ağa Mehdi... Ağa Mehdi... mənim gülləm bitdi..." 810
Düşmənləri bir-bir vururdum. Daha önümüzdə müqavimət yox idi; ya qaçmış, ya da ölmüşdülər. Arxayın hərəkət etmək zamanı idi, lakin bizim bir neçə addımlığımıza, qardaş Nəzminin yaxınlığına minomyot düşəndən sonra daha orada qalmaq məsləhət deyildi. Buna görə Zəfərə geri dönməyə başladılar. Mən də yola düşdüm, amma gözlərimi Yusifin şəhid olduğu yerdən çəkə bilmirdim. Ora Yusifin qanad çalıb uçduğu, mənim isə yenidən yerdə ilişib qaldığım yer idi. 810
Nasir Dibayi gəldi və məni görən kimi dedi: "Sən burada neyləyirsən?!" 810
– Vuruşuruq. 810
– Oğlan, özünü ələ salma! 810
Bu, Nasirin özünəməxsus kəlamı idi və kəşfiyyat bölüyünün uşaqlarına deyirdi. Mən zorla təbəssüm edə bildim. 810
– Kərim ağanın səninlə təcili işi var. Dedi ki, Mehdiqulu harada olsa, buraya gəlsin. 810
Özüm də yorulmuşdum. Bizdən aşağıda yerləşən qərargaha qədər enmək istəyirdim. Yolda İraq maşınları ağır tıxac yaratmışdı. Uşaqlar oranı müxtəlif silahlarla atəşə tuturdular. Yol Təbriz-Tehran yoluna dönmüşdü. 810
Nasir Dibayi ilə birgə qayıdanda Seyyidüş-şühəda batalyonunun uşaqlarını gördüm. Zəfərə qədər gəlmişdilər. Batalyon komandiri Seyid Möhsün Musəvianı, qədim məhəllə və məscid dostlarımdan olan Maqsud Nalbəndini və Əliəkbər Puzeşpəziri gördüm. Qələbə sevinci hamının üzündən oxunurdu. Rastlaşdığım hər bir döyüşçü zarafata bir söz atırdı. Tanış uşaqların çoxu məni görəndə deyirdilər: "Çolaq, sən burada neyləyirsən?!" Zarafatlarını cavablamağa hövsələm yox idi. Yusifin şəhid olduğu səhnə yadımdan çıxmırdı. Səhər qalxdığım yolla geri dönürdüm. İki dəfə yoldakı səngərlərdə dayanıb istirahət etdim, uşaqlardan su alıb içdim. Necə yol getdiyimi bilmirdim. Ayaqlarımı idarə edə bilmirdim, yalnız yerə yıxılmamağa çalışırdım. O vəziyyətdə Himmətə çatdım və oradan pusqulara doğru qayıtdım. Cəlalı apardıqlarına əmin olmaq istəyirdim. Yaralıların səngərinə çatmamış Fərəc Quluzadəni gördüm. Əlində bir qumquma vardı və kədərli görünürdü. 810
– Hara gedirsən? 811
– Cəlal su istəyir, ona aparıram. 811
– Halı necədir? 811
– Yaxşı deyil. 811
Dodaqlarım qurumuşdu, əl-ayaqlarım soyuqdan yanırdı, ürəyim də dərddən. Ağa Fərəcin arxasınca səngərə yola düşdüm. Səngərin önünə çatıb ədyalı kənara çəkəndə dayandı və qumquma əlindən düşdü. Ürəyim üzüldü. O halıma heç bir ad tapa bilmirəm. Həmin bir neçə addımı səngərə qədər necə atdım?! Ümumiyyətlə, nə üçün gəlmişdim?! Cəlalın can verməsini görməyəmi?! 811
İçəri girib Cəlalın yanında oturdum. Sakit idi, əbədi yuxuya getmişdi. Daha boğazından axmağa qanı qalmamışdı. Ağa Fərəc başının üstə oturmuşdu. Qəhər içində idim, amma hələ ağlamırdım. Bilmirəm Cəlalın köçməsinə inanmırdım, yoxsa göz yaşını ora üçün yetərli bilmirdim. Cibimdəki ətri çıxardım. Üzünə ətir vurub onu qoxuladım. Cəlal saçını darayıb ətir vurduğum ilk şəhid deyildi, lakin uzun müddətdən sonra qarşısında nə edəcəyimi bilmədiyim birinci şəhid idi. 811
Məhəmməd Məhəmmədpurun şəhadətindən sonra əməliyyatlarda onun formasını geyinir və şəhidlərin üzünə vurmaq üçün həmişə köynəyimin sinə cibinə bir neçə ətir şüşəsi qoyurdum. 811
Kiçildiyimi və azaldığımı hiss edirdim. Onu əzizləyib səssiz ağlayırdım. Cəlalla çoxlu xatirələrim vardı. Hələ mənəviyyatlı cəbhə havasını duymamışdıq, Şəhidi məscidində M-1 silahından təlim keçirdik. O zaman Cəlalı həmişə məsciddə tapmaq olurdu. Məzuniyyətə çıxanda da məsciddə olurdu. Müharibə başlayandan bəri üst-üstə evlərində cəmi neçə gün qaldığını bilmirəm. İmam Hüseyn (ə) batalyonunda hamı məzuniyyətə gedəndə Cəlal orada qalırdı. İmam Hüseyn (ə) batalyonundan başqa bir yerə getmək istəyəndə haraya getməsi barədə mənimlə məsləhətləşdi. Ona dedim: "Ya kəşfiyyat bölüyünə gəl, ya da Həbib batalyonuna get". 811
O, batalyonda vuruşmağı tərcih etdi. Ağa Sövdagərə dedim ki, Cəlal cəbhənin ad-sansız xəzinələrindəndir, biz hələ onu tanımamış və ondan layiqincə istifadə etməmişik. 811
Cəlal Həbib batalyonuna getdi və tezliklə bir bölüyün komandiri oldu. 811
Fərəc Quluzadə Cəlalın müavini və dostu idi. Cəbhədə dostlaşdığımız adamlar bizim hər şeyimiz idilər. Hüseyn Məhəmmədianın şəhadətindən sonra mən dostları şəhid olan uşaqların halını yaxşı anlayırdım. Ağa Fərəci orada tək qoydum. Onunla sağollaşmadım da. Bayıra çıxıb gecə uşaqların şəhid olduğunu söylədikləri kəşfiyyatçını axtarmağa başladım. Rastlaşdığım ilk döyüşçüdən soruşdum: "Şəhid olmuş kəşfiyyatçı haradadır?" 811
– Düz o keçidin əvvəlində. 812
Göstərdiyi tərəfə baxdım. Tikanlı məftillərdən sonra bir keçid vardı və elə əvvəlində bir cəsəd üzü üstə qarın üzərinə yıxılmışdı. Soruşdum ki, cəsəd nə üçün belə qalıb? 812
– Onu mən çevirdim ki, uşaqlarda ruh düşkünlüyü yaranmasın. 812
– Uşaqlar şəhidlərdən ilham alıb ruhlanırlar, sizsə onu... 812
Dostum olduğunu bildiyim bir şəhidin yanında idim, amma hansı dostum olduğunu bilmirdim. Başı qarın içində idi. Qarı təmizlədim. Saçından kim olduğunu təxmin edə bilmədim. Üzünü çevirdim. Əbülqasim Vətənpur idi. Üzünü təmizləyəndən sonra təbəssümünü gördüm. İnanmağım gəlmirdi. Həyatının son anında Əbülqasim necə təbəssüm edirmiş! O təbəssümü heç nə və heç kim yox edə bilməzdi. Yanında oturub ətirlərin birini onun üzünə səpdim, saçını və saqqalını daradım, onun sözlərini xatırladım. Hansı şəhidin cənazəsini görürdümsə, onunla bağlı xatirələrim gözlərim önündə canlanırdı. Əbülqasim bir neçə gün öncə Beytülmüqəddəs-2 əməliyyatı başlanmazdan öncə şəhid olacağını demişdi. Adət üzrə əməliyyatdan qabaq bölüyün uşaqları ilə oturub danışırdıq. Bölükdə qayda belə idi ki, uşaqlardan kim şəhid olurdusa, əməliyyatdan sonra məzuniyyətə çıxanda hamılıqla yığışıb evlərinə gedirdik. Bu qaydadan söz düşdü. Əbülqasimgilin evi Qəzvinin kəndlərindən birində idi. O, dedi: "Amma mən şəhid olsam, inanmıram gedib ata-anamı tapasınız. Bizim evimiz çox uzaqdadır. Buna görə də, siz mənim ata-anama heç vaxt təsəlli verə bilməzsiniz". 812
Əbülqasimin bu sözü hamımızı narahat etdi. O mənəvi yığıncaqdan sonra hamımız söz verdik ki, şəhadətindən sonra evlərinə gedəcəyik. 812
Əbülqasimin cənazəsinin yanında əhdimi təzələdim. Yarım saatdan çox idi oturub onunla danışırdım. Dağın bütün buludları qədər qəlbimdə matəm buludu vardı. İlk dəfə idi ucadan ağlamaq istəyirdim, amma cəbhəyə yeni gələnləri və bundan narahat olacaqlarını nəzərə aldım. Onun başı üstdən qalxdım. Çöhrəsini həmişəlik qeyd etməməyə heyfim gəldi. Bir fotoaparat tapıb şəklini çəkdim və sonra onu mələklərlə baş-başa buraxdım. 812
Sonralar o şəkli kimə göstərirdimsə, soruşurdu: "Yaralanıb? Xərəkdədir? Bəs nə üçün gülür?" Şəhid olduğunu deyəndə inanmırdılar. Əbülqasimin şəhadət anındakı təbəssümü çoxlarında mənəvi dəyişiklik yaratdı. Şəkli çoxları istəyirdi və nəhayət, uşaqların biri onu ələ keçirdi. 812
Dərəyə gedirdim. Orada heç kim yox idi və bir qədər tək qalıb ucadan ağlaya bilərdim. Ürəyim Cəlalı və Əbülqasimi istəyirdi. Məni deyil, Yusifi aparan gülləni xatırlayırdım. Yolda hərdən yıxılır, bir neçə saniyə oturub ağlayırdım. Ağlamaq məni sakitləşdirirdi. "La hovlə və la quvvətə illa billah" deyib ayağa qalxır və şəhidlərin ruhlarının mənə baxdığını hiss edirdim. 812
Çoxdan idi elə ağlamırdım. Uşaqların yanına çatanda bir az sakitləşmişdim. Orada iki nəfər vardı, ikisi də yaralı idi. Biri şəhid dostum Hüseynin kiçik qardaşı Kərim Məhəmmədian idi. Alnına bir qəlpə dəyib yaralamışdı. Digəri Mehdi Məhəmmədi idi və ayağını güllə dəlmişdi. Mən də onlara qoşuldum. Üçümüz axsaya-axsaya körpüyə doğru gedirdik. Biz dağdan enəndə İmam Hüseyn (ə) batalyonu yuxarı qalxırdı. Batalyonun komandiri Yasir Zirəki və qonşumuz Rza Abbasnejadı gördüm. Salamlaşıb hal-əhval tutduq. Yorulmuşdular. Soruşurdular ki, yuxarıya nə qədər qalıb? 813
O, Beytülmüqəddəs-2 əməliyyatının ikinci mərhələsində Ulaqlı dağının zirvəsində şəhadətə qovuşdu. 813
– Bir şey qalmayıb. Çox tez çatarsınız. 813
Öz halımı onlarla müqayisə edəndə əmin olurdum ki, bütün yolboyu Haqq-Taalanın xüsusi lütfü altında olmuşam. Mən elə fiziki vəziyyətdə və yaralı ayaqla o qədər dağa qalxıb-enmişdim, amma yeni gələn İmam Hüseyn (ə) batalyonunun uşaqları məndən yorğun idilər. Uşaqların bir çoxu Himmət zirvəsinə gedərkən hətta bir qəlpə yarası da almadan əldən düşüb yorğunluqlarını çıxarırdılar, mənsə o yolu iki dəfə qalxıb-enmişdim. Bunları nəzərə alanda şübhəm qalmırdı ki, şəhidlərin duası bu dəfə özünü belə göstərib. Beytülmüqəddəs-2 əməliyyatında elə hadisələr baş verdi ki, yavaş-yavaş Allahın mənim yaşamağımı istədiyinə inandım. İki dəfə düşmənlə üz-üzə gəlmişdim və güllələri mənə ən kiçik xəsarət də yetirməmişdi. Dostum və döyüş yoldaşım düz mənim önümdən keçən anda bir güllə ilə şəhadətə qovuşmuşdu. Və mən bütün bunlara necə dözməli olduğumu bilmirdim. 813
“Mehdi, sən hələ şəhadətə tam hazır deyilsən, hələ saflaşmamısan, qatqıların qalıb. Axtar, gör ruhunun harasında hicrətinə mane olan amil var”. 813
III 813
Qardaş Hörmətinin əmrinə əsasən, geri qayıdırdım, top mərmiləri, katyuşa raketləri və güllələr də məni yola salırdı. Qamışdan Jajiləyə gedən yol partlayışlar səbəbindən çala-çökək olmuşdu. Katyuşa raketləri noğul-nabat kimi başımıza yağırdı. Körpüyə, çoxlu düşmən əsirinin saxlandığı yerə az qalırdı. Birdən bir göz qırpımında yer-göy titrədi, 20-30 ardıcıl partlayış baş verdi. Deyəsən, körpünü sıradan çıxarmaqdan ötrü Amidindən atəş açırdılar. Körpüyə ziyan toxunmadı, amma oradakı düşmən əsirləri ölüb yaralandılar. 813
Günortanın aydınlığında körpünün üstündən keçəndə aşağıdakı qəzəbli Qalaçulan çayını görürdüm. Çay guruldayıb köpüklənir, axırdı. Bunu görəndə bir daha fikirləşirdim ki, bir neçə batalyon canlı qüvvənin gecənin qaranlığında o taxta körpüdən hadisəsiz keçməsi yalnız həzrət Fatimeyi-Zəhranın (ə) duası ilə mümkün ola bilərdi. Çünki bu əməliyyat o həzrətə təvəssüllə başlanmışdı. 813
Körpünü keçdim. Jajiləyə iki yol gedirdi. Körpünün qarşısındakı qayadan aşa bilsəydim, birbaş Jajiləyə gedərdim. Əks-təqdirdə, əməliyyata gedəndə keçdiyimiz yolla qayıtmalı idim; yəni Balusəyə, oradan da Jajiləyə. Çox yorulduğuma görə hətta bir addımı da qənimət bilirdim. Buna görə qayadan aşmaq qərarına gəldim. Bir neçə dəfə sürüşüb yıxıldım və nəhayət, keçdim. Gördüm ki, tikinti-mühəndis bölüyü də yolu qısaltmağı düşünür. Çünki ekskavatorlar orada yol çəkmişdi. Onlar yolu körpüyə qədər çatdırmağı planlaşdırırdılar. 814
Dostları ilə paylaş: |