Yolda maşınlar gedirdi. Onların birinə minib Jajiləyə getdim. Oradakı kəşfiyyat qərargahına getmək istəyirdim. Maşından enəndən sonra hələ səngərimizə qədər yol vardı. Axsaya-axsaya səngərə doğru gedərkən bölüyün toyotalarından birini gördüm. Baqaj kabinindən tanıdım. Uşaqlar da məni görmüşdülər. Toyota dayandı və uşaqlar maşından endilər. Hamı ilə görüşüb-öpüşdüm. Onları yenidən gördüyümə çox sevindim. Gözüm qardaş Kərim Hörmətinin çöhrəsinə sataşdı. Həmişəki kimi mehriban idi. Soruşdum ki, haraya gedirsiniz? 814
– Qamışa. 814
– Haradan getmək istəyirsiniz? 814
– Güman ki indiyə yol çəkilib. Arxadan həmin yolla getmək istəyirik. 814
– Onda mən də gəlirəm. 814
Kərim hirsləndi: "Get, çox danışma, bəsindir". 814
Ağzımı yumub heç nə demədim. Onlar getdilər, mən də səngərimizə yola düşdüm. Uşaqlardan hansının əməliyyatdan döndüyünü bilmirdim. 814
– Ya Allah! 814
– Gəl içəri, Mehdiqulu. 814
Uşaqların bəzisi məndən öncə gəlmişdilər: Qulamrza Möhsüni, Amanullah Amani və digərləri. Uşaqlar hörmətləri ilə məni çox utandırdılar. 814
– Buyur yuxarı, ağa Mehdi. 814
– Yorulmayasan, ağa Mehdi. 814
– Ağa Mehdi... 814
Qısası, mən də inandım ki, ağa Mehdiyəm, hörmətlə səngərə girib çəkmələrimi çıxarmaq və yuxarı başda əyləşmək istədim. Dostlar ayaq üstə dayanıb çəkmələrimi çıxarmağımı gözləyirdilər, amma nə qədər etdimsə, çıxara bilmədim. Sanki ayaqlarım çəkmələrdən böyük olmuşdu. Nəhayət, uşaqlar kömək etdilər və məni əlləri üstə qaldırıb səngərə apardılar. Bu, bir qədər teatra da bənzəyirdi; "Mehdiqulu və çəkmələri" adlı teatra! Əlbəttə, çəkmələrim problem yaratmasaydı da, özüm elə bir həddə çatmışdım ki, bir addım da ata bilmirdim və məni qolları üzərində aparmalarına haqqım çatırdı. Xüsusən də dostların arasına gəlmiş və döyüş zonasından uzaqlaşmışdım. Hamının da mənə qulluq etməyə vaxtı vardı. 814
– Rəhmətliyin oğlu, neçə gündür bu çəkmələri ayağından çıxarmırsan? 815
Uşaqların biri soruşdu. Orada yadıma düşdü ki, Qamışda qaldığımız yerdə dəstəmaz alandan sonra çəkmələrimi ayağımdan çıxarmamışam. Amanullahla Qulamrza çəkmələrlə əlləşirdilər, mənsə heç nə duymurdum. Ayaqlarım keyimiş, qurumuş və ağırlaşmışdı. Belimin yarası zoqquldayırdı, amma səsimi çıxarmırdım. Nəhayət, zorla çəkmələri çıxardılar. Ayağımın yüngülləşdiyini hiss etdim. Növbə donmuş corablara çatdı. İki cüt corab geyinmişdim. Əvvəlcə sağlam ayağımın corablarını çıxardılar və mən soyuqdan qaralmış barmaqlarımı gördüm. Mənə güclü soyuq dəydiyinə görə heç bir ağrı hiss etmirdim. 815
– Bu barmaqlarla necə yeriyim?! 815
– Hələ nə görmüsən ki?! Ayağının altına bax. 815
Ayağımın altını qanlı suluq örtmüşdü. İlk dəfə idi elə suluq görürdüm. Yaralı sol ayağımın vəziyyəti isə daha pis idi. Onun üstündə də dərin və qanlı suluq vardı. 815
Uzanıb ayaqlarımı səngərin divarına söykədim ki, beynimə qan çatsın və bir az istirahət edim. Çox tez yuxuya getdim. Səngər isti idi və özümü yavaş-yavaş əriyən buz kimi hiss edirdim. 815
*** 815
Günorta azanının səsi dağları bürümüşdü, amma mənim qalxmağa taqətim yox idi. 815
Yuxudan oyananda namazım qəzaya getmək üzrə idi. Halım yaxşılaşmışdı. Dedim ki, ayağa qalxıb dəstəmaz alım. Lakin ayağım yerə dəyən kimi ağrı bütün vücudumu sardı. Özümdən asılı olmadan dərin ah çəkib yerə yıxıldım. Yol getmək bir yana, hətta ayaqlarımı yerə qoya da bilmirdim. Uşaqlar vəziyyətimi görüb mənə su gətirdilər. Dəstəmaz alıb oturdum və namazımı qıldım. Şam azanını da gözlədim. Vəziyyətim dəyişməmişdi. Tualetə getmək üçün səngərdən çıxmağa məcbur idim. Qollarımı uşaqların boynuna salıb birtəhər tualetə getdim. Həmin gecə ayağımın göynərtisindən və belimin ağrısından səhərə qədər bir neçə dəfə yuxudan diksindim. 815
Şəhid Bəni-Haşim düşərgəsindəki səngərimizdə vəziyyət daha yaxşı idi. Uşaqlar məni oraya apardılar və istirahət imkanı yarandı. Orada uşaqların hansının vəziyyətini soruşurdumsa, qarışıq cavablar verirdilər. Əməliyyatın ikinci mərhələsində iştirak edən dostlarımdan çox nigaran qalmağa başladım. Yol yeriyə bilmirdim. Uşaqların qaranlıq cavabları məni şübhəyə salırdı. Söz və işarələrə nə inana bilirdim, nə də inanmaq istəyirdim. Əbülqasimlə Cəlalın şəhadətini öz gözlərimlə görmüşdüm, bəs digərləri? Mənsur Furqani, Hüseyn Səfaşur, Həsən Əbdi... 815
– Həsən Əbdi?! Vallah, xəbərim yoxdur... Əmin deyiləm, amma bəlkə də şəhid olub... 816
Mənsur Furqanini soruşanda səslər zəiflədi. Eyham və işarələri duymurdum. Biri deyirdi de, o birisi işarə ilə bildirirdi ki, yox. Çox narahat oldum. 816
– Mənsur necə şəhid oldu? 816
– Ağa Mənsur yalnız gedib yola baxmağa icazə almışdı. Orada hiss etmişdi ki, diviziyanın batalyonlarından biri geri çəkilir. Diviziya komandiri ilə əlaqə saxlayıb demişdi ki, uşaqları toplayıb yuxarı apara bilərəm. Beləliklə, uşaqlara rəhbərlik edib iki təpəni azad etmişdi və... 816
Əlipərəsti deyirdi: “Mənsur səngərdə yanımda idi və atəş açırdıq. Birdən Mənsurun dayandığını hiss etdim. Dönüb baxanda gördüm ki, güllə düz alnına dəyib...” 816
Çox darıxırdım. Kaş Mənsur getməyəydi! Kaş Mənsur qalaydı! Beytülmüqəddəs-2 əməliyyatında heç kimin, hətta Seyyidüş-şühəda batalyonunun komandiri Seyid Möhsün Musəvianın şəhadət xəbəri də bölük və diviziya üçün Mənsur Furqaninin şəhadəti qədər üzücü deyildi. 816
Mustafa Mövləvi uşaqların yanında demişdi ki, Mənsurun şəhid olduğunu eşidəndə diviziya komandirinin səngərinə getdim. Əmin ağa bir hadisə baş verdiyini bilib soruşdu: "Nə olub?" Ona dedim ki, Mənsur Furqani də şəhid olub. Əmin ağa əlini dizinə vurub sızlaya-sızlaya ağlamağa başladı. 816
Bəzi komandirlərin uşaqlar barədə önyarğılarını, tələsik mühakimələrini xatırlayanda narahat olurdum. Mənsur Furqani əməliyyat və kəşfiyyat mütəfəkkiri idi. Onu tanıyan hər kəs bunu söyləyirdi. O, artıq həyatda deyildi və biz onu şəhadətindən öncə tanımadığımıza görə yenə peşmançılıq hissi keçirirdik. 816
*** 816
Gecə oldu. 1988-ci ilin soyuq yanvar gecələrindən biri idi və bütün kəşfiyyatçılar döyüş zonasından qayıtmışdılar. Adətən, hər bir əməliyyatdan sonra yenidən bir yerə toplaşanda rövzəxan çatışmazlığı özünü göstərirdi. Bu dəfə isə heç kimin darıxan ürəyinin rövzəxana ehtiyacı yox idi. Səngərə girən hər kəsin gözləri hazır idi. Əsğər Abbasquluzadəyə və uşaqları keçirmək üçün qurban vermiş yaralı əllərinə baxırdım: "Əsğər ağa, iki-üç kəlmə danış... Bir söz de, ağlayaq... Daha Mənsur yoxdur... Həsən Əbdi də yoxdur... Hələ Əbülqasimin necə gülərüzlə qar üstünə yıxıldığını görmədiniz..." 816
Bölüyün məddahı Əbdülvahid Məhəmmədi də yox idi. O da şəhadət qismətini donmuş qayaların arasında tapmışdı. Hər kəs öz qəmli qəlbinin növhəxanı idi. Qəm-qüssə boğazımı sıxırdı; nə qışqıra bilirdim, nə də sükuta səbrim çatırdı. Yalnız ağlamaq beynimdəki şirin xatirələri yuyur və "geri qalmaq" həsrətini vücuduma yayırdı. Sınıq qəlblərlə dolu səngər ah-nalə edirdi. 817
Həmid Reyhani, Rza Fərəci, Əziz Bəylər və Məhəmmədrza Müiri də Beytul-müqəddəs-2 əməliyyatında kəşfiyyat bölüyünün şəhidlərindən idilər. Müirinin cəsədini 1993-cü ildə Qamış dağından tapdıq. Mən onu görən kimi tanıdım. 817
Düşərgənin uşaqları da bizə qoşulmuşdular. Kəsilmiş ayağı ilə illərlə cəbhələrdə xidmət edən Həbib Ağacani də orada idi. 817
Hamıdan çox uşaqların məzlumluğu ürəyimizi yandırırdı. Bu Bəsic üzvləri heç bir şəraitdə cihad meydanını boş qoymamışdılar. Gah müsbət 50 dərəcə havada isti qumların üstündə vuruşmuşdular, gah da şaxtada dalğıc paltarı geyinib Karun, Bəhmənşir və Ərvənd çaylarını fəth etmişdilər. Bu dəfə dağları aşmaq lazım gəlmişdi və onlar mənfi 30 dərəcə soyuqda dişinə qədər silahlanmış düşmənlə vuruşub rəhbərlərini tək qoymadıqlarını sübut edirdilər. 817
*** 817
Səngərdən çıxdım. Ağlamağa bəhanə axtaran, heç bir vəd və təhdidlə hıçqırtısı sakitləşməyən uşaq kimi olmuşdum. Yorulmuşdum. Üç-dörd gün öncə Əbülqasim bu səngərin önündə məni qucaqladı və uşaqlar şəklimizi çəkdilər. Uşaqlar "Mehdiqulu bu əməliyyatda gedəsidir" fikri ilə hər yerdə məni dövrəyə alıb yadigar şəkil çəkdirirdilər. İndi isə mən fotolardakı bu çöhrələrə, yanımda dayanmış Mənsur Furqaninin məsum və kədərli üzünə baxıb yanmalı idim. 817
Çox soyuq idi. Çətinliklə ayaqlarımı sürüyüb səngərdən, uşaqların yanıqlı səsindən uzaqlaşmaq istəyirdim. Lakin külək bütün ərazini sızıltılı nəfəslərlə doldurmuşdu. Başqa bir səngərin yanında oturub qələmi kağızın üstünə qoydum. Sözlər mənə hücum çəkirdi: Uşaqlar, siz necə məzlumcasına can verdiniz! Siz aşiqcəsinə təkamül yolunu gedə bildiniz. Kaş bizim torpaq bədənlərimiz və maddi orqanlarımız "Rəblərinin yanında ruzidən bəhrələnirlər" sözünü dərk edə biləydi! Bu dünyada bəy paltarı geyinməyən uşaqlar, yeni mənziliniz mübarək olsun! 817
Əbdülvahid Məhəmmədi Quran qiraətçisi və Əhli-beyt məddahı idi. Soyuqda üzünün rəngi çox qızarırdı. Onun qırmızı yanaqlarının, Həsənin mənəvi paklığının və Mənsurun sınıq qəlbinin xatirəsi ilə yazır və ağlayırdım. Daxilimdəki vulkan hər sətirdə dəli kimi püskürürdü. O vaxta qədər əlimə qələm götürüb yazmağım çox az olmuşdu. Səngər, həyət, qapı, dağ, dərə – bir vaxtlar şəhidlərin gəzdiyi hər yer onlardan sonra ruhsuz və dözülməz olmuşdu. Həmin gecəni səhərə qədər çox qürbət və dərd içində yaşadıq. Səhər açılanda daha heç kim orada qala bilmədi. Hamıya məzuniyyət verildi. 817
I 819
Təxminən bir həftə idi Təbrizə qayıtmışdım. Ayaqlarımın suluğu nisbətən yaxşılaşmışdı, amma ürəyimdə yaranmış düyün nə onda, nə də sonra yaxşılaşdı. 819
Şəhidləri dəfn edəndən və bir neçə yas məclisinə qatılandan sonra həmişəki kimi şəhərdə qala bilmədim. Tez-tez Şəhid Qazi qarnizonuna gedirdim. Uşaqların sözü ilə desəm, cəbhə evimizin yanında idi. Bütün uşaqlar belə idilər, əksər gecə və gündüzləri qarnizonda qalırdılar. 819
Hamımız kəşfiyyat bölüyünə uşaq toplamağa çalışırdıq. Bölüyün şəhidlərinin boş yerini doldurmalı, onu kəmiyyət və keyfiyyət baxımından həmişəki kimi güclü saxlamalı idik. Şəhid Qazi qarnizonuna gedib-gələndə həmişə Şəhid Həsən Əbdini xatırlayırdım. Əməliyyatdan öncə, diviziyanın qərargahı Şəhid Qazi qarnizonuna köçürüləndə buraxılış məntəqəsindən keçmək çox çətin idi. Qarnizonun komandiri Əvəz Məhəmmədi giriş-çıxışları çox çətinləşdirmişdi və bu vəziyyət bizi narahat edirdi. Çox fikirləşəndən sonra bu nəticəyə gəldik ki, Əvəz Məhəmmədinin möhürünü əldə edə bilsək, lazım olanda istifadə edərik və məsələ həll olar. Rəhmətlik Həsən Əbdi problemimizi həll etdi. 819
– Buyurun, bu da möhür. 819
Əlində həqiqətən, bir möhür vardı; namaz qıldığımız möhür idi və üzərində Qüdsün (Qübbətüs-səxrə) məscidinin şəkli vardı. Həsən keçid vərəqinə ilk möhürü vuranda hamımız onun yaradıcılığına “afərin” dedik. Giriş-çıxış vərəqələrinə vurulan möhür həmin məscidə bənzəyirdi və Həsən bu bənzərliyi tapıb namazxananın möhürlərindən istifadə edən yeganə şəxs idi. 819
O günlərdə daha qarnizondan çıxmaq üçün məzuniyyət vərəqi almırdıq. Özümüzdə möhür vardı, vərəqi möhürləyirdik və buraxılış məntəqəsində heç bir söz demədən qapını açırdılar. 819
Bir dəfə qarnizona gedəndə dedilər: "Diviziyanın Qəbul şöbəsindən bir neçə dəfə zəng vurublar, səninlə işləri var". 819
Zəng vurub özümü təqdim etdim. Telefona cavab verən adam hay-küyə başladı: "Bu qədər vaxtı harada idin, qardaş Rzayi? Gəlib qovluq açmısan, sonra da başını aşağı salıb getmisən..." 819
– Əstəğfirullah, mömin, mən qovluq açmamışam, bilmirəm nə deyirsiniz. 819
Bir qədər danışandan sonra qərara gəldik ki, həmin gün Qəbul şöbəsinə gedim. Orada məsələ aydın oldu. Seyyidüş-şühəda batalyonunun komandiri Seyid Möhsün Musəvian Beytülmüqəddəs əməliyyatından bir neçə gün öncə zəng vurub deyib ki, nə olursa-olsun, Mehdiqulu Rzayini tapın və pasdar edin. Qovluğun bəzi işlərini də Seyid Möhsünün özü görmüşdü. Beləliklə, özüm xəbər tutmadan 01.12.87 tarixindən pasdar olmuşdum. 819
Söhrab Qurbani, Mustafa Məşhədi və Hüseyn Səfaşur əməliyyat zamanı Şəhid Qazi qarnizonunda qalmış, biz qayıdandan sonra cəbhəyə gedib bizi əvəzləmişdilər. Kərim Hörməti qarnizonda yanıma gəlib dedi ki, uşaqlar iki bölgədə işləməlidirlər. Bu iki bölgənin birində mütləq əməliyyat olacaq. Sonra isə əlavə etdi: "Yaxşı olar ki, sən cəbhəyə gedib bu istiqamətlərin birinə rəhbərlik edəsən". 820
Heç bir söz demədən qəbul etdim. Məhəmmədhüseyn Əlipərəsti də digər bölgənin komandiri oldu və beləliklə, təxminən on gün Təbrizdə qalandan sonra yenidən cəbhəyə yola düşdük. 820
II 820
Seyyidüş-şühəda körpüsü ilə Şəhid Bəni-Haşim düşərgəsinə gedib gecəni orada qaldıq. Bizdən öncə bölüyün səngərində iki nəfər vardı. Onların biri kəşfiyyat bölüyünə yeni gəlmiş ərdəbilli Mehdi Sütudə idi. 820
Sübh namazını qılandan sonra oradan yola düşdük və mən ilk dəfə Qamışın o tərəfini gördüm. Diviziyanın əməliyyat qərargahına gedirdik. Bir səngərin önündə Ələddin Nurməhəmmədzadə ilə rastlaşdım. Hal-əhval tutandan sonra çox tez bir zamanda qərargaha yola düşdük. Beytülmüqəddəs-2 əməliyyat zonasında qaldığım müddətdə aşağı enib o qərargahı yaxından görməyi arzulayırdım, amma xüsusi şəraitimlə bağlı görə bilməmişdim. Qərargah Qamış dağının sinəsində, aypara şəkilli bir qayanın yanında idi. İraqlılar orada hər şeylə təchiz olunmuş səngərlər düzəltmişdilər. Hər səngərdə iç-içə iki otaq, tualet və bəzilərində hamam da vardı. Bütün tualetlərə kanalizasiya çəkmişdilər və dərədə bir quyuya tökülürdü. Orada təxminən on belə səngər vardı. Ulaqlıya yaxın olan birinci səngər rabitəçilərin olmuşdu. Partladıcı bölüyün də bir səngəri vardı, kəşfiyyat bölüyünün də. Ən böyük səngər əməliyyat səngəri idi. 820
Qərargaha çatıb hər şeydən öncə uşaqları böldüm, yollara və kəşfiyyat hədəflərinə dair ümumi bir proqram təyin olundu və hər komandanın işi bilindi. Bundan başqa əlimdən gələn iş baxış yerinə qədər uşaqlarla getmək idi. Bu, uşaqların ruhiyyəsinə çox müsbət təsir edirdi. Biz Ulaqlıda kəşfiyyat aparmalı idik və bütün uşaqlar işin əhəmiyyətindən xəbərdar idilər. Bizim qüvvələrimiz Beytulmüqəddəs-2 əməliyyatında Ulaqlı dağına çıxmış, amma düşmənin təzyiqi nəticəsində geri çəkilmişdilər. Şəhid cəsədləri də orada qalmışdı. 820
Ulaqlının birinci təpəsinin üstündə tək bir ağac vardı. Bizim üçün nişana çevrilmişdi və ora Təkağac deyirdik. Zirvəyə çatmaqdan ötrü Təkağacdan sonra üç-dörd təpə də aşmalı idik. Digər tərəfdən, Təkağacdan Qucar dağına bir təpə birləşirdi. Düşmən qüvvələri orada torpaq istehkamın arxasına yerləşmişdilər. Təkağacdan təpənin sol tərəfinə gedəndə bölgənin çəkmə şəkilli olduğunu aydın görürdük. Bu formasına görə ona Çəkmeyi deyirdilər. 820
Beytülmüqəddəs-2 əməliyyatında Çəkmeyi Seyyidüş-şühəda batalyonu tərəfindən ələ keçirilmişdi. Həmin istehkamı da bizim uşaqlarımız qurmuşdular, amma əməliyyatın davamında düşmən oranı geri alıb səngər, istehkam və digər mürəkkəb maneələrlə keçilməz bir əraziyə çevirmişdi. Düşmənin bütün müharibə boyu yaratdığı ən səliqəsiz və qarmaqarışıq maneələrindən biri həmin Çəkmeyi bölgəsində, Qucarla Ulaqlının arasındakı boğazda idi. 821
Görünür, bizim hərbi məmurlarımız orada geniş bir əməliyyata hazırlaşırdılar. Çünki bizimlə yanaşı Həzrət Rəsul və Nəsr diviziyalarının kəşfiyyatçıları da orada işləyirdilər. Ramazan qərargahı düşmən torpaqlarının içində əməliyyat keçirmək istəyirdi və təxminən Vəlfəcr-10 əməliyyatına cəlb edilmiş bütün qüvvə burada da işləyəcəkdi. 821
Bahar yaxınlaşdıqca düşmənin Qucara hücumları güclənirdi. Qucar bölgənin ən hündür dağı idi. Qarda iraqlıların özləri də onun zirvəsində qalmaqdan çəkinirdilər. Qar əriyəndən sonra isə hər gün düşmənin zirvəyə doğru bir yol açdığını görürdük. Kanal qazdıqlarını, kanalın kənarına tökdükləri torpaqdan işlərinin hansı mərhələdə olduğunu bilirdik. Onlar zəhmətkeş siçan kimi donmuş torpağı qazır və Qucarın zirvəsinə qalxmağa çalışırdılar. 821
Qamışda kəşfiyyat və müşahidə işindən əlavə, yemək bişirmək də öz üzərimizə düşürdü. Nəhayət, ərzağımız bitdi və daha yeməyə heç nə tapmadıq. Uşaqların bir neçəsinə dedim ki, yuxarı qalxıb düşmən səngərlərindən ərzaq gətirsinlər. Üruc dağının zirvəsində olan o səngərləri Beytulmüqəddəs-2 əməliyyatında ələ keçirmişdik. Məlumatım vardı ki, uşaqlar öncədən Himmətə gedib bütün səngərləri təmizləyiblər, Ürucdakı səngərlərə isə hələ kimsə getməmişdi. Qərara gəldik ki, gecəni birtəhər başa vurub səhər çağı Üruca qalxaq. 821
Bütün gecəboyu yağış yağdı. Əmin idik ki, bu güclü yağış hər yeri palçığa batıracaq. Səhər çağı Qamışın o tayına gedən yolla yuxarı qalxdıq. Yol sonda Üruc və İman zirvələrinin arasındakı yola birləşirdi və biz oradan Üruca keçə bilərdik. Bir qədər gedəndən sonra qəribə bir səs diqqətimi çəkdi. Beş-altı nəfər idik. Hamımız səsə dayandıq. Mən öndən getdim və gördüyüm mənzərədən yerimdə donub qaldım: Dağ parçalanıb yerə tökülürdü. O vaxta qədər belə bir səhnə nə görmüş, nə də eşitmişdim. Dağın böyük bir hissəsi, bəlkə də 1 km. enində bir ərazi zirvədən ayrılıb yerə tökülürdü. Gecənin güclü yağışının məhsulu olan palçıq çox böyük daşları da diyirlədib aşağı endirirdi. 821
Təxminən 30 ton ağırlığında bir D9 buldozeri də bu nəhəng axına əsir düşüb torpaq və daşlarla birgə dərənin dibinə yuvarlandı. 822
Axının gücü bütün dağa təsir etmiş, dağ çatlamışdı. Dayandığımız yer də hər an uça bilərdi. Nə qədər fikirləşdiksə, palçıqların arasından Üruca keçmək üçün etibarlı bir yol tapa bilmədik. Çarəsiz qalıb yolumuzu davam etdirdik. Daş-qayalar aşağı tökülür, biz isə yuxarı qalxırdıq. Ayağımızın altında yer titrəyir, daşların qulaqbatıran səsi adamı vahiməyə salırdı. Dağ hələ uçmaqda idi. Elə bir yerə çatdıq ki, nə irəli yol vardı, nə də geriyə. Ən yaxşı və etibarlı iş orada dayanıb gözləmək idi. Həmişə bərk yer üzərində yeriyib bundan ötrü şükür etmədiyimizə və hətta bu neməti ağlımızdan da keçirmədiyimizə görə xəcalət çəkirdik. 822
Palçıq axını get-gedə sakitləşdi və daşların gurultusu dayandı. Hərəkət zamanı idi. Palçığın içindən o tərəfə keçməli idik. Aşağı baxanda daş-qayaları və buldozeri udmuş palçıqla dolu bir dərya görürdük. Beləliklə, adətən, yarım saata keçdiyimiz yolu dörd saata getdik və elə bir yerə çatdıq ki, bir qədər də irəliləsəydik, minalanmış sahəyə çatacaqdıq. Hələ minalanmış sahəni keçə bilsəydik, ondan sonra Üruca qalxmalı idik. Lakin qayalardan birbaş yuxarı çıxsaydıq, düşmən səngərlərinə çatardıq. Biz yekdilliklə ikinci yolu seçdik və bir müddətdən sonra bir qayanın aşağısına çatdıq. Qayanın yuxarısında düşmən səngərləri vardı. Təxminən 200 metr hündürlüyündə bir qaya idi və düz bir divar kimi Ürucun qəlbinə yapışmış, qarşımıza dikilmişdi. İlk baxışdan ondan keçmək imkansız görünürdü, amma hamımız hazırlaşdıq və hərəkət başlandı. Hərəkətə başlayan ilk adam mən idim. Fiziki vəziyyətimə baxmayaraq, önə keçdim. Maraqlı idi ki, digərlərindən rahat qalxırdım; çünki fiziki zəifliyimə yaxşı bələd idim və atdığım hər bir addımı ölçüb-biçirdim. Fikirləşirdim ki, əlimi haraya keçirim, ayağımı dəyişmək üçün hansı daşdan tutum - hər bir addımda bu məsələləri nəzərə alırdım. Sağlam adamlar lazım olanda bir yerdən yapışa bilirdilər, mənsə belə hərəkətlər edə bilmirdim və bir səhvim yıxılmaq demək idi. Bu baxımdan, ehtiyatla qalxırdım, digərləri də mənim getdiyim yolla gəlirdilər. Qayanın yarısını bu şəkildə gedəndən sonra uşaqların biri dedi: "Ağa Mehdi, sən yorulmusan, dayan, mən irəli keçim". 822
Ərdəbildən Xəlil adlı idmançı gənc idi. Qəbul etdim. İrəli keçdi, mən və digərləri də onun arxasınca. O, tez-tez yuxarı qalxırdı. Mən özümdən çox ona baxırdım. İki-üç addım yuxarıda bir daşdan yapışanda ürəyim üzüldü. Daş laxlayırdı. Böyük daş idi, ağırlığı bəlkə də 25 kq. Olardı, amma dostumuzu saxlamağa qadir deyildi. Onu çağırmağa macal tapmamış daşla birlikdə qayadan ayrıldı. 822
– Yüz tümən sədəqə! 823
Yıxıldığı anda ağlıma gələn yeganə söz bu oldu. O, yıxılıb bizdən on metr aşağıda dayandı, daş da üstünə düşdü. Çox çətinliklə çıxdığımız yolu hansı əziyyətlə geri döndüyümüzü Allah bilir. Hərə bir söz deyir, narahatlığını bir şəkildə ifadə edirdi. Hələ onun harada və necə dayandığını, nəyə ilişdiyini və üstünə düşən daşla birlikdə onun ağırlığına neçə dəqiqə dözəcəyini bilmirdik. Mənim aşağı enməyim digərlərindən daha çətin idi. Uşaqlara çatanda ləhləyirdim. Xəlil daşların arasından çıxmış yabanı əncir budaqlarının üstünə düşmüşdü. Budaqlar beşik kimi aşağı-yuxarı gedir, biz qayıdana qədər özünü xilas edə bilməyən dostumuzu yavaşca yelləyirdi. Narahat üzümüzə gülüş oturdu. Qarnının üstündəki daşı aşağı tulladıq. Əncir ağacı mehriban bir əl kimi daşın arasından çıxıb qollarını açmış, onu saxlamışdı. İnanılmaz olsa da, Xəlili bir əmanət kimi sağlam təhvil aldıq. Bir neçə cızıqdan başqa bir xəsarət almamışdı. 823
– Zarafat deyil, ağa can, yüz tümən sədəqə, özü də ayda iki min tümən maaş alan biri tərəfindən. Təbii ki, təsiri olmalıdır. 823
– Sən bir işə bax, bir dəfə iraqlıların səngərindən ruzimizi götürməyə getdik, həm dağ parçalandı, həm də camaatın uşağı qayadan yıxıldı. 823
Yenidən yola düşdük. Uşaqlar ləhləyə-ləhləyə zarafatlaşırdılar. Xəlil də qayanın sonuna qədər səsini çıxarmadı. Qayanın başına çatanda ürəyim az qala yerindən qopacaqdı. Yuxarıdan aşağı baxdım. Əncir ağacı çox kiçik bir nöqtə kimi görünürdü. 823
– Yox əşi, çox da qocalmamışıq. 823
O qaya Himmət zirvəsindəki məşhur qayadan da böyük və vahiməli idi. Uşaqlar bir-bir yuxarı çatdılar. 823
– Geri çəkilin, başınız gicəllənər, yıxılarsınız. 823
Bunu mən dedim və yenə uşaqların biri dilləndi. 823
– Daha sədəqəyə pulumuz da yoxdur, kim yıxılsa, batdı! 823
Tezliklə Ürucun başındakı səngərlərdən zəhmət haqqımızı götürdük. Uşaqlar düyü kisələrini, bitki yağlarını və digər qida məhsullarını çiyinlərinə qoydular və yola düşdük. Bu dəfə özüm dedim: "Daha qayaya dırmaşmaq bəsimizdir, gəlin minalanmış sahədən qayıdaq. Sahəni özüm təmizləyərəm". 823
Uşaqlar sözümü dinləyib arxamca yola düşdülər. Qaya aşmaq təcrübəsi xoşagələn deyildi. Təkbaşına on minalanmış sahəni təmizləməyə razı idim, amma qayadan enməyə yox. Mina təmizləməkdə Allahın bəxş etdiyi istedadım yaxşı idi və heç zaman problemlə rastlaşmamışdım. Qısa müddət ərzində uşaqları minalanmış sahədən və tikanlı məftillərdən keçirib bir neçə saat öncə gəldiyimiz yola çıxardım. Buldozeri oradan yaxşı görmək olurdu. Palçığın içində qalmışdı. Əgər öz gözlərimlə görməsəydim, o boyda, o ağırlıqda bir maşının palçıq əlində oyuncağa çevrildiyinə inanmazdım. Buldozeri görəndən sonra söhbət başladı ki, bu maşın dağın başında neyləyirmiş və onun sürücüləri haradadırlar. Yekdil fikrə gəldik ki, yuxarıdakı yolu təmizləyib Qamışın o tərəfindəki Şətik kəndinə birləşdirmək istəyirmişlər. 823
Üç aydan sonra həmin yol çəkiləndə təxminimizin düzgün olduğunu bildik. 824
Öz səngərimizə çatana qədər yolda donub qalmış çoxlu düşmən cəsədləri gördük. Bahar yaxınlaşdıqca və hava qızdıqca qarlar əriyir, cəsədlərin üfunət qoxusu ətrafa yayılırdı. Biz bu haqda bir şey fikirləşməli idik. 824
Dostları ilə paylaş: |