Sizi maraqlandıran BÜTÜN əlavə SUALLARa Bakı Musiqi Akademiyasına zəng vurub, cavab ala bilərsiniz : 4932114 NƏRMİNƏ xanım (kafedra müdiri)
ISESCO-nun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək “İslam Dünyası gənclərinin (20 yaşa dək) klassik musiqi ifaçılarının 1-ci beynəlxalq festival-müsabiqəsi”
Ə s a s n a m ə
Bakı şəhəri. 27-28 aprel 2012-ci il.
Gənc istedadları 1-ci Beynəlxalq Klassik Musiqi festival-müsabiqədə iştiraka dəvət edirik.
-
Festival-müsabiqənin məqsəd və vəzifələri:
-
Gənc istedadların aşkar edilməsi.
-
Beynəlxalq təcrübə və fikir mübadiləsi.
-
Yaradacılıq yollarının təyin edilməsi.
-
Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti haqqında geniş təsəvvürünün yaradılması.
-
Gənc istedadların musiqi sənəti sahəsində Şərq – Qərb dialoqu çərçivəsində səviyyələrinin artırılması.
-
Festival –müsabiqənin təsisçi və təşkilatçısı:
“Kainat” Gənclik Mərkəzi.
Dəstəkləyənlər:
-
AR Gənclər və İdman Nazirliyi
-
AR Mədəniyyət və Turizm Nazirliyi
-
ISESCO (İslam Əməkdaşlıq Təşkilatının Təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu)
-
AR Xarici İşlər Nazirliyi
-
Bakı Musiqi Akademiyası
-
İnformasiya dəstəyi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)
Təşkilat komitəsinin sədri – Rahib Ağakişi oğlu Rəsulzadə.
Münsiflər heyətinin sədri – Bakı Musiqi Akademiyasının prorektoru, pianoçu-bəstəkar, respublikanın Əməkdar Artisti Yeganə xanım Axundova.
-
Tarix və keçiriləcəyi yer:
Bakı şəhəri, 27-28 aprel 2012-ci il.
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı.
Festival-müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır. Təşkilat Komitəsi 2012-ci il yanvar ayının 22-dən öz işinə başlayıb.
Iştirakçıların müsabiqəyə qatılması başlanğıc tarixindən 2 gün əvvələ nəzərdə tutulub. Fərdi qaydada müsabiqəyə qatılmaq istəyənlərlə bağlı proses müzakirə oluna bilər.
-
İştirakçılardan tələb olunanlar:
Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. İştirakçı milliyətçə təmsil etdiyi ölkənin nümayəndəsi olmalıdır.
Yaş qrupları:
Kiçik qrup – 15 yaşadək.
Böyük qrup – 15 -20 yaşadək.
5 dəqiqədən artıq olmamaq şərti ilə 2 musiqi nümunəsi ifa olunmalıdır.
Proqrama Dünya klassik musiqi nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərləri də daxil edilməlidir (azərbaycan bəstəkarlarının not yazılarını da təşkilat komitəsi təmin edir).
İştirakçıların nəzərinə:
Festival –müsabiqənin iştirakçıları yalnız öz musiqi alətləri ilə çıxış etməlidirlər. Ehtiyac duyulduğu zaman təşkilat komitəsi Azərbaycan bəstəkarlarının əsərlərinin not və partituralarını təqdim etməyə hazırdır. İştirakçı yalnız müraciət ərizəsində sifariş etdiyi əsərləri ifa etməlidir.Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər. Fonoqramın istifadəsinə icazə verilmir. (www.kainat.az , http://e-library.musigi-dunya.az/library_az.html)
Nominasiyalar:
-
Fortepiano (solo, kiçik forma 2 nəfərə qədər)
-
Simli alətlər (solo, kiçik forma 2 nəfərə qədər)
-
Nəfəs alətləri (solo, kiçik forma 2 nəfər qədər)
-
Mükafatlandırma:
Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və festival-müsabiqəyə qatılacaq xarici ölkələrdən gəlmiş sənət adamlarından ibarət olacaq.
Mükafatlara layiq görülənlər arasında yerlərin bölüşdürülməsi münsiflər heyətinin iştirakçılar tərəfindən proqram boyu topladığı ballara görə, imzalanmış protokollar əsasında aparılacaq.
Balların hesablanması festival-müsabiqə boyu tövsiyə olunan meyarlara uyğun olaraq, münsiflər heyətinin hər bir üzvünün maksimal 10 bal təsis etmək hüququ var.
Çıxışların qiymətləndirilməsi hər yaş qrupuna müvafiq olaraq ayrıca aparılacaq.
Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.
Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:
-
Qran Pri (pul mükafatı).
-
1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə).
-
Festival -müsabiqədə uğurlu iştirakına görə diplomlar.
Dəyərləndirmə meyarları:
-
İfaçılıq bacarığı (səsləndirmə, texnika, ritmika, alətlə rəftar, ifaçılıq dinamikası);
-
Repertuar mürəkkəbliyi;
-
Səhnə mədəniyyəti (qeyim və ifa mədəniyyəti).
-
Festival-müsabiqənin keçirilmə qaydaları:
Festival-müsabiqə 2 turda keçiriləcək. 1-ci gün bütün iştirakçılar çıxışlarını sifariş ərizələri üzrə münsiflər heyətinin diqqətinə təqdim edəcəklər. Yüksək bal toplayaraq finala keçmiş iştirakçılar Qala-Konsertdə baş mükafat uğrunda mübarizə aparmaq hüququnu qazanacaqlar. Finala çıxa bilməyən iştirakçılar da sərbəst nümunələri ilə Qala-Konsertdə iştirak edə bilərlər.
-
Maliyyələşmə qaydaları:
Festival - müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları iştirak edə bilərlər. Festival - müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər.
Nümunə:
-
ən gənc iştirakçı üçün;
-
artistizm məharəti üçün;
-
istedad və yaradacılıq perspektivi üçün;
-
doğum gününün müsabiqə ərəfəsinə təsədüf etdiyinə görə.
Mehmanxana,yemək və nəqliyyat xərclərini qəbul edən tərəf öz üzərinə götürür (sifariş ərizələrinin qəbulunun yekunlaşması ilə bağlı müsabiqəyə yeni qoşulacaq ölkələrdən gələcək nümayəndə heyətinin təşkilat komitəsi yalnız mehmaxana və yemək xərclərinin öz üzərinə götürə bilər).
Göndərən tərəflərin bu xərclərin qismən ödənilməsi təşəbbüsü də alqışlanır.
Təşkilat Komitəsinə 6 x 12 - 2 əd. Foto-şəkil, şəxsiyyəti təsdiq edən sənədin və ya doğum haqqında şəhadətnamənin nüsxəsi təqdim olunmalıdır. Bu sənədlərin hər hansı bir formada (faks, email, poçt) təşkilat komitəsinə çatdırılması 2012-ci il mart ayının 26-na qədər məqbuldur.
1-ci Beynəlxalq Klassik Musiqi festival-müsabiqə haqqında operativ məlumat “Kainat” Gənclik Mərkəzinin rəsmi saytında yerləşdiriləcək.
ÜNVAN: AZ1000.Azərbaycan Respublikası. Bakı şəhəri. Səməd Vurğun küçəsi 1. Mənzil 15.
Telefonlar: +99412 493 03 81, +99412 498 02 95.
Faks: +99412 493 95 94.
Email: office@kainat.az, kainatgm@mail.ru
Web-site: www. kainat.az
Festival çərçivəsində geniş mədəni proqramın təşkili iş qrafikinə daxil edilib.
QEYD: Mümkün ola biləcək digər yeniliklər və əlavələr haqqında iştirakçı tərəflərə 15 gün qabağ məlumat veriləcək.
“Təşkilat Komitəsi”
Dostları ilə paylaş: |