Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması



Yüklə 315,74 Kb.
səhifə4/4
tarix17.01.2017
ölçüsü315,74 Kb.
#634
1   2   3   4

Üstünlükləri: torpaqla əlaqə saxlanılmaqla yüksək sıxlığa nail olmaq mümkündür (şək. 109-111).







Рис. 109. Жилой комплекс в Анапе

Рис. 110. Жилой комплекс

«Свети Влас» в г. Несебр



Рис. 111. Жилой 5-ти

этажный комплекс в Хургаде


Əgər 50-60-cı illərdəki 5-mərtəbəli tipləşdirilmiş tikintidən bəhs etsək, onun əsas nöqsanı – bu monotonluq və yaşayış mühitinin estetik cəhətdən natamamlığıdır. XX əsrin sonundan başlayaraq keçmiş sovet məkanının bir çox yerlərində tip binalar tikilmiş rayonlar sökülməyə başlayıb (şək. 112).








Şək. 112. “Xruşovkaların” sökülməsi
Çoxmərtəbəli tikinti (6 mərtəbə və daha çox)

Bu tip tikinti hal-hazırda iri və çox iri şəhərlərdə üstünlük təşkil edir.



Üstünlükləri: ərazi istifadəsinin yüksək intensivliyi, nəqliyyat, mühəndis kommunikasiyaları və abadlaşdıramaya sərf olunan xərclər minimallaşdırılır, nisbətən aşağı dəyərli mənzil (torpağın dəyəri və kommunikasiya xərcləri nəzərə alınmaqla).

Nöqsanları: xarici yaşayış mühitlə əlaqənin kifayət qədər olmaması; yaşayış ərazilərinin məhdud insolyasiyası; tikinti və istismar dəyərinin liftlərin quraşdırılması hesabına (10 mərtəbədən yuxarı tüstülənməyən pilləkən) artması.

Yüksək mərtəbəli tikinti (75 m-dən yuxarı)

Üstünlükləri: tikintinin ümumi kompozisiyasında şaquli dominant yaratmaq imkanı, bir qayda olaraq pəncərədən cəlbedici görünüş olur.

Nöqsanları: mənzilin ekoloji natamamlığı.

Yüksək mərtəbəli binaların əhəmiyyətli xüsusiyyətləri vardır: aparıcı konstruksiyalara düşən yükün yüksək səviyyəsi, büyök üfüqi (külək) yükləri, əlavə mühəndis düyünlərinin yaradılmasına ehtiyac (texniki mərtəbə), yanğın təhlükəsizliyinə və s. tələbatın artması.

Belə hesab edilir ki, yaşayış tikintisini 100m hündürlüklə məhdudlaşdırmaq iqtisadi cəhətdən məqsədəuyğundur. Şəhərin ifadəli (şək. 113) siluetinin (imicinin) yaradılmasına ethiyac olduqda yüksək dəyərə əhəmiyyət verilmir, lakin yüksəkmərtəbəli binalar olaraq yaşayış deyil ofis binaları tikilir.



Müxtəlif mərtəbəli tikinti

Üstünlükləri: yüksək sıxlıq, qənaət, müxtəlif tipli yaşayış binaları
Mövzu 10

Şəhərin mərkəzi

Ictimai mərkəzin funksiyaları və yerləşdirilməsi.

Şəhər mərkəzlərinin planlaşdırma təşkili

Kompakt, xətti, parçalanmış mərkəz. Ümumşəhər mərkəzinin məkan kompozisiyası. Ansambl anlayışı. Yeraltı məkanların mənimsənilməsi.

Şaquli zonalaşma.

Təyini: Şəhərin ictimai mərkəzi – şəhər, aqlomerasiya əhalisinin ictimai həyatının cəmləndiyi yerdir.

Şəhərin ictimai həyatı inzibati-işgüzar idarələr, mədəni-məişət xidməti obyektləri sisteminin formalaşması ilə bağlıdır. Mərkəzin ərazisi küçə-yol şəbəkəsinin yüksək sıxlığı ilə daha intensiv mənimsənilmişdir, burada funksiyaların ən rəngarəng və yüksək konsentrasiya dərəcəsi var (şək. 114).








Şək. 114. O. Manhetten, Nyu-Yorkun ictimai və işgüzar mərkəzi.
İctimai mərkəzlərin strukturu şəhərin böyüklüyündən , onun məskunlaşma sistemində rolundan və onun funksional-planlaşdırılma təşkilindən asılıdır (şək. 115). İri və cox iri şəhərlərdə, eləcə də parçalanmış strukturlu ümumşəhər mərkəzi olan şəhərlərdə, bir qayda olaraq, şəhər əhəmiyyətli yarımmərkəzlər əlavə olunur. Kiçik şəhərlərdə və kənd yaşayış yerlərində, bir qayda olaraq, gündəlik istifadə obyektləri ilə doldurulmuş vahid kompakt ictimai mərkəz formalaşır.




Şək.115.170 min əhalisi olan şəhərin mərkəzi.
Çox iri şəhərin mərkəzinin əsas xüsusiyyəti ondadır ki, o təkcə şəhərə deyil, bütöv aqlomerasiyaya xidmət edir, məskənlərarası xidmət funksiyasını yerinə yetirir və mərkəz şəhərə bitişik ərazilərin də əhalisi nəzərə alınmaqla təşkil edilir.

Şəhərlərdə ümumşəhər mərkəzini, planlaşdırılma rayonlarının (zonalarının), yaşayış və sənaye rayonlarının, istirahət zonasının mərkəzlərini , gündəlik istifadə ticarət-məişət mərkəzlərini, həmçinin ixtisaslaşmış mərkəzləri (tibb, təhsil, idman və s.) daxil edən sistemlər formalaşır (şək.116).







Şək. 116. Moskva şəhərinin ictimai mərkəzlər sistemi.
Funksional məzmununa görə ictimai mərkəzlər monofunksional və polifunksional olurlar:

  • Monofunksional (ixtisaslaşmış) – rekreasiya, idman, təhsil, müalicə- sağlamlıq, işgüzar və s.

  • Polifunksional (çoxfunksiyalı) – şəhərin ərazi vahidlərinə kompleks xidməti təmin edir. Ümumşəhər mərkəzləri, planlaşdırılma rayonları mərkəzləri, yaşayış rayonları mərkəzləri polifunksionaldır.

Mərkəzin planlaşdırılma təşkilinin əsas tələbləri



  1. Mərkəzin nəqliyyat əlaqəsi (şəhərin yaşayış ərazisi ilə rahat əlaqə).

  2. Mərkəz obyektlərinin ictimai nəqliyyat dayanacaqlarından piyada əlaqədə yetrləşdirilməsi (200m).

  3. Tpanzit nəqliyyatının, ən əvvəl yük nəqliyyatının mərkəzdən hərəkətinin istisnası.

  4. Bütün funksional zonaları və mərkəz elementlərini əlaqələndirən və piyada hərəkətinin fasiləsizliyini nəzərə alan piyada əlaqələri sisteminin təşkili (ikisəviyyəli keçidlər, piyada küçələri, meydanları və s.).

  5. Tikintinin ansambllığı, memarlıq-planlaşdırma inkişafının kompleksliyi və varisliyi.

Mərkəzin ərazisini ictimai binaların sahələri, piyada yolları, magistrallar, yaşıllıq əraziləri, meydanlar və dayanacaqlar formalaşdırır. Mərkəz ərazisinin 50%-ni açıq məkanların təşkil etməsi optimal sayılır. Bütövlükdə ictimai mərkəzin ərazisi idman qurğuları nəzərə alınmadıqda bir sakinə 3-5m2 təşkil edir.

Mərkəzi rayonların rekonstruksiyası zamanı piyada hərəkətinin təşkili və qarşılıqlı əlaqəli piyada məkanları sistemlərinin və yaşıllıqların formalaşması əsas məsələlərdir (prioritet). Piyada küçələrinin və ya hətta piyada zonalarının formalaşması bir çox tarixi şəhərlər üçün xarakterikdir (şək. 117-120).








Şək.117 Berlin Şək.118.Yekatrinburq Şək.119. Moskva




Şək.120. Novosibirskidə Lenin küç. Boyunca piyada məkanlarının təşkili,

konkurs layihəsi materialları, rəh. M.R.Kolpakova



Kompakt, xətti və parçalanmış (məkanda inkişaf etmiş) mərkəzləri ayırırlar.



Şək.121. Saliqaliç, 1781


Şək.122. Park-Forest, ABŞ





Kompakt mərkəz. Kiçik və orta şəhərlər üçün xarakterikdir. Kompakt mərkəzin ən sadə tipi – perimetr boyunca tikinti olan piyada meydanıdır.Kompakt meydanların ümumi xassəsi onların həcmi-məkan birliyi və mürəkkəb olmayan planlaşdırma təşkili (şək. 121, 122).

Xətti mərkəz. Bir qayda olaraq baş küçə və ya sahil (kurort şəhərlərində) boyunca formalaşir. Xətti mərkəz üçün ictimai funksiyaların ada şəklində yerləşdirilməsi xarakterikdir (şək.123, 124).

Şək.123. Kambernold,

Böyükbritaniya


Şək.124.Eruvil, Fransa









Parçalanmış mərkəz. İri və çox iri şəhərlər üçün xarakterikdir və qarşılıqlı əlaqəli mürəkkəb mərkəzlər sistemini təqdim edir. Mərkəzi, daha intensiv mənimsənilmiş sahələr demək olar ki, tamamilə inzibati-ictimai funksiyalarla məşğuldur. Periferiyaya doğru bu funksiyalar ayrı-ayrı yaşayış sahələrini saxlamaq şərti ilə nəqliyyat magistralları boyunca cəmlənir (şək.125, 126).






Şək.125. Mərkəzin inkişafı, İrkutsk (B.İ.Oqlı).




Şək.126. Novosibirskin mərkəz sistemi.




Bir çox iri şəhərlərin mərkəzləri özünün inkişaf prosesində kompakt sistemdən (baş meydan) xətti mərkəzə (baş küçə) və daha sonra məkanda inkişaf etmiş sistemə transformasiya olunmuşdur. Novosisbirskin ictimai mərkəzi yolu keçmişdir.

Şəhər mərkəzinin planlaşdırma təşkili regionun təbii-iqlim şəraitindən asılıdır. Bir çox şəhərlər bilavasitə çay yaxınlığında formalaşır.

Sərt iqlim şəraiti olan şəhərlərdə qış mövsümündə çay tərəfdən gələn soyuq küləklərdən qorunmaq üçün baş küçənin meydançalar sistemi ilə şəhər tikintisinin dərinliyində yerləşdirmək məqsədəuyğundur, həmçinin sahilboyunca yay mərkəzinin formalaşması da məqsədəuyğundur (şək. 127, 128)

Tarixi şəhərlərin mərkəzi rayonlarında tarixi-mədəni irs obyektləri, memarlıq abidələrinin böyük qismi cəmlənir. Bununla bağlı olaraq bir çox şəhərlərin mərkəz ərazisində şəhərsalma fəaliyyəti məhduddur, tarixi tikinti şəraitində rekonstruksiya isə kompleks-mühafizə tədbirlərinin aparılmasının zəruriliyi nəzərə alınaraq həyata keçirilir (şək. 129).

Şəhərsalmada tarixi tikintiyə iki fərqli münasibət yaranır:



  • Tikintinin qiymətli tarixi – mədəni mühit kimi tam qorunması. Bu halda konservasiya və muzeyfikasiya tətbiq olunur, istənilən şəhərsalma fəaliyyəti sərt şəkildə məhdudlaşdırılır. Belə yanaşma Avropanın bir çox tarixi şəhərlərində daha parlaq reallaşdırılır.

  • Mövcud tikintinin mədəni dəyərlərini nəzərə almamaq. Belə yanaşma zamanı mövcud tikintinin sökülməsi və yeni tikinti ya iqtisadi məqsədəuyğunluq (ABŞ-ın iri şəhər mərkzələri), ya da ideoloji məqsədlər (SSRİ şəhərlərində tarixi tikililərin sökülməsi) baxımından müəyyənləşir

Dünya və yerli təcrübədə işgüzar funksiyaların tarixi mərkəzdən kənara çıxarmaq, yeni işgüzar mərkəzin – “city” – nisbətən sərbəst ərazilərin yaradılması kimi planlaşdırılma üsulu mövcuddur. Parisdə “Defaus” iş rayonunu parlaq nümunə hesab etmək olar. XXI əsrin əvvəlində Moskva “city”-nin tiknitisi başlandı (şək. 130-133).

Çox iri şəhərdə mərkəzin məkan sisteminin əsas elementi şəhərin ərazicə geniş zonası – ümumşəhər mərkəzidir. Burada inzibati-işgüzar funksiyaların üstünlük təşkil etdiyi mərkəzin nüvəsi (özəyi) seçilir. Şəhərin əsas unikal obyektləri mərkəzdə cəmlənir.

Bir qayda olaraq şəhər mərkəzinin nüvəsi şəhərin baş meydanında memarlıq – şəhərsalma ansamblı təqdim edir (şək. 134-137).

Adətən istənilən məskunlaşma yerində baş meydan, baş küçə, daha əlamətdar və tanınmış yerlər seçilir, burada daha mühüm hadisələr baş verir, əhalinin ictimai həyatı cəmlənir.

Memarlıq-şəhəsalma ansamblı (təyini): binalar, mühəndis qurğuları və yaşıllıqlar daxil olmalqa harmonik məkan kompozisiyası birliyi. Ansambl çox hallarda müxtəlif tətbiqi incəsənət növlərini daxil edir (monumental və ya heykəltaraşlıq kompozisiyaları).

Ifadəli memarlıq-şəhərsalma ansamblının formalaşması üçün fəal şəkildə landşaft şəraiti: relyef, hidroqrafiya və s. istifadə olunur.

əhalinin davam edən konsentrasiyası şəraitində ərazi istifadəsinin intensivləşməsi baş verir, bu xüsusilə nəhəng şəhərlərin mərkəzi rayonları üçün xarakterikdir.

Şəhər məkanları şaquli inkişaf edir: yuxarı -- yüksəkliyə və aşağı -- yerin altına (şək. 143).

Şəhərsalmanın inkiaşfında perspektiv istiqamətlərdən biri – yeraltı məkanlardan istifadə etməkdir.

Ilk olaraq şəhərlərin yeraltı məaknları əsasən mühəndis kommunikasiyalarının çəkilməsi (su kəməri, kanalizasiya və s.) üçün istifadə olunurdu. Yeraltı urbanistikanın inkişafında mühüm təkan çox iri şəhərlərdə metropoliten tikintisi oldu. Yeraltında yeni nəqliyyat xətlərinin yerləşdirilməsi nəgəng şəhərlərdə nəqliyyat problemlərinin kəskinləşməsinə birinci cavab oldu.



XX əsrin başlanğıcında şəhərin gələcək inkişafı yollarının fəal axtarışı başladı, çoxlu sayda konseptual təkliflər meydana gəlir. Bu təkliflərdə yeraltı məkanların mənimsənilməsinə mühüm yer verilir (şək. 144-147). 1936-cı ildə “Podzemnıy mir” (“Yeraltı dünya”) adı altında jurnal yaradılır, 1937-ci ildə yeraltı urbanistikaya həsr olunmuş ilk keçirilir.
Yüklə 315,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin