MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ Mingəçevir şəhərində olan bir çox problemlərin həlli xeyli maliyyə vəsaiti tələb edir. Zəruri maliyyə potensialının formalaşdırılması üçün isə movcud maliyyə mənbələrindən səmərəli istifadə olunması zəruridir. Bunun üçün mövcud vəziyyətin təhlili – bələdiyyənin güclü və zəif tərəflərinin müəyyən edilməsi, imkan və təhlükələrin nədən ibarət olmasının aşkar edilməsi vacibdir. GZİT təhlili Mingəçevir bələdiyyəsinə, onun fəaliyyətinə təsir edən faktorlara sistemli baxışı özündə əks etdirir.
Güclü tərəflər:
Bələdiyyə güclü kadr potensialına malikdir
Bələdiyyə üzvlərində təşəbbüskarlıq və iş görmək həvəsi güclüdür
İcma arasında böyük nüfuzu var və bələdiyyə ilə icma arasında sıx əməkdaşlıq münasibətləri hökm sürür
Əlavə gəlir gətirən xidmət sahələrinin yaradılması imkanları var
Bələdiyyənin öz inzibati binası var.
İmkanlar:
Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və səlahiyyət dairəsinin genişlənməsi gözlənilir
Korrupsiyaya qarşı mübarizə siyasəti daşınmaz əmlakın qeydiyyatını sürətləndirə, bu isə əmlak vergisinin toplanması imkanlarını artıra bilər
Turizmin inkişafı sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər mövcud maliyyə mənbələrini (məsələn, mehmanxana, kurort rüsumu) genişlənməsinə gətirib çıxara bilər
Güclü sahibkarların maliyyə imkanlarına və köməyinə arxalanmaq olar
Bələdiyyələrə əlavə maliyyə mənbələrinin verilməsi gözlənilir
Zəif tərəflər:
Bələdiyyənin maliyyə resursları məhduddur
Bələdiyyənin torpaq ehtiyatı və perspektiv inkişaf fondu torpaqları azdır
Bələdiyyə mövcud maliyyə mənbələrindən səmərəli istfadədə çətinlik çəkir
Bələdiyyə müəssisələri yoxdur və belə müəssisələrin yaradılması üçün maliyyə mənbəyi də yoxdur
Təhlükələr:
Mövcud şəraitdə yerli icra orqanlarının bələdiyyələrə tam nəzarəti ələ alması və inkişafını əngəllənməsi
Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməməsi
Bələdiyyələrin mövcud maliyyə mənbələrinin bir qədər də məhdudlaşdırılması
Bələdiyyələrə inamın düşünülmüş şəkildə azaldılması
Missiya: Mingəçevir Bələdiyyəsi Azərbaycanın ən böyük bələdiyyələrindən biri olmaqla şəhərin mövcud maliyyə-iqtisadi potensialına və şəhər sakinlərininin idarəetmədə fəal iştirakına güvənərək onlara yüksək keyfiyyətli
ictimai xidmətlər göstərən yerli hakimiyyət orqanıdır