Seminar proqramı Sərgilərdə eksponentlərin maksimum nəticə əldə etmələrinə nə mane olur. Səciyyəvi səhv və stereotiplər.
Sərgidə həll edilməsi mümkün olan tapşırıqlar. Sərgidə iştirak üzrə tapşırıqları necə düzgün müəyyən etməli.
“Ekspo-səmərəlilik düsturu”: sərgi ziyarətçiləri ilə qurulacaq əlaqələrin (orta hesabla) sayını, stenddə işləmək üçün tələb olunan işçilərin sayını və ziyarətçilərlə əlaqələrin bir əməkdaşın payına düşən normasını, eləcə də sərginin nəticələri əsasında satışların (orta hesabla) sayını və təqribi həcmini əvvəlcədən necə hesablamalı.
Sərgidə uğurun bünövrəsini necə qoymalı
- Sərgidə iştirakın səmərəliliyini necə qiymətləndirməli.
Sərgilərdə uğurlu iştirak nümunələri Eksponentlər üçün 7 “Qızıl” məsləhət Seminarın müddəti (fasilələrlə) 8 saat təşkil edir
(səhər saat 10:00-dan axşam saat 18:00-a qədər)
Seminarın iş qrafiki:
10:00 – 11:30 – I hissə;
11:30 – 12:00 – Fasilə;
12:00 – 13:30 – II hissə;
13:30 – 14:30 – Nahar fasiləsi;
14:30 – 16:00 – III hissə;
16:00 – 16:30 – Fasilə;
16:30 – 18:00 – IV hissə.
Seminar çərçivəsində aparıcı şirkətlərin sərgilərdə əldə etdiyi uğurların sirləri açıqlanacaqdır. Siz effektiv sərgi texnologiyaları ilə tanış olacaq və real nümunələrin timsalında hədəf ziyarətçilərlə əlaqələrin sayını və satış həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün şəxsi təcrübədə hansı metodlardan istifadə edə biləcəyinizi görəcəksiniz.