Diskret məlumat verilişi şəbəkələrinin tərkibi
(DMVŞ)
İstifadəçilər arasında teleqraf, verilənlərin ötürülməsi, faksimil digər növ diskret məlumatların mübadiləsini həyata keçirən II növ elektrik rabitəsi şəbəkəsinə diskret məlumat veriliş şəbəkəsi deyilir. DMVŞ – nı əsas funksiyası minimum verilmə vaxtı, yüksək düzgünlük. Və etibarlılıq kimi keyfiyyət göstəricilərini təmin etməklə tələb olunan ünvana çatdırmaqdır. Onun struktur sxemi aşağıdakı kimidir.
KM - kommutasiya mərkəzləri
K – konsentatorlar
M – multipleksorlar
AM – abonent məntəqələri
HM – hesablama mərkəzləri
KXHM – kollektiv xidmətli hesablama mərkəzləri
BHM – baş hesablama mərkəzi
İS – idarə sistemi
Hər bir məlumatı öz ünvanına çatdırmaq üçün KM-da kommutasiya qurğuları yerləşdirilir. Həmin qurğulara kommutasiya mərkəzləri deyilir. KM – i özlərində kommutasiya sistemini (KS), idarəetmə qurğularını (İQ), abonenet və kanal avadanlıqlarını birləşdirir. AM-nin vəzifəsi məlumatı şəbəkəyə daxil etmək və oradan çıxardıb istifadəçiyə verməkdir. Burada son rəqəm avadanlıqları yerləşir. SRA –na giriş-çıxış qurğuları daxildir. Bunlar perfolent, perfokart, maqnit lenti, maqnit lövhələri, səhfdən qoruyan qurğular və s. daxildir.
DMVŞ – da lahiyələndirmənin əsas məsələlərindən biri avadanlıqların seçilməsidir. Belə ki, məlumatın növü, veriliş sürəti, verilən informasiyanın keyfiyyəti, verilişin keyfiyyəti, şəbəkənin xüsusiyyətləri nəzərə alınmalıdır. Burada tərtib olunan konsentatorlar təminatlı olurlar ki, onlar da kondun VS – nin razılaşdırmalarını səhvdən qoruma funksiyasını yerinə yetirə bilir. VS – nə görə DMVŞ 3 yerə bölünür.
Alçaq sürətli – 50 – 100 – 200 bit/san
Orta sürətli - 600 – 9600 bit/san
Yüksək sürətli kanallar - 10000 bit/san
Verilmə istiqamətinə görə DMVŞ – nın kanalları 3 qrupa bölünür:
|