SəRBƏst iŞ Fənn: Dünya iqtisadiyyatı


)İnkişaf etməkdə olan ölkələrlə yüksək inkişaf etmiş sənaye ölkələri



Yüklə 93,41 Kb.
səhifə4/10
tarix18.05.2023
ölçüsü93,41 Kb.
#127107
1   2   3   4   5   6   7   8   9   10
referat 1381

3)İnkişaf etməkdə olan ölkələrlə yüksək inkişaf etmiş sənaye ölkələri
arasındakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri.

Ümumiyyətlə,inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı qarşılıqlı əlaqələr coxşaxəlidir.Bu ölkələr arasındakı əlaqələrdən danışarkən,ilk növbədə qeyd etməliyik ki,inkişaf etməkdə olan ölkələr dünya bazarında daha çox xammal və yarımfabrikatlarla çıxış edir və bunların başlıca istehlakçıları inkişaf etmiş ölkələrdir.İEÖ-lər iqtisadiyyatın inkişaf etdirilməsi üçün kifayət qədər resurslara(ucuz işçi qüvvəsi,mineral xammal və s.) malik olduğu halda bu ölkələrin bəzilərində inkişaf qənaətbəxş deyildir.Bu ölkələr xarici siyasətində ölkəyə daha çox xarici kapital cəlb etməyə çalışırlar və bunun sayəsində müəyyən irəliləyişlər nəzərə çarpır.


Afrika ölkələrinin timsalında biz bu məsələyə yanaşarkən gördük ki,bu regiona xarici kapital cəlb olunarkən,bundan səmərəli istifadə olunmadı,bunların çoxu eyş-işrət,şəxsi mənafelərə və Afrikanın başlıca problemi olan-silahlanmaya xərcləndi.Məlum olduğu kimi,Afrikanın bəzi regionlarında neçe illərdiki,vətəndaş müharibəsi davam edir və bu müharibə müəyyən mənada inkişafa da mane olur.
Bunun nəticəsində Afrika ölkələrinin əksəriyyətində borc problemi yarandı və bunu qaytarmaqda ölkələr çətinlik çəkirdilər.Bu cür vəziyyətinizama salmaq üçün BMT müxtəlif illərdə müvafiq qərarlar qəbul etməkdə Afrika ölkələrininborc problemi məsələsinə ciddi yanaşmağa başlamışdı.Bu qərarlara görə inkişaf etmiş ölkələr Afrika ölkələrinin onlara olan borcların bəzilərinin bağışlanması,müəyyən hissəsinin silinməsi və borcun qaytarılma müddətinin uzadılması siyasətini yürütdülər.
Dünya bazarında inkişaf etmiş ölkələr isə daha çox hazır məhsullar,dəzgah,avadanlıqlar,elmtutumlu məhsullar və s. Ixracatçısı kimi tanınmışlar və bunların da müəyyən hissəsi inkişaf etməkdə olanölkələr tərəfindən idxal olunur.Bu ölkələr arasındakı qarşılıqlı əlaqələr qed etdiyimiz kimi,çoxşaxəlidir.İEÖ-lər İEOÖ-in təsərrüfatının inkişaf etdirilməsi üçün onlara yardımlar,birbaşa investisiyalar,kapital yatırır və bunun qarşılığında onlardan çox vaxt xammal alırlar.
Məsələn,Braziliya özünə xeyli miqdarda xarici investisiya cəlb etməklə, inkişafa nail olmuş,amma yaranmış borcları qaytara bilmədiyi üçün çətin vəziyyətə düşmüşdür.Bu çətinliyin aradan qaldırılması yolunu respublika rəhbərliyi Braziliyada çox geniş sahə tutan Amazon meşələrini qırmaqla bu borcu silməyə çalışmışlar.BMT-in ətraf mühitin mühafizəsi təşkilatı bu cür vəziyyətin qarşısının alınması üçün Braziliyanın xarici borc məsələsinə ciddi yanaşaraq,bu borcun bəzi hissəsinin silinməsi,qytarılma müddətinin uzadılmasına nail olmaqla Amazon meşələrinin qırılmasının qarşısını almışdır.
Bu ölkələr qrupu arasındaki əlaqələrin,ayrı-ayrı ölkələrdə bu siyasətin istiqamətlərinə nəzər salaq:

Yüklə 93,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin