SəRBƏst iŞ Fənn: Dünya iqtisadiyyatı


)İnkişaf etməkdə olan ölkələr və onların xüsusiyyətləri və



Yüklə 93,41 Kb.
səhifə3/10
tarix18.05.2023
ölçüsü93,41 Kb.
#127107
1   2   3   4   5   6   7   8   9   10
referat 1381

2)İnkişaf etməkdə olan ölkələr və onların xüsusiyyətləri və
onların dünya təsərrüfatında rolu
Dünyanın müasir siyasi xəritəsində sayca ən böyük dövlətlər qrup İOÖ təşkil edir. Avropa, Latın Amerikası, Asiya, Afrika və Okeaniyanın 150-dən artıq dövləti bu qrupa daxildir. Onları bir qrupda birləşdirən əsas ümumi cəhət bu ölkələrdə keçmiş müstəmləkəçiliyin doğurduğu iqtisadi gerilikdir. Onlar metropoliyalarm varlanması üçün uzun müddət mənbə olmuşdur. Başqa sözlə, İEÖ-in tərəqqisi və İOÖ-in iqtisadi cəhətdən geriliyi bir-biri ilə əlaqədardır.
Siyasi müstəqillik əldə etmələrinə baxmayaraq, İOÖ-in əksəriyyətində (xüsusilə Afrika ölkələrinin) sosial-iqtisadi sahədə nailiyyətləri olduqca zəifdir. Bunun səbəbi nədir? Bir qrup iqtisadçı alimlər IOÖ-in əksəriyyətində təsərrüfat geriliyini təbii resursların (xüsusilə ərzaq istehsalı və müasir güclü energetikanın yaradılması üçün), təsərrüfatın idarə edilməsində ixtisaslı mütəxəssislərin çatışmaması, "demoqrafik partlayış" və s. ilə izah edirlər
Hazırda İOÖ sosial-iqtisadi inkişafm müxtəlif pillələrində dururlar Məsələn, adambaşma düşən milli gəlirə görə ABŞ-la təqribən bir səviyyyədə duran Küveyt, BƏƏ, Bruney və bu göstəriciyə görə ABŞ-dan 100 dəfə geridə qalan Mali, Somali, Haiti və s. kimi ölkələr bu qrupa daxildi: Bütövlükdə İOÖ arasında sosial-iqtisadi inkişaf səviyyəsinə görə LA dövlətləri daha yüksək nailiyyətlər əldə etmiş, Afrika dövlətləri isə ən geridə qalmış region kimi tanmmışdır. Bu qrupda faydalı qazıntılarla zəngin (Braziliya, Səudiyyə Ərəbistanı, Yamayka, Küveyt və s.) və kasıb (Paraqvay, Sudan, Şri-Lanka və s.), sahəsinə və əhalisinin sayına görə Çin, Hindistan, Braziliya, İndoneziya, Pakistan kimi çox böyük,Qrenada, Svazilend, Nauru kimi isə çox kiçik ölkələr mövcuddur:
Oxşar əlamətlər. İOÖ-in sosial-iqtisadi və coğrafi miixtəlifliyi ilə yanaşı, onların əksəriyyəti üçün aşağıdakı başlıca oxşar əlamətlər mövcuddur.
1.Sosial-iqtisadi inkişaf asılı xarakter daşıyır. Müstəmləkə dövründə olduğu kimi indi də bu ölkələr faydalı kapital qoyuluşu dairəsi, ucuz əmək və xammal resurslarının mənbəyi kimi İEÖ-in bir növ əlavəsi kimi təmsil olunurlar;
2. Borc problemi getdikcə kəskin xarakter alır. Onların borcu 1970-ci illərdən (75 mlrd. dollar) 2002-ci ilə qədər (1500 mlrd. dollar) 20 dəfədən çox artmışdır.
Borcun və onun faizinin ödənilməsi borclu ölkələrin iqtisadiyyatını sarsıdır. B.Britaniya, Fransa və bir neçə başqa İEÖ "ən kasıb" ölkələrin borcunu silməyə məcbur olmuşlar. BYF və Qərbin iri həcmdə kredit verən bankları belə vəziyyətin yaranmasının səbəbini İOÖ-in aldıqları borcdan səmərəli istifadə etməmələri ilə izah edirlər. Borc böhranının yaranmasının başlıca səbəblərindən biri də İOÖ-in silahlanmaya cəlb olunmalarıdır.(Afrika ölkələri xüsusilə)

3.İqtisadiyyatın inkişaf səviyyəsi təbii resursların zənginliyi ilə əlaqədardır. Asiya, Afrika və LA ölkələrində bir çox sosial-iqtisadi problemlər məhz təbii resurslar hesabına həll edilir.


4)Ətraf mühüt problemləri daha kəskin xarakter almış və özünün səciyyəvi əlamətlərinə malikdir.
Son illər bu qrup ölkələrdə ekoloji problemlərin həllinə diqqət artırılmışdır. Qanq, Fərat, Niger, Seneqal, Amazon çaylarının daha səmərəli istifadəsi üçün layihə işlənib hazırlanmış, meşələrin bərpası, milli parkların genişləndirilməsi işlərinə başlanmışdır. Bu layihələrin çoxu BMT-nin rəhbərliyi altında həyata keçirilir.

  1. İOÖ-in, demək olar ki, hamısında demoqrafik vəziyyət oxşardır, yəni onlar üçün əhalinin təkrar artımının ənənəvi və keçid tipləri xarakterikdir.

  2. Şəhər əhalisinin payı ümumdünya göstəricilərindən aşağıdır.

  3. Müstəqillik illərində İOÖ-in təsərrüfatının sahəvi strukturunda xeyli dəyişikliklər baş vermişdir. Sənaye kənd təsərrüfatına nisbətən daha sürətlə inkişaf etmiş və ölkələrin çoxunda sənaye maddi nemətlər istehsalında birinci yerə çıxmışdır. Lakin sənayenin strukturunda hasilat, vüngül və yeyinti sənayesi üstünlük təşkil edir.

  4. Təsərrüfatın ərazi strukturu, yəni onun coğrafiyası hələ müstəmləkə, yaxud yarımmüstəmləkə dövründə formalaşmışdır. Əksər ölkələrdə ixracat əhəmiyyətli təbii resurslar və ərazilər təsərrüfat cəhətdən daha yüksək dərəcədə mənimsənilmişdir. Onların iqtisadiyyat və siyasətində bir, yaxud maksimum iki-üç başlıca bölgə və mərkəz hakim mövqe tutur. Emaledici sənayenin və əhalinin, həm də infrastrukturun əhəmiyyətli hissəsi bu bölgələrdə yerləşir. Bu bölgə və mərkəzlər TMK ilə daha sıx əlaqədardır. İqtisadi və siyasi həyatın özünəməxsus meredianı məhz bu mərkəzlərdən keçir. Mərkəzlər arasında, adətən, ölkənin paytaxtı mühüm rol oynayır. Dənizsahili ölkələrdə paytaxt həm də başlıca "dəniz darvazası" rolunda çıxış edir (Seneqalda Dakar, Tailandda Banqkok və s.).

Misal üçün, İnkişafda olan hər üç ölkədən ikisində emaledici sənayenin 1/3-dən 3/4-ə qədəri sahil bölgəsində yerləşir. Uruqvayda sənaye istehsalının 3/4-ə qədəri ölkənin paytaxtı Montevideoda, Keniyada isə 60%-i Nayrobi ətrafında cəmləşib, Argentina əhalisinin 1/3-i və onun sənaye istehsalının yarısı öl- kənin paytaxtı və başlıca portu Buenos-Ayresdə təmərküzləşib. Respublikamızda sənaye istehsalının 2/3-dən artığı Abşeron rayonunda yerləşir.
Beləliklə, bu qrup ölkələrin hər birində sanki bir-birindən güclü surətdə fərqlənən "üç dünya" mövcuddur. Birinci dünya ən iri mərkəzlərdir. İkinci dünya hasilat sənayesinin və plantasiya təsərrüfatının inkişaf etdiyi bölgələrdir. Üçüncü dünya inkişaf etmiş ərazilərin kənarlarında kiçik əmtəəlik, adətən, istehlak xarakterli geri qalmış əkinçilik bölgələridir. Belə bölgələri, adətən, "daxili müstəmləkə" adlandırırlar.
İOÖ-in çoxu regional siyasət həyata keçirir. Regional siyasətin məqsədi ölkənin ayrı-ayrı hissələri arasında əlaqəsizliyin, məskunlaşmış rayonlarda "əhalinin əraziyə təzyiqinin", dənizsahili və daxili bölgələr arasındakı dərin sosial-iqtisadi uyğunsuzluğun nisbətən aradan qaldırılmasıdan, urbanizasiya prosesinin idarə edilməsindən, yeni resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsindən ibarətdir.
Yeni bölgələrin, o cümlədən ekstremal təbii şəraitə malik olan ərazilərin mənimsənilməsi müxtəlif çətinliklərlə əlaqədar ləng gedir. Lakin bu cəhətdən Braziliyada Amazon, Venesuelada Orinoko çay hövzələri, həm də Meksikada, Peruda, Əlcəzairdə və Misirdə bəzi arid rayonlar fərqlənir.
Daxili ərazilərin mənimsənilməsinə paytaxtın sahil şəhərlərindən daxili bölgələrə köçürülməsi də təsir edir. Belə addım - Braziliyada, Nigeriyada, Tanzaniyada atılmışdır. Bütün bu tədbirlərə baxmayaraq, İOÖ-in əksəriyyətində təsərrüfatın ərazi strukturunda kəskin uyğunsuzluqlar qalmaqdadır.
İnkişafın müasir mərhələsi və onun yolları. İndi İOÖ inkişafın mürəkkəb mərhələsini keçirirlər. Onların bir qrupu iqtisadi müstəqilliyini möhkəmləndirmiş, öz əhalisinin sosial vəziyyətini xeyli yaxşılaşdırmışdır. Digər ölkələr isə geriliyin aradan qaldırılmasında hələ ki, çətinlik çəkirlər. Bu geriliyi daha tez aradan qaldırmaq məqsədi ilə onlar çox mühüm sosial-iqtisadi islahatlar həyata keçirirlər.
Bunların arasında iqtisadiyyatın dövlət tərəfindən nizamlaşdırılmasının, yerli mütəxəssislərin hazırlanmasının, maliyyə vəsaitinin toplanmasının, ETT-nin nailiyyətlərindən geniş istifadənin, hərbi xərclərin azaldılmasının mühüm əhəmiyyəti var.
Bu yolda ən mühüm addım ölkənin sənayeləşdirilməsidir. Sənaye sahəsində müəyyən nailiyyətlər əldə etmiş ölkələr onun köməyi ilə maddi istehsalın ikinci ən mühüm sahəsi olan kənd təsərrüfatmda"yaşıl inqilab” həyata keçirirlər.
İOÖ-in müəyyən sosial-iqtisadi nailiyyətlərinə baxmayaraq, onlar hələ ki, dünya təsərrüfatının geri qalmış kənar hissəsi kimi təmsil olunurlar İOÖ-in sosial-iqtisadi geriliyi o qədər dərindir ki, onun aradan qaldırılması üçün yəqin ki, bir neçə nəslin həyatı ilə ölçülən uzun tarixi müddət tələb olunacaqdır.
Iqtisadi inkişaf səviyyəsinə görə qruplar, İOÖ-in qruplaşmasında onların inkişaf səviyyəsini, təsərrüfatın sahəvi strukturunu, əhalinin adambaşına düşən milli gəliri və başqa əlamətləri nəzərə almaq lazımdır. Belə yanaşma bu ölkələrin müasir vəziyyətini və yaxın gələcəyini daha dəqiq əks etdirir. Bu göstəricilərə görə İOÖ-i 5 qrupa ayırmaq olar.
YSÖ-in ilk dəstəsinə daxil olan ölkələr — LA ölkələrindən Braziliya, Argentina, Meksika, Çili, Şərqi Avropa ölkələrinin əksəriyyəti, Türkiyə aid edilir. Bu qrup ölkələr adambaşına düşən milli gəlirə, təsərrüfatın müasir strukturuna, emaledici sənaye məmulatlarının ixracatma görə nisbətən yüksək səviyyəyə çatmışlar. Onlar İEÖ və İOÖ arasında aralıq mövqe tuturlar.
YSÖ-in ikinci dəstəsinə daxil olan ölkələr — Çin, Hindistan, Pakistan, ASEAN ölkələrinin əksəriyyəti, İran, KXDR və Uruqvay. Bu ölkələrin əksəriyyəti iqtisadi inkişaf üçün böyük ərazi, əmək və təbii resurs potensialına malikdir. Onlar beynəlxalq iqtisadi əlaqələr sistemində görkəmli yer tuturlar. Məsələn, bu yaxın vaxtlara qədər "islam kəndi" adlanan Malayziya kondisioner və s. ixracatına görə dünyada başlıca yer tutur. Lakin bu ölkələr əhalinin adambaşına düşən məhsul istehsalına, təsərrüfatın strukturunda müasir sahələrin xüsusi çəkisinə və iqtisadi inkişafı müəyyən edən digər göstəricilərə görə hələ ki, geridə qalırlar.
Zəngin təbii resurslara, xüsusilə neft və qaz resurslarına malik olan ölkələr Səudiyyə Ərəbistanı, Bruney, Liviya və s. Bu ölkələr neft ixracatından əldə edilən gəlir hesabına varlanmış və sürətlə inkişaf etmişlər. Onların çoxu yerli əhalinin sosial təminatına görə hətta İEÖ-i ötmüşdür. Bu ölkələr üçün olduqca böyük məbləğdə maliyyə vəsaitinin toplanması, adambaşına düşən yüksək gəlir səciyyəvidir. Bu qrupa Yamaykanı, Baham adalarını, Ficini və bir neçə başqa ölkəni də aid etmək olar. Plantasiya, turizm və başqa təsərrüfat sahələrini inkişaf etdirən bu ölkələr beynəlxalq əmək bölgüsündə fəal çıxış edirlər. Bütün bunların sayəsində də həmin ölkələr orta sosial-iqtisadi inkişaf səviyyəsinə çatmışlar.
Sosial-iqtisadi inkişaf səviyyəsinə görə İOÖ arasında orta mövqe tutan, əhalinin adambaşına illik gəliri 1000 dollardan artıq olmayan ölkə- lər — Şimali Afrika ölkələri, Qana, Qvineya, LA ölkələrinin əksəriyyəti, Asiyada Monqolustan və s. Onların emaledici sənaye müəssisələri hələ azdır və texniki cəhətdən zəif təchiz olunmuşdur.
Adambaşına 500 dollaradək milli gəliri olan "kasıb" ölkələr Mali, Çad, Niger, Efiopiya, Somali, Malavi, Benin, Botsvana, Laos, Kamboca, Nepal, Yəmən Respublikası, Myanma və s. Bu, BMT-nin siyahısında təsdiq edilmiş 40-dan artıq, əsasən Afrika və Asiya ölkələrinin daxil olduğu ən geridə qalmış ölkələr qrupudur. Bu ölkələri "dördüncü dünya" da adlandırırlar. Onların bəzilərinin dənizə birbaşa çıxış yolu yoxdur və xarici dünya ilə əlaqələri zəifdir. İqtisadiyyatda kənd təsərrüfatı hakim mövqe tutur. Beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etməkdə olan ölkələrin rolu. Müstəqillik qazandıqdan sonra ilk dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı. 1950-1960-cı illərdə onlar sosial-iqtisadi inkişaf modelinin seçilməsi və özlərinin milli özünü dərketmə mərhələsini formalaşdırırlar. Əhaliyə düşən ÜMM həcmi bu dövrdə orta hesabla 3%-dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta artım tempi, Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə 2.5 dəfə açağı idi.
1973-1975 illərdə inkişaf etməkdə olan ölkələr özləri haqqında ilk sözü dedilər: neft məhsullarını ixrac edən ölkələr xarici iqtisadi mövqelərinin kəskin şəkildə gücləndirirdilər. Qısa zamanda Qərb iqtisadiyyatı keçmiş audsayderlərdən asılı qaldı. Lakin 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində yeni resurs qoruyucu taxnologiyanın tətbiqi ilə Qərb öz cavabını verdi. Inkişaf etməkdə olan ölkələrin 1970-ci ildə hazır məhsullarla dünya bazarına çıxmaq cəhdləri uğursuzluğa düçar oldu. Məhz onda “yeni beynəlxalq qaydaların” yaradılması məsələsi ortaya çıxdı. Bu konspsiyanın ideoloqlarından biri Argentina alimi R.Prebiş inkişaf etməkdə olan ölkələr və qərb tərəfindən göstərilən real yardımın göstərilməsini və birgə hərəkət etmək zərurətini sübut etdi. Bu isə onların (ieoö) bərabər hüquqlu beynəlxalq əməkdaşlıq yoluna çıxartmaq məqsədini daşıyırdı.
İnkişaf etməkdə olan ölkələr əhəmiyyətli tərəqqiyə nail ola bilmədilər. Belçika alimi Q.Van der Vey demişdir; “80-ci illəri üçüncü dünya ölkələri üçün “itirilmiş onillik” hesab etmək olar”. Bu çox kəskin bəyanat idi. İeoö arasında da BİM-də iştiraka nail olan ölkələr var idi (Məsələn;“Asiya pələngləri” olan Tayvan, Sinqapur, Honkqonq, C.Koreya, Malaziya. Onların beynəlxalq ticarətdəki payı 3%-dən 9%-ə yüksəlmişdir).
1990-cı il üçün YSÖ, Danimarka, İsveç, İsveçrə və Avstraliya kimi dövlətləri asiya məişət bazarından sıxışdırmaqla,Yapon əmtəələri ilə uğurlu rəqabət apardılar. Bunun başlıca amili Cənub-Şərqi Asiya ölkələrində aşağı səviyyəli əmək haqqı idi.Saat stavkası üzrə orta əmək haqqı ABŞ-la müqayisədə Sinqapurda 4 dəfə, Malaziyada 8 dəfə, Tailandda isə 10 dəfə aşağıdır. Bu faktın özü dünya bazarında rəqabət qabiliyyətli əmtəələrin yüksək səviyyəsini təmin edir.
İstehsalın səmərəliliyi, onun texniki səviyyəsi baxımından YSÖ ilə Qərb ölkələri arasında fərqlər heç də azalmır, əksinə dərinləşməkdədir. Qərb istehlakçılarının yüksək texnologiyaya, xidmət sferasına,informasiya və kommunikasiyaya orentasiyası dünya bazarından bir çox inkişaf etməkdə olan ölkələr sıxışdırır. Neft məhsulları və xammalı ixrac edən ölkələrdən yalnız bəziləri (Küveyt, S.Ərəbistanı) tab gətirdilər.Bundan başqa, 3-cü dünya ölkələri Qərb ölkələri tərəfindən əhəmiyyətli dərəcədə olan tarif və qeyri-tarif məhdudiyyətləri nəticəsində özlərinin sənaye məhsullarının eksportu sahəsində ciddi çətinliklərlə üzləşdilər. 1980-1990-cı illərdə inkişaf etməkdə olan ölkələr xarici borcları müntəzəm surətdə artdı.1982-1983-cü illərdə kəskin borc böhranı Venesuela, Meksika, Ekvador, İndoneziyanı faktiki olaraq müflisləşdirdi.Beləliklə, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti xroniki borclular olaraq qaldılar. Onların borc məbləği ildən-ilə artmaqdadır.
Zəif inkişaf etmiş ölkələrin dünya təsərrüfatında rolu. İqtisadi inkişafda başlıca dəyişiklik “inkişaf etmiş ölkələr-inkişaf etməkdə olan ölkər” sistemində münasibətlərin əvəz olunması xarakteri üzrə yüksəliş tendensiyasıdır (yəni haqqında söz gedən ölkələrdə). İqtisadi inkişafda, müasir dövrdə baş verən dəyişiklik-istehsal prosesinin vahid səviyyədə yüksəlməsi və mütəmadi olaraq onun milli iqtisadi bazaya keçidindən ibarətdir. Öz resursları üzərində nəzarət əvvəliki dövürə nisbətən möhkəmlənir. Zəif inkişaf etmiş ölkələrin iqtisadi inkişafının əhəmiyyətli cisgisi əhali artımının sabit tendensiyasını ötüb keçməsi halı ilə izah olunur. Son onillikdə bu qrup ölkələrin iqtisadi artım spesifikasına mahiyyətcə təsir edən başlıca daxili amil-demoqrafiya amilidir.Bu faktor bazar strukturuna,məşğulluğa,istehsala güclü təsir göstərir.
Texnoloji proseslər,bu qəbildan olan ölkələrdə təsərrüfat yüksəlişi imkanlarını əhəmyyətli dərəcədə genişləndirir.Lakin o, eyni zamanda “periferik” və ümumdunya məhsuldar qüvvələri arasında fərqləri dərinləşdirir,birincisinin sənayeləşdirilməsini çətinləşdirir.Periferiyaların sənayeləşdirilməsi vahid xarakterli olmadığı üçün milli-təsərrüfat komplekslərinin inteqrasiyasına gətirib çıxartmadı. Bundan əlavə, o,sahəvi disproporsiyaları gücləndirdi.İnkişaf etməkdə olan ölkələrin geridə qalması (bəzilərinin)dünya birliyini narahat edir.Belə ki,inkişaf etmiş ölkələr dəbundan əziyyət çəkir.Ona görə ki,zəif inkişaf etmiş ölkələrdə bazarların darlığı eksport imkanlarını azaldır.
“İmportun əvəzlənməsi”konsepsiyası özünü doğrultmadı. Birincisi,importu əvəz edən sahələr üçün bazarlar məhdud xarakter daşıyır.İilkin mərhələdə həyata keçirilən proteksionizm siyasəti ucuz xarici əmtəələr tərəfindən rəqabətin aradan qaldırılmasını təmin etdi.Üçüncüsü,işçi qüvvəsinə xərclər Asiya,Afrika və Latın Amerikasının bir çox ölkələrində nisbətən yüksəkdir.Özü də əmək məhsuldarlığı burada əlahiddə şəkildə aşağıdır.Dördüncüsü,aydın oldu ki,bu qrup ölkələrdən əmtəələrin xarici bazarlara girişi çox ciddi maneələrlə üzləşir,hətta onların əmtəəlıri yüksək rəqabət qabiliyyətli olduqları halda belə,qərb ölkələri bazarlara girişi mühasirəyə alırlar, istənilən yollarla ,”könüllü kvatolama” yolu da daxil olmaqla istədiklərinə nail olurlar.
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr, o cümlədən maşınqayırma, yüngül sənaye kimi məhsul növlərinə proteksionizm (himayədarlıq) baryerləri qoyaraq, Asiya və Afrika ölkələrində istehsal olunmuş və tamamilə rəqabətqabiliyyətli vəziyyətdə olan toxuculuq və ayaqqabı məhsullarına da maneə törətmişlər. Ayrı-ayrı Afrika-Asiya ölkələri xammalın iri istehsalçılarıdırlar. Lakin bu istehsal, bir qayda olaraq, dar ixtisaslaşma ilə xarakterizə olunur. Xammalın yarımfabrikat bazasına qədər emalı hələlik bu ölkələrdə aşağı səviyyədə qalır. Əsas emal sahələri inkişaf etmiş ölkələrin ərazisində yerləşir.
Enerji daşçıyıcıların çatışmaması üzündən zəif inkişaf etmiş ölkələrin eneri importundan asılılığı artır. Həmçinin, bütün həyati əhəmiyyətli məhsullar qrupu üzrə zəif inkişaf etmiş ölkələrin xarici bazardan asılılığı güclənmişdir. Bu ondan irəli gəlir ki, müharibədən sonrakı dövürdə zəif inkişaf etmiş ölkələr özləri xammal və ərzaq qrupu üzrə eksportlu mövqelərini inkişaf etmiş ölkələrə uduzdular. Beləliklə, dünya ticarətində zəif inkişaf etmiş ölkələrin iştirakının aktivləşdirilməsinin əsas, vacib vəzifələri aşağıdakı istiqamətlər üzrə olmalıdır:

    • emal sənayesinin məhsullarının eksportunun payını yüksəltməklə ticarətin strukturunun diversifikasiyası;

    • “Yeni beynəlxalq iqtisadi qaydalar” konsepsiyasında qeyd olunan beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulması üzrə tədbirlərin reallaşdırılmasının intensivləşdirilməsinin həyata keçirilməsi;

    • zəif inkişaf etmiş ölkələrdə istehsalın ərazi strukturunun diversifikasiyası;

    • hər şeydən əvvəl, regional əsaslarla, bu qrup ölkələrin özlərinin arasında olan əlaqələrin səmərələşdirilməsi.

Dünya birliyi BMT-nin fəaliyyət sistemi ilə dünya ticarətində zəif inkişaf etmiş ölkələr üçün daha yaxşı rejimi yaratmaq məqsədilə preferensial(yəni, imtiyazlı, üstun) şəraitin yaradılmasına çalışırlar.



Yüklə 93,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin