70-ci illərdə Birinci dünya ölkələri həmin ölkələrə qarşı əvvəlki beynəlxalq əmək bölgüsünü saxlamaqdan çəkinmişlər. Müstəmləkə şəraitindəki vəziyyəti saxlamaq deyil,iqtisadiyyatın modernləşməsinə, yeniləşdirilməsinə üstünlük vermişlər.
Bu ölkələr öz müstəqil milli iqtisadiyyatlarını qurmaq üçün daha sərfəli iqtisadi əməkdaşlıq etməyə səy göstərirdilər.
Qərb dövlətləri qeyri-iqtisadi təzyiqdən əl çəkdikdən sonra yeni münasibət formalarından istifadə etməyə başlamışlar. Həmin dövlətlərə qarşı müəyyən güzəştlər-imtiyazlar tətbiq etməklə onların ixrac üçün istehsal edən sahələrini öz bazarlarına cəlb edirdilər.
«Rəsmi iqtisadi yardım» göstərmək barədə qərar qəbul ctmişlər.
Bu cür ilk qərar 1950-ci ildə Şri-Lankanın paytaxtı Kolomboda qəbul edilmişdir. Bu qərar «Kolombo planı» adlanır. Böyük Britaniyanm «həmrəylik» ölkələri səviyyəsində keçirilən konfransda qəbul edilmiş proqrama əsasən Asiya və Sakit okean ölkələrinin birgə iqtisadi və sosial inkişafı nəzərdə tutulmuşdur. Həmçinin qərb dövlətlərinin mövqelərinin möhkəmlənməsi, cənub və cənub-şərqi Asiyada milli azadlıq hərəkatının zəiflədilməsi məsələləri də planda nəzərdə tululmuşdur.
1985-ci ildə ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət 6 ölkə kreditor kimi bu planda iştirak etmişlər. İqtisadi köməkliyin ilk mərhələsində siyasi və hərbi strateji prinsipə üstünlük verilirdi.
1970-ci illərdən isə kasıb ölkələrin əsas tələbatlarının ödənilməsi nəzərdə tutulurdu.
80-ci illərdən beynəlxalq borcun tənzimlənməsi, quruluş dəyişikliyi, xüsusi bölmənin və bazar münasibətlərinin inkişafına diqqəti artırdı.
Son illərdə həmin ölkələrə köməklik göstərməklə kasıb adamlann maddi vəziyyəti nisbətən yaxşılaşdırılır.
Belə ki, nisbətən inkişaf etmiş ölkələrdə hər nəfər hesabı ilə edilən yardım 250 dollar təşkil etdiyi halda, yoxsul ölkələr üçün bu yardım orta hesabla 1 dollar həcmində müəyyən edilmişdir. Bu cür hər nəfər hesabı ilə ən çox köməklik göstərilən ölkə İsraildir (1988-ci ildə 280 dollar olmuşdur - miili təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur). Bu barədə ABŞ-ın keçmiş prezidenti C.Kennedi 1961-ci ildə açıq bəyan etmişdir ki,ABŞ köməklik metodu ilə dünyada öz təsirini və nəzarətini saxlaya bilir. Əslində ABŞ iqtisadi məqsədlərə nisbətən siyasi və hərbi məqsədlərə daha çox vəsait ayırır.
İnkişaf etmiş ölkələr Şərqi Avropa və keçmiş Sovet İttifaqı respublikalarına da bu və ya digər formada köməklik göstərirlər.