4)Azərbaycanın Avropanın inkişaf etmiş ölkələri ilə iqtisadi
əlaqələri(Almaniya,İngiltərə,İtaliya)
Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri
2006-cı ilin yanvar-dekabr ayları ərzində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,5 faiz, o cümlədən idxalda 7,67 faiz, ixracda isə 0,1 faiz təşkil etmişdir.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ticarət dövriyyəsinin dinamikası
(ABŞ dolları ilə)
İllər
|
İdxal
|
İxrac
|
Dövriyyə
|
Saldo
|
2005
|
256 325 500
|
34 801 600
|
291 127 100
|
-221 523 900
|
2006
|
403 699 700
|
9 004 700
|
412 704 400
|
-394 695 000
|
Dəyişmə
|
+57,5%
|
-74,1%
|
+41,8%
|
|
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
|
İllər
|
İdxal
|
İxrac
|
Dövriyyə
|
Saldo
|
2006 yanvar-iyun
|
139 132 400
|
5 842 100
|
144 974 500
|
-133 290 300
|
2007 yanvar-iyun
|
192 508 500
|
7 212 800
|
199 721 300
|
-185 295 700
|
Dəyişmə
|
+38,4%
|
+23,5%
|
+37,8%
|
|
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
|
2006-cı ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 412,7 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 403,7 milyon ABŞ dolları, ixracın həcmi isə 9 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu mənfi 394,7 milyon ABŞ dolları olmuşdur.
İdxal (2006)
|
Malların adları
|
min ABŞ dolları
|
Avadanlıq və mexaniki qurğular və onların hissələri
|
96535,9
|
Quru nəqliyyat vasitələri və onların hissələri
|
89261,6
|
Tütün
|
44423,3
|
Qara metallardan məmulatlar
|
35248,3
|
Qara metallar
|
10544,0
|
Digər
|
127686,7
|
Cəmi:__403699,7__Mənbə'>Cəmi:
|
403699,7
|
Mənbə: AR Dövlət Statistika Komitəsi
| 2005-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsi 41,8 faiz, o cümlədən idxal 57,5 faiz artmış, ixrac isə 74,1 faiz azalmışdır.
2006-cı ilin yanvar-dekabr ayları ərzində idxalın 23,9 faizini avadanlıq və mexaniki qurğular və onların hissələri, 22,1 faizini quru nəqliyyat vasitələri və onların hissələri, 11 faizini tütün, 8,7 faizini qara metallardan məmulatlar, 2,6 faizini qara metallar, 31,6 faizini isə digər məhsullar təşkil etmişdir.
İxrac (2006)
|
Malların adları
|
min ABŞ dolları
|
Qabığı təmizlənmiş meşə fındığı
|
6453,4
|
Qoz-fındıq və bitkilərin emalı məhsulları
|
1623,6
|
Digər
|
927,7
|
Cəmi:
|
9004,7
|
Mənbə: AR Dövlət Statistika Komitəsi
|
2006-cı ilin yanvar-dekabr ayları ərzində ixracın 71,7 faizini qabığı təmizlənmiş meşə fındığı, 18 faizini qoz-fındıq və bitkilərin emalı məhsulları, 10,3 faizini isə digər məhsullar təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.
Azərbaycanın İngiltərə ilə iqtisadi əlaqələri
2006-cı ilin yanvar-dekabr ayları ərzində Birləşmiş Krallığın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,9 faiz, o cümlədən idxalda 8,62 faiz, ixracda isə 0,1 faiz təşkil etmişdir.
2006-cı ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 459,3 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 453,7 milyon ABŞ dolları, ixracın həcmi isə 5,6 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu mənfi 448,1 milyon ABŞ dolları olmuşdur.
2005-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsi 17,9 faiz, o cümlədən idxal 17,9 faiz, ixrac isə 24,4 faiz artmışdır.
2006-cı ilin yanvar-dekabr ayları ərzində idxalın 56.5 faizini avadanlıq və mexaniki qurğular, onların hissələri, 15.1 faizini qara metallardan məmulatlar, 11, 9 faizini elektrik maşınları və avadanlıqları, aparatura və onların hissələri, 16,5 faizini isə digər məhsullar təşkil etmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura vasitələri mal qrupu üzrə ümumi idxalının 20 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının payına düşür.
Dostları ilə paylaş: |