Məhərrəmov Pərviz - Kitabxana fondlarının idarə olunması və inkişafı
Kitabxana fondlarının bir sistem kimi öyrənilməsi "Kitabxana - elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.
Kitabxanaların qarşısında duran məqsədlər əsasən bir-biri ilə bağlı olan üç vəzifənin yerinə yetirilməsini tələb edirdi. Bu üç vəzifəni yerinə yetirmədən kitabxananı bəşəriyyətin inkişafına xidmət edən müəssisəyə çevirmək, elmi biliklərin toplandığı mərkəz və tərbiyə məktəbi səviyyəsinə yüksəltmək mümkün olmazdı. Bu vəzifələr aşağıdakılardır
1. İnformasiya daşıyıcılarını əldə etmək;
2. Kitabxana fondlarını yaratmaq və qaydaya salmaq;
İnformasiya cəmiyyəti şəraitində respublikamızda mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi kitabxana-informasiya fəaliyyətinin inkişafı naminə ciddi dövlət siyasəti aparılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət nəticəsində ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin möhkəm hüquqi bazası formalaşdırılmış, sahənin kompleks inkişafını özündə ehtiva edən ümumdövlət sənədləri qəbul edilmişdir. “Azərbaycan Respublikasının Kitabxana işi haqqında Qanunu”nda deyilir: “Kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsidir”. Soraq-biblioqrafik nəşrlər fondu da kitabxananın soraq-biblioqrafiya aparatının əsas və direktiv xarakterli materialları, məlumat nəşrlərini, biblioqrafik vəsaitləri və ödənilmiş arayışlar fondunu özündə əks etdirən hissəsidir. Soraq-biblioqrafik nəşrlər fondunun məzmunu kitabxananın tipindən, profilindən, oxucu kontingentindən, onların sorğularından, eləcə də kitabxanaçıların və özlərinin professional tələbatlarından asılıdır(13). Soraq-biblioqrafik nəşrlər fondu kitabxananın bir hissəsi olub, özündə əsas-direktiv xarakterli materialları, məlumat ədəbiyyatlarını, biblioqrafik vəsaitləri, ödənilmiş arayışlar fondunu əhatə edir. Fondun tərkibi, məzmunu kitabxananın tipindən, oxucu qrupundan, işin profilindən asılıdır. Soraqbiblioqrafik nəşrlər fonduna daxil olan sənədlər 4 qrupa ayrılır: 1. Direktiv xarakterli materiallar, ümumiləşmiş elmi əsərlər, dərsliklər, rəsmi sənədlər; 2. Məlumat nəşrləri, lüğətlər, ensiklopediyalar, təqvimlər və s.; 3. Biblioqrafik vəsaitlər, biblioqrafiyanın biblioqrafiyasına aid nəşrlər; 4. Ödənilmiş arayışlar fondu. Müxtəlif məzmuna və istiqamətə malik biblioqrafik vəsaitlər hər hansı kitabxananın soraq-biblioqrafik nəşrlər fondunda mühüm yer tutub, biblioqrafik axtarışın, oxuculara biblioqrafik informasiyavermə və soraqbiblioqrafiya xidmətinin əsas vasitəsi hesab olunur. Soraq-biblioqrafik nəşrlər fondunun özəyini ümumi biblioqrafiya mənbələri tutur ki, bunlar da özlüyündə cari və retrospektiv olmaqla iki qrupa ayrılır. Funksional təyinatına və informasiyanın xarakterinə görə soraq nəşrləri üç altnövə ayrılır: ensiklopedik nəşrlər, lüğətlər, soraqçalar (cправочники). Ensiklopedik nəşrlərə ensiklopediyalar və ensiklopedik lüğətlər daxildir. Ensiklopediyalar müxtəlif məsələlərə dair həcmi etibarilə nisbətən geniş olan məqalələr toplusundan ibarət olan nəşrlərdir. Ensiklopedik lüğətlər isə əsasən yığcam, məlumat xarakterli məqalələrdən ibarətdir. Burada ensıklopediyalarda digər məqalələrə isnadlar olmur. Hər iki növ nəşrdə məqalələr əlifba düzülüşündə verilir. Ensiklopediyaların məqsəd istiqaməti məsələnin, predmetin, obyektin və s. mahiyyətini ümumi şəkildə izah etməkdən ibarətdir. Onlar bircildli və çoxcildli olur. Daxil edilən məlumatın əhatə dairəsindən asılı olaraq ensiklopediyaların aşağıdakı növləri vardır: 1) Universal (ümumi) ensiklopediyalar (Məsələn, Azərbaycan Ensiklopediyası); 2) Xüsusi (sahəvi) ensiklopediyalar (Məsələn, İqtisadiyyat Ensiklopediyası). 3) Regional (universal və ya sahəvi olmaqla ) ensiklopediyalar (Məsələn, Asiya, Latın Amerikası və s. ensiklopediyalar).