SəRBƏst iŞ İxtisas: Kitabxanaçılıq və informasiya fəaliyyəti


Kitabxana fondlarının prinsipləri



Yüklə 184,99 Kb.
səhifə2/3
tarix02.12.2022
ölçüsü184,99 Kb.
#120342
1   2   3
Məhərrəmov Pərviz - Kitabxana fondlarının idarə olunması və inkişafı

Kitabxana fondlarının prinsipləri
Kitabxana işinin strukturuna daxil olan əsas elementlərdən biri də kitabxana fondudur. Kitabxana fondunun yaranması bəşəriyyət tarixinin çox qədim dövrlərində baş vermişdir. Əvvəlcə kitabxana fondları yaranmış, bunlar zaman keçdikcə kitabxanalara çevrilmişlər. «Kitabxana» məfhumunun meydana çıxması da fondların yaranması ilə bağlı olmuşdur. «Kitab toplanan yer, kitab saxlayıcıları, kitab evləri» adlandırılan ilk kitab topluları sonralar yeni keyfiyyətlər kəsb etməklə kitabxanalara çevrilmişlər. «Kitabxana» sözünün hərfi mənası «kitab saxlanılan yer» deməkdir. Əvvəllər kitabxana fondunu kitabxanalarla eyniləşdirirdilər. Son dövrlərdə aparılan araşdırmalar, kitabxana işi təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məlum oldu ki, bunlar başqa-başqa anlayışlardır. Kitabxana bir çox komponentləri özündə birləşdirən sosial institutdur. Kitabxana fondu isə onun ayrılmaz və əsas tərkib hissəsidir. Fond kitabxananın əsasıdır, onsuz kitabxana yoxdur və ola bilməz. Kitabxana fondu milli və bəşəri sərvətdir. Məhz buna görədir ki, bu sərvətin toplanması, sistemləşdirilməsi, qorunub saxlanılması, böyük ümumxalq, ümumdövlət əhəmiyyətli bir işdir. Hər bir ölkənin kitabxana fondu o ölkənin təhsilinin, mədəniyyətinin, elminin, iqtisadiyyatının, milli mənəviyyatının qızıl fondudur. Məhz buna görədir ki, kitabxana fondları dövlət mülkiyyəti kimi qorunur. Ölkənin milli sərvəti olan respublika kitabxanalarının fondları böyük maddi və mədəni qiymətə malik olmaqla, əhalinin mədəni inkişafının əsas göstəricisidir. «Fond» latın sözü olub, hərfi mənası «alt, torpaq, bünövrə» deməkdir. Kitabxanaşünaslıqda «fond» termini XX əsrin 20-ci illərindən işlənilməyə başlanmışdır. «Kitabsaxlayıcı» termini uzun və mürəkkəb bir yol keçmiş, daha anlaşıqlı və elmi bir termin olan fond termini ilə əvəz edilmişdir. «Fond» termininin meydana gəlməsi, qısa zaman içərisində beynəlxalq bir istilaha çevrilməsi onun mahiyyətinin dəyişməsinə də mühüm təsir göstərməyə başladı. Zaman keçdikcə belə bir elmi fikir formalaşmağa başladı ki, heç də hər cür kitab toplusu, kitab saxlanılan yer kitabxana fondu adlandırıla bilməz. Kitabxana fondu onu yaradan, formalaşdıran kitabxanaların qarşısında duran məqsəd və vəzifələrə, kitabxananın oxucularının tələb və sorğularına, həmçinin onu yaradan cəmiyyətin mədəni, elmi, mənəvi və iqtisadi inkişafına kömək edə bilən, insanların intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən bir toplu olmalıdır. Kitabxana fondu cəmiyyətin tələbatına, kitabxananın qarşısında duran vəzifələrə müvafiq planlı surətdə komplektləşən, təkmilləşdirilən elmi əsaslarla sistemləşdirilən canlı orqanizmdir. O, daim yeniləşməli, oxucuların tələbatını ödəmək üçün dinamik olmalıdır. Beləliklə, kitabxana fondu çap əsərlərinin və digər sənədlərin kitabxananın tipinə, profilinə və vəzifələrinə uyğun olaraq, oxucuların istifadəsi üçün sistemləşdirilmiş qaydada seçilmiş toplusudur. «Kitabxana fondları univer- sal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər. Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir». 6 Kitabxana fondlarında çap əsərləri və digər sənədlər öz elmi, mədəni və mənəvi əhəmiyyətini itirənə qədər, uzun bir dövr üçün qorunub saxlandığından böyük mədəni əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, respublikamızda kitabxana fondları xalqımızın milli sərvəti və dövlət mülkiyyəti hesab edilir, dövlət qanunlarına uyğun olaraq qorunur.


Yüklə 184,99 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin