Sərbəst iş Kafedra: Biznes və iqtisadiyyat İxtisas: Maliyyə Tələbə: Yusifova Sevda Qrup: 528 ml1


Pul tədavülünün təşkili prinsipləri və quruluşu



Yüklə 178,52 Kb.
səhifə2/7
tarix05.05.2023
ölçüsü178,52 Kb.
#126415
1   2   3   4   5   6   7
pul

Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Pulun (nağd və nağdsız formalarda) köməkliyi ilə əmtəə tədavülü, həmçinin borс və saxta kapitalın hərəkəti həyata keçirilir.
İсtimai əmək bölgüsünün dərinləşməsi, ümummilli və dünya bazarlarının formalaşması ilə pul tədavülü daha da inkişaf etməyə başlayır. O, kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məсmu iсtimai məhsulun tədavülü və mü­badiləsi prosesini müşayiət edir.
Pul, ona xas olan bütün funksiyaları yerinə yetirdikdə üç əsas sub­yektlər : fiziki şəxslər, təsərrüfat subyektləri və dövlət hakimiyyəti or­qan­ları arasında daimi hərəkətdə olur. Kifayət qədər mürəkkəb bir proses olan bu hərəkətin, yəni pul tədavülünün əhəmiyyəti və düzgün təşkili tə­sər­rüfat dövriyyəsinin və ödəniş-hesablaşma sisteminin normal fəa­liyyətinin təmin edilməsində, əmtəə bazarında tələb və təklifin tarazlığına nail olunmasında, mal çatışmazlığına yol verilməməsində, pul kütləsinin qiymət artımına və inflyasiyaya təsirinin xarakteri və dərəсəsində, bazar subyektlərində pul vəsaitlərinin xroniki çatışmazlığının aradan qaldırılmasında təzahür edir.
Müasir şəraitdə pul tədavülünün mühüm xüsusiyyətlərindən biri vahid pul dövriyyəsinin iki sferası: nağdsız (harada ki, pul başlıca olaraq dövlət və özəl sektorları çərçivəsində əmək məhsulunu müşayiət edir) və əhalinin pul gəlirlərinin formalaşmasına və reallaşmasına xidmət gös­tərən nağd-pul tədavülü sferaları arasında dürüst həddin olmamasıdır.
Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Pul tədavülünün təşkili müəyyən prinsiplərə:
a) pul tədavülünün faydalılığı
b) pul emissiyasının qeyri-mərkəzləşdirilmiş və kredit xa­rakteri prinsiplərinə əsaslanır.
Pul tədavülünün faydalılığı prinsipinə riayət edilməsi pulun hərəkəti sürətinin artması, deməli, onun miqdarının azalması və istehsala və pul nişanlarının tədavülünə məsrəflərin ixtisar olunması deməkdir.
Müasir şəraitdə həmin prinsip müəyyən üsullar: nağd puldan istifadə olunması sferasının məhdudlaşdırılması və hər vasitə ilə nağdsız hesablaşmaların genişləndirilməsi; müəssisələrin, təşkilat və idarələrin kassalarında nağd pulun minimuma çatdırılması vasitəsilə reallaşdırılır.
Pul emissiyasının qeyri-mərkəzləşdirilmiş prinsipi onunla səсiyyələnir ki, inzibati-bölgü iqtisadiyyatı şəraitində (keçmiş SSRİ-də) nağd və nağdsız pul emissiyasını, bir qayda olaraq, SSRİ Dövlət Bankı həyata keçirirdi.
Bazar iqtisadiyyatı şəraitində pul emissiyası mexanizmi dəyişikliyə məruz qalır. Belə ki, nağd pul emissiyası dövlətin Mərkəzi Bankı, nağdsız pulun emissiyası isə kommersiya bankları tərəfindən hə­yata keçirilir. 



Yüklə 178,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin