Sərbəst iş Kafedra: Biznes və iqtisadiyyat İxtisas: Maliyyə Tələbə: Yusifova Sevda Qrup: 528 ml1


Pul tədavülünün təşkili prinsipləri və quruluşu



Yüklə 178,52 Kb.
səhifə5/7
tarix05.05.2023
ölçüsü178,52 Kb.
#126415
1   2   3   4   5   6   7
pul

Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Keçmiş SSRİ-də 1961-1991-ci illərdə tədavülə 1 manat, 3 manat və 5 manat no­minal dəyərində xəzinə biletləri buraxılırdı. 1993-cü ildə Rusiya Fe­dera­siyasında həyata keçirilmiş pul islahatı gedişində pul tədavülündən xəzinə biletləri geri götürüldü.
Baxmayaraq ki, nağd pul dövriyyəsi istər bazar iqtisadiyyatına keçən, istərsə də sivil və digər ölkələrdə az bir hissəni təşkil edir, bununla belə o, böyük əhəmiyyətə malikdir. Məhz bu dövriyyə əhalinin pul gəlirləri və xərсlərinin böyük hissəsinə xidmət edir, nağd pulun təkrarlanan dövranını formalaşdırır.
Pulun ikinci növü bank hesablarında pul vəsaitlərinin əsas kütləsini təşkil edən nağdsız pullardır. Həmin pulları da nağdsız hesablaşmanın depozit və ya kredit pulları adlandırırlar.
Onlar topdansatış mal döv­riy­yəsinə, həmçinin müəssisələr, korporasiyalar və banklar arasında ödəniş-hesablaşma əməliyyatlarına xidmət edirlər. 
Madam ki, topdansatış mal dövriyyəsi pərakəndə dövriyyəni 3-3,5 dəfə üstələyir, onda depozit pullar tədavüldə ümumi pul kütləsində üstün yerə malik olurlar.
Tədiyyə hesablaşma münasibətlərinin təkmilləşdirilməsi ilə pul tədavülünün nağd və nağdsız sferaları arasındakı nisbət də müəyyən dəyişikliklərə məruz qalır.
XIX əsrlərin axırlarına qədər pul tədavülü sferasında nağd pul ödənişləri üstünlük təşkil edirdi.

Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Müasir təsər­rü­fat­çılıq şəraitində pul dövriyyəsində nağd pulun xüsusi çəkisi, xüsusilə də sə­nayecə inkişaf etmiş ölkələrdə, çox da böyük deyil, belə ki, məsələn, bu tutum ABŞ-da 8%-ə yaxını təşkil edir.
Bank praktikasına kompyuter texnikasının və rabitə vasitələrinin daha yeni növlərinin tətbiqi nağd puldan istifadənin ixtisarı ilə müşayiət olunur.
Nağdsız pul tədavülü, nağd puldan istifadə etmədən, kredit ida­rələrində açılmış hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə həyata keçirilən hesab­laş­malardan ibarətdir.
Pul dövriyyəsinin böyük hissəsini müəssisələrin reallaşdırılan mallara və göstərilən xidmətlərə görə ödənişləri təşkil edir, hansılar ki, nağdsız yolla – çeklərin, veksellərin, kredit kartlarının və başqa kredit alətlərinin köməkliyi ilə həyata keçirilir.
Nağdsız ödənişlər, həmçinin əha­linin pul gəlir və xərсlərinin bir hissəsini müşayiət edir. İstənilən ölkədə nağdsız hesablaşmaların yüksək səviyyəsi bütöv pul dövriyyəsinin düz­gün, mükəmməl təşkilindən xəbər verir.
Nağdsız pul hesab­laş­malarından istifadə etməklə onların düzgün təşkili və inkişafı tədavül xərс­lərinə qənaət etməyə şərait yaradır və dövlətə makroiqtisadi pro­sesləri tənzimləməyə imkan verir.


Yüklə 178,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin