Marketinq-menecmentin səmərəliliyinin idarə edilməsi
Marketinq-menecmentin səmərəliliyinin idarə edilməsi həyata keçirilmədən biliklərin idarə edilməsi və marketinq aksiyalarının icrası ilə əlaqədar xərclər lazımi səmərə verməyə də bilər. Bunun üçün səmərəlilik göstəriciləri sisteminin formalaşdırılması kifayət deyil, bazar strategiyası və proqramların reallaşdırılması prosesində səmərəliliyin dəyişilməsini daimi izləmək və vaxtında lazımi düzəlişlər etmək tələb olunur.
İstehsal-təsərrufat sisteminin inkişafının son nəticəyə istiqamətləşdirilməsi ilə əlaqədar, məqsədlərin yekun nəticələrə əsaslanaraq ifadə edilməsi və qarşılıqlı uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. Məqsədin ifadəsində səhvlər daha təsirli olur (bəzi hesablamalara görə idarəetmədə 90%-dək səhvlər məqsədlərin ifadəsində əmələ gəlir). Bəzi hallarda ara məqsədlər əsaslarını əvəz edirlər. Bəzən ara məqsədlər əsas məqsəd mənası qəbul edir və əsas məqsədin itməsi baş verir. Lakin əsas məqsədə olan diqqətin şişirdilməsi, keyfiyyətindən və yerinə yetirilməsi müddətindən asılı olan ara məqsədlərə olan diqqəti azaldır.
İstehsal sisteminin ümumi məqsədinin (vəzifəsinin) qiymətləndirilməsi üçün aşağıdakı göstərici cədvəlindən istifadə olunur:
Cədvəl 2.
İstehsal sisteminin ümumi məqsədinin (vəzifəsinin) qiymətləndirilməsi üçün göstəricilər
|
məqsədə nail olmaq səviyyəsi (yekun nəticənin – satış həcminin məqsəd ölçüsünə nisbəti)
|
profilinə aid olan məhsulun bazar payı;
|
tələbatın ödənilməsi səviyyəsi (yekun nəticənin tələbatın ölçüsünə nisbəti)
|
rəqabət üstünlüklərinin davamlığı (mütərəqqi olması, reytinq);
|
potensial tələbatın ölçüsü (marketinq xidməti ilə proqnozlaşdırılan, təmin olunmayan və yeni tələbat)
|
potensial inkişaf imkanları (ehtiyatlara potensial tələbat)
|
İnkişafın sabitliyi məqsədə çatmaq (yaxud çatmamaq) səviyəsi, təmin olunmayan və potensial tələbatın ölçüsünün müəyyən olunması ilə qiymətləndirilir. İsehsal-təsərrüfat sistemində bilavasitə istehsalatdan başqa innovasiya, marketinq, maliyyə, sosial fəaliyyət mövcuddur və onların səmərəliliyi funksional məqsədlər səviyyəsinə çatmaqla təyin olunur. İnnovasiyanın nəticəsi – yeniliklərin miqyasıdır; maliyyə nəticəsi – mənfəətin miqdarı yaxud dinamikasıdır; sosial nəticə – işçilərin həyat səviyyəsi və onun dinamikasıdır; marketinq nəticəsi – yeni bazarda pay yaxud mövcud payin genişləndirilməsidir.
Dostları ilə paylaş: |