VI prinsip. Müşahidə olunmuş hadisənin baş vermə səbəblərindən hər biri ehtimal olunmaqdan daha çox, xüsusən də, ona görə doğruyaoxşardır ki, bu səbəb mövcud olduqda hadisə baş verəcəkdir; bu səbəblərdən hər hansı birinin mövcud olması ehtimalı, aydındır ki, surəti – bu səbəbdən baş verən hadisənin ehtimalı olan, məxrəci isə bütün səbəblərə aid olan oxşar ehtimalların cəmi olan kəsrə bərabərdir: əgər bu müxtəlif, a priori baxılan səbəblər eyni ehtimallı deyildirlərsə, onda hər bir səbəbin doğurduğu hadisənin ehtimalı əvəzinə, bu ehtimalın, səbəbin özünün ehtimalına hasili götürülməlidir. Bu, təsadüfiliklər analizinin hadisələrdən səbəblərə keçidlə məşğul olan sahəsinin əsas prinsipidir.
Bu prinsip düzgün hadisələrin nəyə görə xüsusi səbəblə əlaqədar olmasını izah edir. Bəzi filosoflar fərz edirdilər ki, bu hadisələr digərlərindən daha az ehtimallıdırlar və xaç və şəbəkə oyununda, məs., xaçın ardıcıl olaraq iyirmi dəfə düşməsi birləşməsi daha az təbiidir, nəinki xaç və şəbəkənin düzgün qarışdırılmadıqları birləşmələrdən. Lakin belə nöqteyi-nəzər fərz edir ki, keçmiş hadisələr gələcək hadisələrin mümkünlüyünə təsir edir, bu isə qətiyyən mümkün deyildir. Düzgün hallara yalnız ona görə az-az təsadüf olunur ki, onlar çoxsaylılardan daha azdır.
VII prinsip. Gələcək hadisənin ehtimalı – müşahidə olunmuş hadisədən çıxarılmış hər bir səbəbin ehtimalının, bu səbəb olduqda, gələcək hadisənin baş verməsi ehtimalına hasillərinin cəmidir. Aşağıdakı misalda bu prinsip aydın olur.
İçərisində yalnız iki – ağ və ya qara kürəcik olan urn olduğunu fərz edirik. Bu kürəciklərdən biri çıxarılır, sonra o, yenidən urna qaytarılır ki, yeni tiraj başlansın. Fərz edirik ki, ilk iki tirajda ağ kürəciklər çıxmışdır, belə sual qoyulur: üçüncü tirajda ağ kürəciyin çıxması ehtimalı nəyə bərabərdir.
Dostları ilə paylaş: |