Daş üstündə əyləşən qoca
Çəliyini göyə tutub
Tanrıdan yağmur istəyir.
Buludları hardasa gizlətmişdi tanrı.
Axı bir zamanlar
Daşlarla tanrının arasında
Böyük bir müharibə gedirdi.
Min illər daşlar
Tanrıya qalib gəlmişdi.
Tanrı daşların acığına
Yağdırmadı buludlarını...
Görəsən daşlar
Yenə ayağa qalxacaqlarmı?!!(30.s.34).
Doğrudan da, insanın içindən istər-istəməz belə bir sual keçir və cavabını almaq istəyirsən: - Görəsən daşlar yenə ayağa qalxacaqlarmı?! Və daşların qalibiyyəti bağrı çatlamış tor-paqlara məlhəm yağışı yağdıracaqmı?! Xalq azadlıq nəğməsini bir daha oxuya biləcəkmi?!
Qəribədir, bu məqamda Türkan Urmulunun Sizlərə-çox dəyərli oxucuların qulluğuna sunduğum “Hələ də ən sevdiyim” şeirini oxuduqdan, gənc bir yazar qızın misraların arasın-dan boy verən böyük Azərbaycan sevgisinə, öləsiyə Ana dili sevdasına tanıq olduqdan sonra, bir daha əmin oldum ki, əlbəttə, bu xalq azadlıq nəğməsini bir daha, özü də əbədi olaraq oxuya biləcəkdir!
Dostları ilə paylaş: |