Hələ də ən sevdiyim
yağışdır baharlarda anımsayıram
sənlə hülü ağaclarının çiçəklərinə
qonaq gedəcəkdik Urmuda!
Nəysə...
Sevirəm hələ də gecəni
Gecələrdə Şam yandırmağı
Yatmadan öncə Aya baxmağı
Göy buludlu deyilsə təbii!!!
Eynidir ürəyim, Dəyişən bir şey yox.
Xəyanətdən ortasında bir ox dışında
Gələn,GedənYox...
Hələ də tapıram
O odlu dumanlı, Başı bəlalı
YURDUMA adın deyim
Adına qurban AZƏRBAYCANa
Hələ də ölürəm mən Anama
Anamın əllərınə, gözlərinə, qucağına.
Sevirən hələ də sənə “səni sevirəm!” deyən dilimə
həyə ... həyə ...
mən ölürəm öz dilimə, özümə, özlüyümə...
hən, eyniyəm mən, özüməm, buraxdığın kimi!
heç dəyişməmişəm, dəliydim yalnız
zır dəliyə dönmüşəm!
Göründüyü kimi, ədəbiyyatın ictimai mahiyyətini və özünü dərketmə olduğunu anlayan insanlar həmişə çalışmışlar ki, sənətkarlar cəmiyyətin arzu və istəklərinə ehtiram göstərsin və bu istəklərin gerçəkləşməsində bilavasitə iştirak etsinlər. Ədəbiyyat nəzəriyyəçisi Jan Pol Sartr bu tendensiyanı belə dəyərləndirir və: “Gün gələcək ki, qələm susmaq məcburiyyətində qalacaq və o zaman yazıçı silah götürməlidir... Yazmaq bir növ azadlıq istəyidir. Bu işə girişmisinizsə, istər-istəməz bağlanacaq və onunla məşğul olacaqsınız”, - deyirdi. Deməli, yazıçı, yaxud şair əsərinin dəyərini onun əbədiyaşar-lılığının, uzun ömürlü olmasının sirrini cəmiyyətə hörmət etməkdə, ictimai məsələləri bəyan etməkdə və sonucunu gözləməkdə görür, hətta lazım gəldiyindən də artıq dərəcədə bu məsələlərlə uğraşır. Son nəticədə cəmiyyət ona dəyər verir və bəzi hallarda, hətta öz sənətkarını inadla müdafiəyə də qalxır. Odur ki, Güney Azərbaycanın yazarları böyük Vətənin Cənub parçasında xalqın milli haqq və hüquqları, milli kimlik, milli dövlətçilik uğrunda mücadiləsi və bu mücadilənin ədəbi-bədii müstəvidə əks etdirilməsi prosesi bu gün də davam etməkdədir.
Sözardı: Lap bu günlərdə Təbrizdə doğulub böyümüş söz adamı, mənim də çox təqdir elədiyim yöndə-klassika ilə çağdaşlığı bir ortama gətirərək maraqlı əsərlər yazan Qulamrza İbrahim oğlu Danişvər Azəryarla görüşdüm, ağrı-acılarla dolu həyat hekayəsini dinlədim və yaradıcılığı ilə tanış oldum. Azəryar gözəl səsi və qüsursuz diksiya ilə şeirlərindən nümunələr oxudu... Onu dinləyir və düşünürdüm: Bir xalqın elinin əsir alınması, dilinin yasaqlanması onun ən böyük sağalmaz yarasıdı... Və o xalq nə qədər ki, öz bağımsızlığına qovuşmayıb, dili yasaqlardan qurtulmayıb, onun Azəryar kimi şairləri hələ çox yaranacaq, “Lalam mən” kimi şeirlər yazacaq, doğal haqq və hüquqları uğrunda mübarizə aparacaqdır:
Yenə payız şəhərimə çəkdi rəng,
Dostları ilə paylaş: |