Sevilməyi düşünmə, sevməyi öyrən


Çəkirəm çiynimdə dəcəl dünyanı



Yüklə 259,07 Kb.
səhifə40/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   36   37   38   39   40   41   42   43   ...   64
Çəkirəm çiynimdə dəcəl dünyanı

Köləcəsinə.

Sevirəm ancaq

Sevirəm həyatı, dəlicəsinə.

Mən şeir yazıram.

Və yaxud


Təpəmdən dırnağıma

Qurşun bağladım şeiri hər yerimə.

Hər bir misra bir yara

Bağladım hər yerimə.

Çarpazlama çarpazlama.

Qurşunlar yaralayırdı

Yaralarım qurşun kimi öldürürdü.

Şeirlər qan qiymətinə aldılar ürəyimi

Hər nöqtəmdə

Bir dil, bir anlam bayrağını sancdılar.

Və bu

Mənim

Taleyimlə bağlı bir faciyəydi...(21)

Çalın-çarpaz qurşunlanmaqdır, qan-qada, ölüb-öldürməkdir şeir yazmaq həm də... Və şeir həm də taledir, faciəli, nakam, yainki xoşbəxt olsun-fərqi yoxdur şeir onu yazan şairin taleyidir... Nə yazıq ki, bu gün təkcə Kiyan Xiyav üçün deyil, Güney Azərbaycan xalqının yetirdiyi çağdaş şairlərin əksəriyyəti üçün hələlik şeir yazmaq “ürəyi qan qiymətinə almaq, hər nöqtəsinə bir dil, bir anlam bayrağını sancmaq”dır... Güneyli şair üçün şeir “çörək ağacı deyil, çörəkdir (M.Əzizpur)”, yəni, mübaliğəsiz-filansız həyat deməkdir və o, şeir yazmasa, yaşaya bilməz həqiqəti...



Ümumiyyətlə bu gün Güney Azərbaycan xalqının azadlıq ideyalarının ger­çək­ləşməsini, “cəhənnəm və zindan”dan qurtulmasını əngəlləyən səbəblər şairləri daha çox düşündürür. Bu səbəblərin mayasında biganəlik, laqeydlik kimi çox qorxulu bir azarın - “epidemiya”nın da durduğunu birbaşa deyil, dolayısı ilə oxucunun diqqətinə çatdırırlar. Ərgin “Donuq heykəl” şeirində xalqı manqurtluğa, unut­qan­­lığa və nəticədə özgələşməyə sürükləyən biganəliyə qarşı etiraz duyğularını şaxtanın qurudub heykələ çevirdiyi və satmaq üçün soyuqdan göyərmiş incə əllərinin barmaqları ara­sında Yunan ilahələrinə bənzəyən bir cüt büst tutmuş yoxsul bir qızın dili ilə hayqırır. Uzun müddət küçədə dayanan və soyuq əhədini kəsmiş bu qız ruhsuz gözləri ilə başında börk (papaq), ağzında şal qarşısından gəlib-geçən kişiləri, qadın və qızları süzərək acı-acı düşünür:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin