15
yaranmışlarla dərin və qırılmaz tellərlə bağlanmalıdır; onların bütün sirlərini və
ehtiyaclarını bilməlidir, dərd-qəmindən və istəklərindən xəbərdar olmalıdır. O, hər
bir dində mövcud olan - xüsusi şərtlərə riayət olunduqda onları istəklərinə
çatdırmalıdır. Beləliklə, aydın olur ki, dində boyun əymə və tə'zim hissi əslində
varlıq aləminin mənşəyi olan mə'bud kimi pərəstiş və ibadət olunan yenilməz qüvvət
və qüdrət sahibini müqəddəs sayıb ona tə'zim etməkdən ibarətdir. Burada belə bir
sual qarşıya çıxa bilər. Bu qayda-qanunlar bütün ilahi və qeyri-ilahi dinlərə də
aiddirmi?
Mə'lum olduğu kimi, bir çox ibtidai-xurafi dinlərdə daş, ağac, çay, dəniz, ulduz,
quşlar və bu kimi digər şeylər müqəddəs sayılır və insanlar onlara pərəstiş edirdilər.
Amma yuxarıda sadaladığımız xüsusiyyətlərin heç biri onlarda yoxdur.
Bu sualın cavabında demək lazımdır ki, belə ibtidai dinlərin ardıcıllarının
fikirlərini, düşüncə tərzlərini tədqiq etdikdə mə'lum olur ki, bizim “totem” və ya
“büt” adlandırdıqlarımızın heç birinə onlar heç vaxt müstəqil bir rəbb və mə'bud
inancı ilə ibadət etməyiblər. Yə'ni, heç də ibtidai insanlar daş, ağac və s. şeylərə,
onların həyatında və işlərində hansısa bir ehtiyaclarını ödəyə biləcək bir tərzdə əqidə
bəsləməyiblər. Onlar öz səhv e'tiqadlarına görə bütün bunları uca və yenilməz
qüdrətin feyz və rəhmət vasitəsi hesab edirdilər; güman edirlərmiş ki, bu əşyaları
müqəddəsləşdirməklə və onlara tə'zim etməklə həqiqi rəbbi özlərindən razı salar və
yaxud onların vasitəsilə öz hacət və istəklərinə çatarlar. Onlar bu “totem” və
“büt”ləri e'tiqad bəslədikləri həqiqi mə'budun xüsusiyyətlənin təcəllisi kimi
düşünürdülər.
Qur'ani-Kərimdə
bütpərəstlərin
məntiqi
və
onların
bütləri
müqəddəsləşdirmələrinin səbəbi barəsində belə oxuyuruq:
“(Bütpərəstlər) dedilər:
Dostları ilə paylaş: