18
biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq
belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq
üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən
xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz
və qüdrətli bir qüvvə
axtarmağa başlamışlar. Dinə inanan şəxslərin e'tiqadına görə təbiətin
fövqündə olan
bir qüvvəyə malik Allah, yaxud sair mə'budlar insanların məhz kömək və sığınacaq
məqsədilə üz tutaraq sitayiş
etdikləri inanc mənbələridir; mə'lum olur ki,
din və
Allaha etiqad insanın bir çox təbii hadisələr qarşısındakı
acizliyi və dəhşətli
hadisələrdən yaranan qorxusunun nəticəsidir.
Vil Dorant bu barədə deyir:
“Romalı filosof Lukeryetus demişdir: “ - Bizim ilk
qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu
daha çox tə'
sirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə
qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz
Dostları ilə paylaş: