13
cəmiyyət və özü qarşısındakı vəzifələr toplusudur”. Yaxud, - “Din insanların öz
vacib və zəruri vəzifələrini ilahi əmrlərin nəzərə alınması əsasında olduğunu dərk
etmələrinə deyilir.”
Başqa bir tə'rifdə deyilir: “ - Din, həmin ibadətdir. İbadət iki məqulədən, iki
ünsürdən ibarət bir əməldir.”
1. İbadət insan ağlının qəbul və təsdiq etdiyi bir əməldir. İnsan
onun vasitəsilə
yenilməz bir qüvvənin varlığını qəbul edir;
2. İbadət məhəbbətlə yoğrulan içəridən gələn bir əməldir. İnsan onun vasitəsilə
yenilməz bir qüvvənin eşq-məhəbbətinə doğru yüksəlir.
Dinə verilən bütün bu tə'riflərin hamısında müəyyən iradlar və çatışmazlıqlar
tapmaq olar. Tə'rif və izahların
müştərək nöqtəsi budur ki, onların hamısı səmavi
vəhyə, mütləq vücud sahibinin (yə'ni Pərvərdigarın) varlığına inama əsaslanır. Ona
görə də belə tə'rifləri yalnız ilahi dinlərə aid etmək olar. Halbuki, bəşəri əqidələrin
arasında qeyri-İlahi dinlər də mövcuddur. Kor- təbii surətdə yaranaraq təkcə insan
ağlına
əsaslanan, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və
ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə və s. əsaslanan dinlər də vardır. Bunları
nəzərə alsaq, belə dinlər yuxarıdakı tə'rifdən kənarda qalacaq. Halbuki, Qur'an
nöqteyi-nəzərindən bu kimi düzgün olmayan əqidələr də “din” adlandırılmışdır. Ali-
İmran surəsinin 85-ci ayəsində oxuyuruq:
“ - Hər kim İslamdan başqa bir din
Dostları ilə paylaş: