Qəlbi imanın ələ gəlməsinin dördüncü və əsas səbəbi Həzrət Mühəmməd(s) peyğəmbərin əhli-beytinə təvəssül etməkdən ibarətdir. Hər bir şəxs bir iş gördükdə əhli-beytə təvəssül edərsə Allah onu gördüyü işlərdə müvəffəq edər. Lakin əhli-beytə təvəssül etməyən şəxslərin müvəffəqiyyətləri onlardan silinmişdir. Belə şəxslər öz-özlərini təqvalı hesab edirlər. Lakin həqiqətə gəldikdə isə görünür ki, onlarda təqva yoxdur. Çünki təqvanın ələ gəlməsinin əsası və kökü haqqa boyun əymək, yəni əhli-beytə məhəbbət bəsləməkdən ibarətdir.
Bunu da qeyd etmək lazımdır ki, qəlbi imanın ələ gəlməsinin əsas mərhələsi də məhz əhli-beytə təvəssül etməklə tamamlanır. Ən əsası isə budur ki, Allaha yaxın olmağın, təqvanın ələ gəlməsinin və elm öyrənməkdə müvəfəqiyyətə çatmağın yeganə yolu əhli-beytə təvəssül etməkdir. Ümumiyyətlə bu iki məsələ bir-birinə qarşılıqlı olaraq bağlıdır. Yəni insanın təqvası, elmi və sədaqəti olmazsa, əhli-beytə məhəbbəti olmaz. Əgər əhli-beytə təvəssül etməsə onun təqvası və sədaqəti olmaz. Təqva ilə əhli-beyt ikisi də insanın qəlbində bir olmalıdır. Əgər bunların bir olub, o biri olmasa insan heç vaxt səadətə çata bilməyəcək.
Həzrət Peyğəmbər(s) ömrünün son anlarında belə vəsiyyət etdi: Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Qurani-Kərim, o biri isə mənim itrətim olan əhli-beytimdir. Bu iki əmanət qiyamət gününə qədər bir-birindən ayrılmayacaq.”
Həzrət Peyğəmbərin(s) bu vəsiyyəti insanlara Quran, təqva və sədaqətlə əhli-beytin bir-birinin qarşılıqlı bağlı olduğunu bir daha başa salaraq təkid edir ki, insnalar qəlblərində bunların ikisinə yol açsınlar. Əgər insanın təqvası olmasa yəqin məsələdir ki, əhli-beytə də məhəbbəti olmayacaq. Əhli-beytin məhəbbətinin insanın qəlbinə daxil olması üçün gərək həmin şəxsin qəlbi təmiz və pak olsun.
Mərhum Ayətullah Əşrəfi Mazəndəraninin şagirdlərindən biri deyir: «Mən Məşhəd şəhərinə İmam Rza(ə)-ın ziyarətinə gedərkən ustadımın yanına gəldim və bildirdim ki, mən İmam Rza(ə)-ın ziyarətinə gedirəm. Ayətullah Mazəndərani mənə dedi ki, İmama mənim salamımı yetir və o həzrətə de ki, gözünün ucu ilə bizə də bir lütf nəzəri ilə baxsın.
Mən Məşhəd şəhərinə yollandım. Bir neçə gün İmam Rza (ə)-ın hərəmini ziyarət etdikdən sonra Ayətullah Mazəndəraninin salamını və sözünü o Həzrətə dedim. Gecə yatıb yuxuda İmamı gördüm. İmam mənə buyurdu: Əşrəf Mazəndəraniyə mənim salamımı yetir və bu şeri ona oxu:
Ayine şo, cəmale pəritələtan tələb.
Caru bezən xane, sepəs mihiman tələb.1
Saf ol, güzgü kimi pəri camallıları özünə cəlb eylə.
Süpürgə çək evə, təmizlə, sonra qonaq tələb eylə.
Yəni həmişə əməllərin düzgün olmalı və qəlbin bütün çirkinliklərdən pak və təmiz olduqdan sonra bizi çağır.
Mən yuxudan ayıldım və yuxuda gördüklərimi yadımda saxladım. Öz şəhərimə qayıtdıqdan sonra, Ayətullah Mazəndəraninin evinə getdim. Qapını döydüm. Ayətullah Mazəndərani özü qapını açıb, üzümə baxdı və gülümsəyərək İmamın mənə oxuduğu şeri oxudu.
Gərək insanın qəlbi və əməli düzgün və təmiz olsun. Çünki insanın qəlbi təmiz və əməlləri düzgün olarsa, Allah belə xüsusiyyətləri ona inayət edər və imamlara əlaqə və məhəbbəti artar.
Biz yuxarıda qeyd etdik ki, insanın təqvası olmazsa əhli beytə bağlı ola bilməz. Eləcə də əhli-beytə məhəbbəti olmayan şəxsin təqvası və imanı da olmaz. Allah belə insanların ibadət və dualarını qəbul etməz. Çünki bu iki məsələ bir birinə qarşılıqlı olaraq bağlıdır.
Peyğəmbərlərin birinin dövründə möminlərdən bir nəfər Allaha dua edirdi. Lakin duaları nədənsə qəbul olunmurdu. Həmin şəxs Peyğəmbərin yanına gəlib dedi: Ya Peyğəmbər, mən nə qədər dua edirəmsə Allah mənim dualarımı qəbul etmir. Bunun səbəbi nədir? Peyğəmbər Allahla münacat edərkən Allahdan onun duasının qəbul olunmamasının səbəbini soruşdu. Allah-təala buyurdu: Ey Mənim Peyğəmbərim! Mən ona görə onun dualarını qəbul etmirəm ki, o, yer üzərində Mənimlə insanlar arasında təyin etdiyim vasitə və peyğəmbərimə etinasızlıq edir. Hər kim Mənim göndərdiyim vasitələri saymayıb Məndən bir şey diləsə mən onun duasını qəbul etmərəm.
Allah-təala Quranda bu barədə belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
“Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın və Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız.”1
Allah təala bu ayədə möminlərin nicat tapmaları üçün insanlara üç əsas təklif bəyan edir:
-
Təqvalı olmaq.
-
Allaha yaxın olmaq və onun rəhminə qovuşmaq üçün vəsilə seçmək.
-
Allah yolunda cihad etmək (çalışmaq)
Allah insanlarıa nicat yolunu məhz bu üç yolla göstərmişdir.
Allah-təala bu ayədə Ona vasitə ilə yaxın olmağı əmr etmişdir. Vasitənin mənası isə Allaha yaxınlıq vəsiləsi, başqasına rəğbət və əlaqə üzündən yaxınlaşmaq üçün bir səbəbdir.
Quran baxımından təvəssül
Quranın insanla Allah arasında saleh bir insanı vasitə verməsinə nəzəri necədir? Quran təvəssülə necə baxır?
İnsanın Allahla öz arasında vasitə qərar verməsinə Quran ayələri müsbət nəzər verir. Misal üçün bir neçə ayəni qeyd edirəm.
Allah-təala Nisa surəsinin 64-cü ayəsində buyurur:
وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
“Onlar (günahkarlar və münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər(s) də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”
Bu ayə açıq aydın bildirir ki, günahkarlar peyğəmbər(s)-i vasitə bilib Allahdan günahlarının bağışlanmasını diləsəydilər, Allah onların günahlarını bağışlayardı.
Allah-təala Quranda Yusifin(ə) və onun qardaşlarının əhvalatı barədə belə buyurur:
قَالُواْ يَا أَبَانَا مَا لَكَ لاَ تَأْمَنَّا عَلَى يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ
“(Oğlanları Yəquba): Ata! “Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq!” dedilər.
Yəqub dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayan və rəhm edəndir.”1
Quranının bu və bu kimi ayələrindən belə istifadə olunur ki, biz Allaha vəsilə ilə yanaşıb dua edə bilərik. Əgər Allah vəsiləni qadağan etsəydi bunu Quranda qeyd edərdi. Və yaxud Yəqubun oğlanları ona “Allahdan bizim üçün günahlarımızın bağışlanmasını dilə” dedikdə Yəqub onlara deyərdi ki, bu düzgün bir iş deyildir. Lakin Yəqub onların sözlərini qəbul edib onlar üçün Allahdan günahlarının bağışlanmasını dilədi.
Bəziləri elə fikirləşirlər ki, Allaha vəsilə tapmaq şirk hesab olunur. Bu fikir çox yanlış bir fikirdir. Çünki, Allaha vəsilə ilə yaxın olmaq Onun vəhdaniyyətinə şərik qoşmaq deyildir. Bəlkə insan Allahla öz arasında Allahın istəkli və sevimli şəxslərini vasitə və vəsili qərar verməkdir. Allah təala Özü Quranda bütün insanlara vəsilə tapmağı əmr etmişdir. Quranın ayələri barədə olan hədis və rəvayətlərə əsasən insanın Allahla öz arasında qərar verdiyi ən gözəl vəsilə Peyğəmbər(s) və onun əhli-beytidir.
Adəmin tövbəsi
Həzrət Adəmi(ə) Şeytan yoldan çıxardıqdan sonra Adəm öz səhvini başa düşdü ki, öz-özünə zülm etmişdir. O tövbə etmək istədi. Allah-təala da Öz lütf və kəramətilə ona tövbə etməyin qaydasını başa saldı. Allah Adəmin tövbə etməsi barədə belə buyurur:
فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
“(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrədərək (Həvva ilə birlikdə o kəlmələrin vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir.”1
Burada qarşıya belə bir sual çıxır. Görəsən Alla-təala Adəmə(ə) hansı kəlmələri öyrətdi ki, Adəm o kəlmələrin vasitəsilə tövbə etdi?
Bu sualın qarşısında iki cavab vermək olar. Birinci cavab budur ki, Allahın Adəm(ə)-a öyrətdiyi kəlmələr “Əraf” surəsinin 23-cü ayəsi idi.
قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
“Ey Rəbbimiz! Biz özmüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!”
İkinci cavabı isə bir çox hədis və rəvayətlərə əsasən Allah-təala Adəmin tövbəsini qəbul etmək üçün ona beş nəfərin adını və onlara təvəssül etməyin qaydasını öyrətdi. O beş nəfər Mühəmməd(s), Əli(ə), Fatimə(s.ə), Həsən(ə) və Hüseyn(ə) dan ibarət idi.
Adəm bu beş nəfərə təvəssül edərək Allahdan bağışlanmasını dilədi və Allah onun tövbəsini qəbul etdi.
Ümumiyyətlə Peyğəmbər(s) və onun əhli-beytinə istər onların sağlığında, istərsə də onların vəfatından sonra təvəssül etmək olar və Allah onlara təvəssül edənlərin istək və dualarını mütləq qəbul edər.
Böyük sünni alimlərindən biri olan Səmhudi “Vəfaül-vəfa adlı kitabında bu barədə belə yazır. “Peyğəmbərin(s) vasitəsilə Allahdan şəfa diləmək həm xilqətdən öncə, həm o həzrətin sağlığında, həm vəfatından sonra, həmbərzəx aləmində, həm də Qiyamət günündə icazə verilmişdir.”
Səmhudi əlavə edərək Ömər ibn Xəttabdan Adəmin tövbəsi barədə belə bir rəvayət nəql edir. Adəm tövbə edərək Həzrət Peyğəmbər(s)-ə təvəssül edərək dedi: “Ey mənim Rəbbim Sənə and verirəm Mühəmməd(s)-ə mənim günahlarımı bağışla.”1
Yusif peyğəmbərin quyudan nicat tapması da Məhəmməd(s)-ə və onun Əhli-beytinə qəlbində bəslədiyi böyük məhəbbəti sayəsində və onları vasitə hesab etməklə mümkün olmuşdur. Qardaşları Yusif(ə)-ı quyuya atıb getdikdən sonra Yusif Allahdan ona nicat verməsini dua etdi. Lakin nicat tapmadı. Allahın mələyi Həzrət Cəbrail(ə) onun yanına gəldi və dedi: “Ey Yusif! Bu quyudan nicat tapmaq istəyirsənmi?”
Yusif(ə) dedi: “Niyə istəmirəm?”
Cəbrail dedi: “Elə isə bu duanı oxu və nicat tap.”
أَللّهُمَ إِنِّى أَسْئَلُكَ بِأَنَّ لَكَ الْحَمْد لا إِلهَ إِلّا أَنْتَ الْمَنَّانُ بَدِيْعُ السَّمَوَاتِ وَالْأَرْضِ ذُوالْجَلالِ وَالْإِكْرَامِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍِ وَآلِ مُحَمَّد وَ أَنْ تَجْعَلَ إِلى مْمَّا أَنَا فِيْهِ فَرَجًا وَ مَخْرَجًا
“Ey Allahım, səndən istəyirəm, çünki həmd sənə məxsusdur. Səndən başqa minnət qoyan yoxdur. Yeri-göyləri yaradan ləyaqət və cəlal sahibisən. Məhəmməd (s) və onun ailəsinə salavat göndər və mənə düşdüyüm bu müşküldən nicat ver.”1
Həzrət Yusif(ə) bu duanı oxuyan kimi, Allah-təala ona quyudan nicat verdi.
Bir çox hədis və rəvayətlərdə Quranda gələn vəsilə sözü Əhli-beytə(ə) aid olduğunu vurğulamışlar.
عن سلمان الفارسى قال: سمعت محمد(ص) يقول:
إن الله عز و جل يقول: يا عبادى أوليس من له اليكم حوائج كبار تجودون بها الا أن يتحمل عليكم بأحب الخلق اليكم تقضونها كرامة لشفيعهم ألا فعلموا أن أكرم الخلق على و أفضلهم لدى محمد و أخوه على و من بعده الأئمة الذين هم الوسائل الى الله
Salman Farsi(r) Həzrət Peyğəmbərdən(s) bu barədə gözəl bir hədis nəql etmişdir. Allah-təala buyurur: “Ey Mənim bəndələrim!____________________________________________________________________________________________________________________________________________________________________________..
Səmhudi “Vəfaül-vəfa” kitabında Nəsaidən və Tirmizidən belə bir hədis nəql etmişdir:
Bir çox hədis və rəvayətlərdə Quranda gələn vəsilə sözünün Əhli-beytə(ə) aid olduğu vurğulanmışdır. Hətta Peyğəmbər(s)-in öz zamanında belə insanlar Peyğəmbərə təvəssül edib Allahdan öz istəklərini almışlar.
Səmhudi “Vəfaül-vəfa” kitabında Nəsaidən və Tirmizidən belə bir hədis nəql etmişdir:
“Bir kor kişi Peyğəmbərin hüzuruna gəlib dedi: “Allahdan mənə sağlamlıq (afiyət) verməsini istə.”
Peyğəmbər(s) dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra, belə dua etməsinə göstəriş verdi:
أَللّهُمَ إِنِّى أَسْئَلُكَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الْرَّحْمَةِ يَا مُحَمَّد إِنِّى تَوَجَّهْتُ بِكَ رَبِّى فِى حَاجَتِى لِتَقْضِيَ لِى أَللَّهُم شَفِّعْهُ فِى
“İlahi, mən istəyirəm ki, rəhmət peyğəmbəri Məhəmmədin vasitəsi ilə, mənə nəzər yetirəsən. Ey Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan diləyimi istəyirəm. İlahi, onun (peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.” O, bu duanı etdi və şəfa tapdı.2
Üçüncü xəlifə Osmanın dövründə bir nəfər Həzrət Peyğəmbərin(s) qəbrinin kənarına gəlib namaz qıldıqdan sonra belə dua etdi:
أَللّهُمَ إِنِّى أَسْئَلُكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّنَا مُحَمَّدٍ نَبِيِّ الْرَّحْمَةِ يَا مُحَمَّد إِنِّى أَتَوَجَّهُ بِكَ اِلى رَبِّكَ فِى أَنْ تقضى حاجة
“İlahi, mən istəyirəm ki, rəhmət peyğəmbərimiz Mühəmmədin vasitəsi ilə, mənə nəzər yetirəsən. Ey Mühəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan hacətimi istəyirəm. ”
O öz hacətini aldı.
Bu hadisə Osmanın dövründə olmuşdur. Əgər bu əməl haram bir iş olsaydı o şəxsə qadağan edərdilər.
Ümumiyyətlə Peyğəmbər(s) və imamları Allaha bir vasitə bilib onlara təvəssül etmək Allaha şərik qoşmaq deyildir. Allah Özü də Quranda Ona vasitə ilə yaxınlaşmağı əmr etmişdir.
İbn Həcər Məkki “Səvaiq” kitabında imam Şafeidən belə bir rəvayət nəql edir. Şafei Həzrət Peyğəmbər(s)-i bir vasitə sayaraq belə bir şer oxudu:
آلُ الْنَّبِيّ ذَرِيْعَتِي وَهُمْ إِلَيْهِ وَسِيَلَتِي
أَرْجُوا بِهِمْ أُعْطَى غَدًا بِيَدِالْيَمِينِ صَحِيفَتِى
“Peyğəmbərin Əhli-beyti mənim üçün bir vəsilədir. Onlar Allahla mənim aramda olan bir vəsilədirlər. Ümid edirəm ki, Qiyamət günü onlara xatir mənim nameyi-əməlimi sağ əlimə verəcəklər.”1
Alusinin təfsirində Əhli-beyti vasitə saymaq barədə çox bəhs edilmişdir. Müəllif bu barədə belə deyir: “Mən Peyğəmbər(s)-in vasitəsilə Allaha müraciət etməkdə heç bir maneə görmürəm. İstər o həzrətin sağlığında olsun, istərsə də vəfatından sonra.” Sonra əlavə edərək deyir: “Həzrət Peyğəmbər(s) və onun əhli-beytindən başqa Allah yanında məqamı və hörməti olan şəxslərə də təvəssül etmək olar.1
İbn Həcər “Əl-xeyratul-hisan” kitabında belə yazır: “İmam Şafei Bağdad şəhərində olarkən hərdən Əbu Hənifənin qəbrinin ziyarət etdikdən sonra ona təvəssül edərdi.”2
Yuxarıda qeyd olunan hədislərdən məlum olur ki, təvəssül etmək çox yaxşı bir əməldir. Əgər təvəssül etmək haram bir əməl olsaydı Şafei və yaxud başqa alimlər təvəssül etməzdilər.
Bizim bu bəhsimizin nəticəsi budur ki, əgər insan əhli-beytə təvəssül etmədən və onlarla əlaqə yaratmadan təqva əldə edə bilməz.qəlbi imanın əmələ gəlməsində də məhz Əhli-Beyt böyük rol oynayır. Onlara təvəssül etməyən şəxs qəlbən imanı əldə edə bilməz. Bir sözlə desək, Peyğəmbər (s) və onun Əhli – Beytinə məhəbbət bəsləməyən şəxsin təqvası faydasızdır və Əhli –Beyti qəbul edib, təqvası olmayan şəxs də belə qəlbən imanı ələ gəğtirə bilməz. Hətta böyük alimlərin də yüksək məqama yetməsində və elmlərini artmasının səbəbi də məhz Əhli –Beytə təvəssül etməklə olmuşdur. Onların elm oxumaqda və ya başqa işlərdə çətinliyə düşdükdə, öz çətinliklərini Əhli –Beytə təvəssül etməklə aradan qaldırmışlır.
Mərhum Behbəhaii yazır ki, Şeyx Ənsarinin şagirdlərindən biri deyir: Mən Şeyx Ənsarinin dərslərində iştirak edirdim. Axır vaxtlar onun dediyi dərslər çox yüksək səviyyədə olduğundan dərs mənə ağır gəlirdi. Yəni dərsi başa düşmürdüm. Nə qədər çalışırdımsa yenə də onun dərsləri beynimə girmirdi. Axırda Əli(ə)-a təvəssül etməyi qərara aldım. Nəcəf şəhərində gedib Həzrət Əlinin(ə) hərəminə daxil oldum və o həzrətin qəbrinin kənarında əyləşib ona yalvarıb dedim: Ya Əmirəl-möminin Allahdan mənə dərslərimi öyrənmək üçün və dərsləri başa düşməyim üçün müvəffəqiyyət dilə. Mən Həzrət Əli(ə)-a təvəssül edib evimə qayıtdım. Gecə yuxuda gördüm ki, İmam Əli(ə) gəlib qulağıma bismillahir Rəhmanir Rəhim kəlməsini oxudu. Səhər yuxudan ayıldım və başa düşdüm ki, İmam Əli(ə) mənim hacətimi verib. Dərsə getdim və Şeyxin dediyi dərsləri çox asanlıqla başa düşürdüm. Mən dərslərimi gün-bəgün daha yaxşı öyrənib inkişaf edirdim. Hətta o dərəcəyə gəlib çatmışdım ki, Şeyx Ənsarinin dediyi dərslərə irad tuturdum. Bir neçə müddət Şeyx Ənsarinin dediyi dərslərə irad tutdum. Bir gün Şeyx Ənsari dərs qurtardıqdan sonra tələbələr evlərinə getmək istəyərkən Şeyx Ənsari məni öz yanına çağırdı və qulağıma dedi: “Sən dərsdə əyləşəndə mənə diqqətlə qulaq as və irad tutma. Çünki sənin qulağına Bismillahir-rəhmanir-rəhim deyən, mənim qulağıma Həmd surəsini vələzzallinə qədər oxuyub.
MərHum Əllamə Əmini “Əlğədir” kitabını yazarkən “Rəbiül-əbrar”1 adlı kitaba ehtiyacı olur. O elə bir kitab idi ki, O zamanlar çox az tapılan kitablardan idi.
Əllamə Əmininin o kitaba böyük ehtiyacı olduğundan onu çox axtardıqdan sonra Nəcəf şəhərində Şeyx Məhəmməd Səmavidə olduğunu bildi. Gedib kitabı ondan istədi. Lakin Şeyx Məhəmməd kitabı ona verməkdən imtina etdi. Əllamə Əmini nə qədər xahiş etdisə, xeyri olmadı.
Əllamə Əmini deyir: Günlərin birində çox narahat halda Həzrət Əlinin(ə) qəbrinin kənarında əyləşib fikirə getmişdim. Birdən gördüm ki, avam bir ərəb öz uşağını Əlinin(ə) qəbrinin kənarına qoyub üzünü Əlinin(ə) qəbrinə tutub dedi: “Ya Əmirəl-möminin əgər bu uşağa şəfa verməsən mən bir daha bura gəlməyəcəyəm. Ərəb uşağı qoyub getdi. Bir neçə saat keçməmiş gəlib uşağı götürdü. Əli(ə) onun uşağına artıq şəfa vermişdi. Mən bu hadisəyə çox təəccüb etdim. Sonra üzümü Əlinin(ə) qəbrinə tutub dedim: Ya Əmirəl-möminin, mən neçə vaxtırki, sənin kitabını yazmaq üçün “Rəbiül-əbrar” kitabını axtarıram lakin tapa bilmirəm. Sən bir ərəbin öz uşağına şəfa diləməsi ilə ona şəfa verdin. Lakin neçə vaxtdır ki, mən o kitabı səndən istəyirəm niyə mənə vermirsən? Mən çox narahat halda ağlamağa başladım. Orada məni yuxu tutdu və yatdım. Yuxuda Həzrət Əli(ə) gəlib mənə buyurdu: O ərəb avab bir insandır. Əgər onun hacətini verməsəydim imanı zəyifləyərdi və dindən üz döndərə bilərdi. Ona görə də o hacətini bir dəfə məndən diləməklə mən onun hacətini verdim. Lakin sən o ərəb kimi deyilsən ki, bir dəfə itəməklə sənin hacətini verim. İndi ki, görürəm çox narahatsan, onda get o kitabı Kərbəlada oğlum Hüseyn(ə)-dan al.
Mən yuxudan ayıldım və Kərbəlaya yollandım. İmam Hüseynin qəbrini ziyarət etdikdən sonra sübh namazını orada qıldım. Hərəmin həyətinə çıxdım və narahat halda ora-bura baxırdım ki, görəsən o kitab mənə necə çatacaq. Birdən Kərbəlada böyük xətiblərdən biri olan Mərhum Şeyx Məhəmməd Həsən Əbül-Hübb mənə yaxınlaşdı. Mən onunla görüşüb hal-əhval tutdum. Bir az söhbət etdikdən sonra o, məni öz evinə dəvət etdi. Lakin mən getmək istəmədim. Çünki mən kitabı İmam Hüseyndən(ə) almamış heç yerə getmək istəmirdim. Şeyx Məhəmməd Həsən çox təkid etdi. Axırda mən onunla razılaşdım. Yolda çörək alıb evlərinə getdik. Şeyx Məhəmməd Həsən çay-çörək hazırlayıb mənə dedi: Qonağ otağında əyləşək ya mənim kitabxanam olan otağda? Harada ürəyin istəyirsə orada əyləşib nahar edək.
Mən dedim: Kitabxanan olan otağda əyləşsək daha yaxşı olar. Şeyxin kitabxanasında əyləşib nahar edərkən, birdən gözüm onun kitabxanasında olan axtardığım həmin kitabı gördüm. Məni ağlamaq tutdu. Şeyx mənim ağlamağımın səbəbini soruşdu. Mən başıma gələn hadisələrin hamsını ona danışdım. Şeyx Məhəmməd Həsən o kitabı götürüb mənə bağışladı. Mən başa düşdüm ki, İmam Hüseyn(ə) o kitabı Şeyx Məhəmməd Həsənin əli ilə mənə yetirdi.
Tarixdə bu kimi hadisə və mcüzələr alim və qeyri-alimlərin barəsində çox olmuşdur.
Allah-təala insanlara əhli-beytə təvəssül etməyə icazə vermiş və onları Özü üçün yer üzündə bir vasitə olaraq təyin etmişdir.
Ümumiyyətlə təqvası olub lakin əhli-beyti sevməyən və ya əhli-beyti sevib təqvası olmayan şəxs bir qanadlı quşa bənzər ki, heç vaxt istədiyi məqama nail ola bilməz. İmam Riza(ə)-buyurmuşdur: Həm təqvalı olun, həm də əhli-beyti sevərək onlara təvəssül edin!”
Sonda bir daha qeyd etmək lazımdır ki, həm əhli-beyti sevib onlara təvəssül edən, həm də təqvalı olan şəxsin qəlbinə iman daxil olar və qəlbinə iman daxil olan şəxs isə daxili mübarizədə həmişə qalib olar. İstər adi halda, istərsə də onun daxilində günahların tüğyan etdiyi zaman qəlbində olan o imən onu idarə və islah edər. Belə insanlar Cənnətə daxil olaraq Allahın ən sevimli bəndəsi olar.
Allah-təala belə bir imanda olmağı hamıya nəsib etsin, inşaallah!
MÜNDƏRİCAT
İdarə və islah edici amillər
Elm
Peyğəmbər və İslam xəlifələrinin elmin inkişafı üçün gördüyü işlər
Elmdən məqsəd
Qanun
İsan və qanun
Qanunun nöqsanları
Dostları ilə paylaş: |