Sul 845. Gecə nafilələrindən yalnız bə’zi rəkətləri qılmaq səhihdirmi? Məsələn, iki rəkət şəf’i və bir rəkət vətr namazını qılaq?
Cavab: Bəli, hər miqdar istəsəniz qıla bilərsiniz və hətta bir rəkət «vətr» namazını da qıla bilərsiniz.
Sual 846. Üzürlü səbəbə, ya çətinliyə görə, gecə namazını vaxtında qıla bilməyən bir şəxs, ya müsafir gecənin əvvəlində qıla bilərmi və ya sonradan onun qəzasını yerinə yetirmək olarmı?
Cavab. Daha yaxşıdır ki, qəzasını yerinə yetirsin.
Sual 847. (Urvətul-Vusqa fi ovqatil-rəvatib, məsələ 72)-də buyurmusunuz: Necə ki, gecə namazından dörd rəkət, ya artıq qılan bir şəxs sübh azanının səsini eşitsə, onun qalanını muxəffəfətən1 qılsın. Sualım budur ki, qalanını əda, yoxsa qəza niyyəti ilə qılmalıdır?
Cavab: Verilən suala əsasən (əgər qalan hissəni fasiləsiz qılsa) əda, niyyəti ilə qılsın.
Sual 848. Bə’zən camaat namazına adamların toplaşmasından ötrü zöhr və əsr namazlarını bir az gecikdirirlər və əsr namazının nafilələrini qılmağa fürsət yaranıbsa əsr namazının nafilələrini zöhr namazının nafilələrindən əvvəl qılmaq caizdirmi?
Cavab: Onları qılmağın maneəsi yoxdur və səhihdir.
Sual 849. Zöhr və əsrin nafilələrini zöhrdən əvvəl qılmaq səhihdirmi? Başqa günlərlə cümə günü və cümə namazında iştirak edib-etməmək arasında bir fərq vardırmı?
Cavab: Cümə günü zöhr və əsrin nafilələrini zöhrdən qabaq qılmağın maneəsi yoxdur və səhihdir, istər cümə namazında iştirak etsinlər, istərsə də iştirak etməsinlər. Amma cümə günündən başqa günlərdə ən güclü nəzəriyəyə əsasən zöhrdən əvvəl qılmaq caiz deyil. Əgər nafilələri vaxtında qıla bilməyəcəyini bilən bir şəxs zöhrdən əvvəl qılmaq istəsə ehtiyata əsasən “rəca” qəsdi ilə qılsın.
Sual 850. Nafilə namazlarını uca, ya ahəstə səslə qılmağın hökmü necədir?
Cavab: Zöhr və əsr namazlarının nafilələrini ahəstə, məğrib, işa, sübh və gecə nafilələrini isə ucadan qılmaq müstəhəbbdir. Başqa nafilələri (ayın əvvəlində qılınan namaz, Cəfər-Təyyar, vəhşət namazı, ramazan ayının gecə nafilələri və sair) isə uca, ya ahəstə qılmaqda insan ixtiyar sahibidir.
Sual 851. Bir şəxs zöhrdən təqribən yarım saat sonra zöhr və əsr namazını furada, ya camaatla qılmışdır. Ondan sonra zöhr və əsrin nafilələrini qılmaq istəsə əda, yoxsa qəza niyyəti ilə qılsın? Nafilələri bilərəkdən, ya bilməyərəkdən gecikdirmək arasında bir fərq vardırmı?
Cavab: Xeyr, heç bir fərq yoxdur, əda niyyəti ilə qıla bilər.
Sual 852. Oturan halda iki rəkət qılınan nafilə ayaq üstə qılınan bir rəkətə bərabərdirsə, vəzifəsi xəstələr kimi oturan halda namaz qılmaq olan bir şəxsin nafilələr barədə vəzifəsi nədir?
Cavab: Müstəhəbbdir ki, oturan halda qıldığı hər iki rəkəti sağlam adamlar kimi bir rçkət hesablasın.
Sual 853. Nafilə namazının bir rəkətini ayaq üstə, digər rəkətini isə oturan halda qılmaq səhihdirmi?
Cavab: Bəli, səhihdir.
Sual 854. Səfərdə namazları tamam qılan şəxslərin zöhr və əsr nafilələrinin hökmü necədir?
Cavab: Hər cəhətdən namazlarını bütöv qılan şəxslər üçün gündəlik nafilələrin müstəhəbliyi sabitdir, onları qılmaq şəriətə uyğun və səhihdir.
Sual 855. “Rəca” qəsdi dedikdə nə nəzərdə tutulur?
Cavab: Yə’ni savab ümidi ilə.
Sual 856. “Məfatihul-cinan“ kitabında, rəcəb ayının əvvəl cüməsində zikr olunan “rəğaib-namazı“ nın və həmçinin ondan qabaq cümə axşamı günü oruc tutmağının müstəhəbliyi nə dərəcədə səhihdir?
Cavab: Əllamə Məclisi (r.) «Bihar» kitabının 98-ci cildi, səh. 395-də, 25-ci fəsldə, seyyidin icazəsi ilə və sənədi Ənəs ibn Malikə çatan hədisdə Həzrət Peyğəmbər (s)-dən “Rəğaib gecəsi və ondan qabaq cümə axşamı gününün orucunun fəziləti», həmçinin Rəğaib gecəsinin namazı və onun zikrlərinin necəliyi barədə «İqbal» kitabında müvafiq hədis rəvayət olunmuşdur. Lakin, bu iki rəvayətin e’tibarına diqqət yetirilməsi gərəkdir. Zənnimcə «Məfatih»də zikr olunanlar yuxarıda işarə olunan iki rəvayətin bir-biri ilə yaxın məzmunudur ki, “Bihar“ kitabından götürülmüşdür. Buna əsasən, “Rəğaib“ gecəsinin namazına və ondan qabaq oruc tutmağın müstəhəbb olmasına hökm etmək müşkül məsələdir. Bəli rəca (savab) niyyəti ilə onları yerinə yetirməyin eybi yoxdur. Allah alimdir.
Sual 857. Belə məşhurdur ki, gecə namazında qırx mö’minə dua edirlər. Bu barədə bir hədis zikr olunubmu və şər’i dəlili vardırmı? Yaxud, qırx mö’minə dua etmək lazımdır? Ümumiyyətlə dua etmədən gecə namazı qılmaq olarmı?
Cavab: Bu barədə xüsusi bir hədis gəlməmiş və qarşıya çıxmamışdır. Ancaq mərhum Şeyx Bəhayi, Kəfhəmi və Sahib Cəvahir (qəddəssəllahu əsrarəhum) öz kitablarında bir sıra cümlələr gətirmişlər ki, bu mövzuda xüsusi hədisin olmasını və eynilə onun bizim əlimizə gəlib çatmamasını anladır. Zənnimcə qeyd olunan şöhrətin mənşəyi elə həmin ibarətlər olsun. Bundan əlavə mö’təbər rəvayətlərdə gəlibdir ki, hər kəs qırx mö’minə dua edəndən sonra özünə dua etsə, duası müstəcab olar. Buna görə də vətr namazının qunutunda qırx mö’mini dua etməyin şər’i əsası var və işkalsızdır. Ancaq elə də zərurəti yoxdur, duasız da namaz səhihdir.
Sual 858. Qırx mö’minə dua edəndə olar ki, iyirmi mö’min kişiyə və iyirmi mö’min qadına dua edək?
Cavab: Bəli, deyə bilərsiz, bu cəhətdən mömin və möminə arasında bir fərq yoxdur.
Sual 859. Qırx mö’minə dua edəndə dirilərin də adını çəkib dua etmək olarmı?
Cavab: Bəli, olar.
Sual 860. Bir şəxs üçün dua etmək istəyirik, o günahkar olsa dua ona kifayət edərmi?
Cavab: Bəli, onların duaya daha çox ehtiyacları vardır.