ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə39/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   35   36   37   38   39   40   41   42   43

Kəsirus-səfər


Sual 822. Təhsil almaq üçün öz şəhərlərindən başqa şəhərə gedənlər adətən, cümə günü öz vətənlərinə qayıdan tələbələr və ya öz vətənlərindən iş üçün şər’i məsafəyə gedib əsr vaxtı qayıdan fəhlə və işçilər kimi işləri çox səfər etmək olan şəxslərin namaz və orucunun hökmü nədir?

Cavab: Ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsrdir və onların orucları da səhih deyil.

Sual 823. Bir şəxsin çoxlu sayda səfərləri vardır, amma peşəsi səfər etmək deyil (məsələn: görüş ya istirahət və ya bir şəhərdə müəyyən qədər malı qaldığı üçün bir neçə dəfə səfər edən şəxslər kimi...) vəzifəsi nədir?

Cavab: Bütün bu səfərlərdə müsafir hökmündədir və namazı qəsrdir.

Bir yerdə neçə gün qalcağını bilməyən müsafir


Sual 824. Bə’zən bir kəsi tutub şəhərindən 45-km aralıda yerləşən həbsxanaya göndərirlər. Nə qədər həbsdə qalacağını bilmirsə, onun namaz və orucunun hökmü nədir?

Cavab: Əgər məhbus hara aparıldığını bilmirsə namazı tamamdır. Əgər hara aparıldığını bilirsə, amma onu ixtiyarsız maşına qoyub aparıblarsa, ehtiyata əməl etsin, namazını həm tamam və həm də qəsr qılsın. Orada otuz gün tərəddüddə qalandan sonra namazını tamam qılsın.

Namazını tamam qıldığı vaxtlarda orucunu da tutmalıdır. Namazı həm şikəstə və həm də tamam qılan vaxtlarda da Mübarək Ramazan ayının orucunu tutsun və sonra qəzasını da etsin.



Sual 825. Əgər həbsxana şəhərdən 22, 5 km uzaqda yerləşirsə, orada olan məhbusun namaz və orucunun hökmü necədir?

Cavab: Bütün hallarda namazı tamam qılmalı və orucu da tutmalıdır. Çünki, səfər qəsdi etməmişdir.

Sual 826. Əgər həbsxana 22 km.-dən az bir məsafəyə yerləşsə hökmü necədir?

Cavab: Namazı tamam qılmalı və orucu da tutmalıdır.

Sual 827. Bir məhbusu həbsxanadan aralıda olan xəstəxana kimi başqa bir yerə aparsalar və iki dəfə onu qaytarsalar, namaz və orucunun hökmü necədir?

Cavab: Xəstəxana və həbsxana arasında məsafə səkkiz fərsəx olsa və onu da oraya ixtiyarsız aparıblarsa, ehtiyata əməl edib namazını həm tamam, həm də qəsr qılsın və orucu da qeyd olunan qayda ilə tutsun. Orada otuz gün tərəddüddə qalsa, ya əvvəlcədən on gün qalacağını bilsə namazı tamamdır.

Sual 828. Bir şəxs vətəni olmayan başqa bir şəhərdə xəstəxanaya düşmüşdür. Xəstəxanaya düşdüyü gündən bir ay vaxt keçir, müalicə müddəti nə qədər çəkəcəyi mə’lum deyilsə, namaz və orucun hökmü necədir?

Cavab: Otuz gün keçəndən sonra onun namazı tamamdır və orucu da səhihdir.

Bilade-kəbir


Sual 829. Bilade-kəbirədən məqsəd nədir?

Cavab: Bilade-kəbirə həddən artıq çox böyük olan şəhərlərə deyilir. Belə ki, onun şimalından cənubuna, ya məşriqindən məğribinə hərəkət etmək səfər hesab olunsun.

Sual 830. Tehran şəhəri “bilade-kəbirə” sayılırmı?

Cavab: Mənim nəzərimcə Tehran “biladu-kəbirə”

deyil və İranda belə bir şər’i ad daşıyan şəhər yoxdur


Günah səfəri


Sual 831. Dövlətin maşınından şəxsi istifadə etmək düzgün olmamasına diqqət etməklə, dövlət işçisi dövlət maşınından öz şəxsi səfərləri üçün istifadə etsə, onun səfəri günah səfərdirmi? Səfər üçün bir şəxsin biletini qəsb edib, həmin biletlə səfər edən şəxsin hökmü necədir?

Cavab: Yuxarıda qeyd olunan halda onun əməli düzgün deyil, amma onun səfəri günah səfəri sayılmır və namazı da qəsrdir.

Sual 832. Əgər səfərdə başqasının bilet növbəsindən istifadə olunsa, ya sahibinin razılığını ələ gətirmədən onun aldığı biletdən istifadə edilsə, istifadə edən şəxsin namaz və orucunun hökmü necədir?

Cavab: Başqasının növbəsindən istifadə olunan surətdə biletin pulunu özü ödəsə namazı qəsrdir və gərək oruc tutmasın. Eləcə də başqasının biletindən istifadə etsə, qəsbi minik vasitəsi hökmündədir, ehtiyat müstəhəbbə əsasən gərək namazı həm tamam və həm qəsr qılsın və orucu da tutsun, sonradan onların qəzasını da yerinə yetirsin.

Səfərlə bağlı müxtəlif məsələlər


Sual 833. Tehrandan olan bir nəfər Baqirabad kəndinə gəlib-qayıtsa, Tehranla Baqirabadın məsafəsinin dörd fərsəxdən çox olmasını nəzərə alsaq, onun namaz və orucunun vəzifəsi necədir?

Cavab: Əgər Tehranın axırından getdiyi Baqirabadın əvvəlinə qədər olan məsafə dörd fərsəx olsa namazı qəsrdir, orucu da gərək iftar etsin. Bunların arasındakı fasilə az olarsa namazı tamam və orucu da səhihdir.

Sual 834. Tehran şəhərindən olan bir şəxs Qum şəhərinə gəlsə, qayıtdıtı zaman Həzrəti İmam Xomeyninin Müqəddəs məzarına ya “Behişti-Zəhra” adlanan yerə çatarsa, bu iki yerdə onun namazının hökmü necədir, tamamdır, yoxsa qəsr?

Cavab: Nə qədər ki, Tehrana çatmamışdır namazı qəsrdir.

Sual 835. Müsafir namazının niyyəti necədir?

Cavab: Səfərdə olmayan şəxslərin namazının niyyəti kimidir və heç bir fərqi yoxdur. Namazın niyyətində tamam, ya qəsr demək lazım deyil.

Namazla bağlı müxtəlif məsələlər


Sual 836. Bir şəxs namaz üçün ayaq üstə durmağa qadir deyil, amma mümkündür başqaları onu qaldırsınlar, ya əsa tutmaqla və yaxud divardan tutmaqla qalxsın. Bə’zən bir şeyə söykənmədən qiraət və qiyam zamanı bədəni titrəyir. O şəxsi namaz üçün qaldırsınlar, ya bir şeyə söykənib namazını ayaq üstə qılsın və yaxud namazını oturan halda qıla bilərmi?

Cavab: Hər iki surətdə namazı ayaq üstə qılmaq vacibdir.

Sual 837. Vacibi namaz üçün qonağı, qonşunu və başqa şəxsləri oyatmaq necədir? Şər’i cəhətdən işkalı varmı? Övladla başqaları arasında bir fərq vardırmı?

Cavab: Başqalarını oyatmaq lazım deyil, amma övladı namaza adət etsin deyə, oyatmaq düzgün hətta lazımdır da.

Sual 838. Namaz halında namaz qılınan yerdə musiqi səsi gəlsə, namaz qılanın vəzifəsi nədir?

Cavab: Əgər qulaq asmasa, işkalı yoxdur. Əgər namazdan əvvəl haram musiqi səsinin ucalmasını bilsə, imkan olan surətdə namaz üçün başqa bir yerə getsin.

Sual 839. Gecə namazını, ya başqa müstəhəbbi namazları hərəkət halında qılmaq olarmı?

Cavab: Maneəsi yoxdur.

Sual 840. Bir şəxs gecənin axırına qədər oyaq qalsa və sübh namazına oyana bilməyəcəyini bilsə, oyaq qalması caizdirmi?

Cavab: Verilən suala əsasən sübh namazına oyana bilməyəcəyinə yəqinlik tapsa, daha çox ehtiyata əsasən oyaq qalmağı tərk etməlidir.

Sual 841. Xəstə zərərdən ya başqa üzürlü səbəblərdən qorxub namazını aşağıda qeyd olunan qayda ilə yerinə yetirmiş, sonradan öz qorxusunun yersiz olduğunu başa düşmüşdür. Aşağıda qeyd olunan hallarda vəzifəsi nədir?

a) Qusl və dəstəmaz yerinə təyəmmüm etsə.

b) Üç növ təharəti cəbirə qaydası ilə yerinə yetirsə.

v) Namazı oturan halda, ya işarə ilə qılsa.

q) Qiblənin əksinə namaz qılsa.

Cavab:

a) təkrar qılmaq lazım deyil.

b) təkrar qılmaq vacib deyil, amma təkrarlasa daha yaxşıdır.

v) təkrarlamaq lazımdır.



q) təkrarlamaq lazımdır.

Sual 842. Müəyyən səbəblər, ya çətinliklər üzündən üç növ təharətini naib tutduğu şəxsin vasitəsi ilə yerinə yetirən bir kəsin vəzifəsi nədir? Bu cür qıldığı namazları təkrar qılması lazımdırmı?

Cavab: Verilən suala əsasən namazları təkrar qılması lazımdır.

Sual 843. Zəruri hallarda namaz halında olan xəstəyə dərman içirdirlər, imkan olan surətdə namazı təkrar qılmaq lazımdırmı?

Cavab: Namazın surəti pozulubsa batildir və təkrarlamaq lazımdır; namazın surəti pozulmasa da ehtiyat vacib odur ki, namazı təkrar qılsın

Sual 844. Mənim əqidəmə görə namaz Peyğəmbərimizə ərəbcə nazil olmuşdur. O həzrətin dili ərəb dili olduğu üçün onu dərk edirdi. Amma bizim dilimiz fars dili olduğuna görə nə üçün onu daha yaxşı başa düşmək üçün öz dilimizdə qılmayaq?

Cavab: Əziz övladım,1 sizin sözünüzün birinci hissəsi təmamilə doğrudur, amma şər’i dəlil baxımından Həzrət Peyğəmbərin (s) bizə verdiyi göstərişi budur ki, ana dilləri ayrı olan şəxslər də hamılıqla namazı ərəbcə qılsınlar. Sizin çətinliyinizin həlli yolu budur ki, ən azı ərəbcə qıldığınız namazın mə’nasını öyrənəsiniz və onun mə’nasını başa düşəsiniz. Onun ərəbcə qılınmasının bir səbəbi də budur ki, əgər bütün müsəlmanlar namazı ərəb dilində qılsalar, İlahi vaciblərin ən mühümü olan namazda kamil bir həmrəylik və əqidə uyğunluğu yaranacaqdır. Buna əlavə olaraq, Qur’an dili ilə də tanışlıq yaranacaqdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin