ÖZÜN ÖLDÜRÜRSƏN, ÖZÜN DƏ MATƏM TUTURSAN!
Sənanın şimal şərqində yerləşən Məarib şəhəri onda olan böyük bir səddə görə məşhurlaşmışdı (bu sədd 542-570-ci illər arasında dağıdılmışdır). Yəmən qəbilələri bu səddin bərəkətindən inkişaf etmiş və güclü əkinçilikdən bəhrələnmişlər. Bu sədd "Ərm" adı ilə məşhur olan sel nəticəsində dağılmış, şəhər əhalisi də Ərəbistanın digər məntəqələrinə səpələnmiş, əksəriyyəti Şam, Iordoniya, Fələstin və Iraqda məskunlaşmışdılar. Onlar dağınıq halda olmalarına baxmayaraq, öz əsil-nəsəblərini tamamilə qoruyub saxlamışdılar. Buna görə də Əzd, Müzər, Kində, Xüzaə və Rəbiə qəbilələrinin bəzi şaxələri Iraqda, bəziləri isə Şam, Iordoniya və Fələstində yaşayırdılar.152
Imam (ə)-ın ordunu tərtib etməkdə seçdiyi yol bu idi ki, Iraqda yaşayan hər qəbilənin üzvləri həmin qəbilənin başqa yerlərdə yaşayan üzvləri ilə qarşı-qarşıya dursunlar. Çünki bu cür qarşıdurmalar insani duyğuların təhrik olunmasına səbəb olur, nəticədə şiddətli qan axıdılmasının qarşısı alınırdı.153
Bir gün Xəsəmi qəbiləsinin Şamda yaşayanlarının başçısı Əbdüllah həmin qəbilənin Iraqda yaşayanlarının başçısı ilə görüşmək istədi. Çox çəkmədən bu görüş baş tutdu. Şamlı qəbilə başçısı təklif etdi ki, hər ikisi müharibəni saxlayıb nəticəni gözləsinlər, hansı tərəf qələbə çalsa, onunla beyət etsinlər. Lakin onların müzakirəsi heç bir fayda vermədi. Çünki iraqlı qəbilə başçısı bu təklifi heç cür qəbul etmədi və Imam (ə)-dan ayrılmaq istəmədi. Sonra bu iki qəbilənin arasında təkbətək döyüş başlandı. Iraqlı qəbilədən olan Vəhəb ibni Məsud Xəsəmi şamlılardan olan öz rəqibini yerə sərdi. Bu zaman şamlı qəbilədən bir nəfər hücum edərək iraqlı xəsəmilərin rəisini–Əbu Kəbi öldürdü, sonra onun cənazəsinə baxıb ağlaya-ağlaya dedi:–"Mən Müaviyəyə itaət etdiyim üçün səni öldürdüm, halbuki mənim yaxın qohumum idin və səni onlardan çox istəyirdim. Allaha and olsun, nə deyəcəyimi bilmirəm. Yalnız bunu deyə bilərəm ki, şeytan bizi azdırmışdır. Qüreyş bizi öz əllərində bir alətə döndərmişdir!"
Qəbilələr arasındakı təkbətək döyüşlər hər iki tərfdən səksən nəfərin öldürülməsi ilə sona çatdı.154
Dostları ilə paylaş: |