İqtisadiyyatın Liberallaşdırılması
Qloballaşma ilə birlikdə 80-ci illərin başlarından etibarən gündəmdəki əhəmiyyətli mövzuların başında iqtisadiyyatın liberallaşdırılması gəlir. Daha əvvələr Keynesin iqtisad nəzəriyyəsində dövlətin iqtisadiyyata müdaxiləsinin yüksək olduğu bir mühit vardı. Bu mühitdə bu görüş hakim ikən, bunun səbəbi olaraq da iqtisadi həyatda özəl sektora və bazar mexanizminə bir etibarsızlıq vardı. Dövlətin ənənəvi iqtisadiyyatı idarə mexanizmlərinin bir çoxunun təsirsiz hala gəlməsi, məhsul və xidmətlərin və pul bazarlarının dünya miqyasında inteqrasiya olunması ilə iqtisadiyyatdakı liberallaşma anlayışı qloballaşma ilə eyniləşib. Qloballaşma özündə, istehsalı, resursların təmin edilməsini və tələbin tərkibini dəyişdirərək iqtisadi böyüməyi davam etdirməyi ya da canlandırma ilə dövlətin nəzarəti və müdaxiləsi yerinə bazar güclərinin oyununu oynamasını məqsəd qoyan özəlləşdirmə, mübadilənin sərbəstləşməsi və nizamlanması tədbirlərinə daha geniş yer verilməsini ehtiva edir.
İqtisadiyyatın liberallaşdırılması "sərbəstləşmə" və "özəlləşdirmə" adı ilə dünyada bütün sürətiylə davam edir. Dövlətin iqtisadi həyatdakı varlığının azalması və gedərək ortadan qalxması, beləcə iqtisadi liberallaşmanın təmin edilərək rəqabətçi bazar strukturlarının yaradılması, büdcə kəsirlərinin azaldılması, sərmayənin alt təbəqələrə yayılması və bənzəri çox istiqamətli məqsədlər üçün özəlləşdirmə, az qala bütün ölkələrdə bir siyasət və üsul kimi ağırlıq qazanıb.
Sərbəst bazar iqtisadiyyatının bünövrəsini təşkil edən əsas paradiqma rəqabətdir. Dünyada yaşanan dəyişmə prosesində, sərbəst bazar iqtisadiyyatından başqa iqtisadi modellər, rəqabətçi və yenilikçi daxili dinamikalaradan məhrum olduqlarına görə ya qismən ya da tamamilə sərbəst bazar iqtisadiyyatına çevrilmişlər və çevrilməyə davam edirlər. Sərbəst bazar iqtisadiyyatının yenilikçi və rəqabətçi motivləri şirkətlərin genetik kodları (müştəri, texnologiya, məmul, istehsal müddətləri, insan resursları, rəhbərlik tərzləri, şirkət daxili iqlim vs.) üzərindəki təzyiqini o qədər artırıb ki, bu dəyişməyi qəbul etməyən, genetik kodlarında lazımlı dəyişikliyi edə bilməyən şirkətlər varlıqlarını davam etdirə bilməyib nəticədə yox olurlar.
Bugün təhsil, səhiyyə, təhlükəsizlik kimi xidmətlər artıq tamamilə "dövlət malı" adlandırılmır. Bəzi ölkələrdə bu cür xidmətlərdə dövlətin yanında özəl sektorun da fəaliyyətlərinin genişlədiyi görülür. Bəzi ölkələr isə çox daha radikal bir şəkildə ənənəvi olaraq dövlətin əsas fuksiyası olan müdafiəsi tamamı ilə özəlləşdirilib. Çili, dünyada müdafiə sistemini tamamı ilə özəlləşdirən ilk ölkədir və Çili modeli hələ də bir çox ölkə tərəfindən tətbiq mərhələsindədir. Özəlləşdirmə, təhsil, səhiyyə, müdafiə məsələləri ilə məhdud deyil. Uzun illər dövlətin inhisarında olan poçt və telekommunikasiya, dəmiryolları və hava yolları, enerji kimi xidmətlər gedərək özəl sektora verilərək özəlləşdirirlir. ABŞ-da bir çox əyalətdə həbsxanaların belə özəl sektora təhvil verildiyini görmək təəccübləndirici olsa da həqiqətdir. Özəlləşdirmə bugün ən böyük inqilablarından biridir və iqtisadiyyatı liberallaşdırılma strategiyalarının bünövrəsini təşkil edir.
İqtisadiyyatda liberallaşma, iqtisadi rifahın və zənginliyin əsas qaynağını meydana gətirir. Şübhəsiz, bu fikrə yönəldilən etirazlar da var. Bəzi müəlliflər bir qisim ölkələrin yoxsulluq içində olmasının əsl səbəbini inkişaf etmiş ölkələrin uzun illər bu ölkələrii istismar etmələrinə bağlayırlar. Bu ölkələrin iqtisadi inkişafdan qeri qalmalarının səbəbi imperializm olduğu ifadə edilir. Ancaq, Tayvan, Singapur kimi köhnə müstəmləkə ölkələrin son otuz il içərisindəki möcüzəvi iqtisadi böyüməsi əhəmiyyətli ölçüdə bu fikri çürüdür. Bundan başqa atom bombası ilə yerlə bir olan Yaponiyanın necə olub da iqtisadi rifah səviyyəsini artırdığını bütün cəhətləri ilə təhlil etmək lazımdır. Asiya ölkələrinin möcüzəvi iqtisadi böyüməsində rol oynayan başlıca amil bu ölkələrdə bazar iqtisadiyyatının tətbiq olunması və dövlətin bazar iqtisadiyyatı üzərində maneə törədici olmamasıdır. Heç şübhəsiz, təhsilə verilən əhəmiyyət, iş əxlaqı və iş intizamı kimi ünsürlər də bu ölkələrdəki inanılmaz iqtisadi inkişaf üzərində təsirli olmuşdur. İqtisadçılar bu amillərin əhəmiyyətini vurgulayaraq, iqtisadi rifah üçün iqtisadiyyatda liberallaşmanın lazımlı olduğu məsləsində fikirləri üst-üstə düşür.
Dostları ilə paylaş: |