Dəyişən İş Dinamikaları
Rəqabətin bünövrəsinin dəyişdiyini başa düşmək üçün, dəyişən iş dinamikalarının təhlil edilməsini də tələb edir. Bugün şirkətlər ürküdücü, fantastik, qorxuducu, əyləncəli, qəribə və hər böyüklükdəki təşkilatlar üçün fürsətlərlə dolu şərtlərdə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Bu bölümdə şirkətləri bu dəyişikliyin içinə sürükləyən amillər təhlil edilib.
Qloballaşma
Qloballaşma, son illərdə müxtəlif platformalarda fərqli cəhətləri ilə müzakirə olunan bir mövzu halına gəlib. Texnologiyaların tərəqqisindəki sürət, artan rəqabət və beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkətlər iqtisadi, siyasi və mədəni mənada qloballaşma hərəkətini bir həqiqət olaraq gündəlik həyatda yaşayır və yaşadırlar. Xüsusilə informasiya texnologiyalarının sürətlə inkişaf edərək bütün dünyada fərdlərin və təşkilatların bir-birindən xəbərdar olmalarına imkan verəcək şəkildə əhatə etmələri, qloballaşma anlayışının indiki vaxtda artıq tamamilə hakim bir amil halına gəlməsinə səbəb olub.
Qloballaşma, ölkələr arasındakı iqtisadi, ictimai və siyasi əlaqələrin inkişafı, fərqli cəmiyyət və mədəniyyətlərin inanc və münasibətlərin daha yaxşı tanınması, beynəlxalq əlaqələrinin sıxlaşması kimi bir-biriylə əlaqəli mövzuları ehtiva edən bir anlayışdır.
Qloballaşma dövrü olaraq adlandırılan yaşadığımız dünyada hər hansı bir sahədəki dəyişikliklər dərhal kompleks bir şəkildə ətraf mühütdəki diyər sahələrə də öz təsirini göstərir. Buna misal olaraq dünyada yaşanan son iqtisadi krizisii göstərmək olar. Amerikada başlayan krizis qısa bir müddətdə diyər ölkələrə də sirayət etdi və bütün sahələrdə öz təsirini hiss etdirdi. İndiki dövürdə milyonlarla insan, fərqinə varmadan uzaq məsafədə olmalarına baxmayaraq bir-biriləri ilə əlaqə qururlar. Bu əlaqələrin genişləməsində və inkişaf etməsində beynəlxalq şirkətlərin rolu böyükdür.
Qloballaşma anlayışı, genişləyən beynəlxalq ticarət, sərhəd tanımayan maliyyə resurslarının dövrüyyəsi, artan xarici investisiyalar, böyüyən qlobal şirkətlər kimi amillərlə izah olunur. İqtisadçı Richard Lipsey iqtisadiyyatın qloballaşmasını "bir çox fərdi ölkə iqtisadiyyatındakı maliyyə və istehsal sektorlarının artan ölçülərdə inteqrasiya olunması" kimi ifadə edir. Dünyanın müxtəlif ölkələrindəki fabriklərindən təmin edilən parçaların son montaj üçün bir başqa ölkədə toplanması və istehsal müddətinin dəyişik mərhələlərində müxtəlif ölkələrin sərmayə bazarlarından təmin edilməsi bu tərifə uyğun bir misaldır.
Qloballaşma, şirkətlərin beynəlxalq sərmayə strategiyalarında, xüsusilə istehsalın yerli olmaqdan çıxarılıb fərqli bölgələrdə reallaşdırılmasını ehtiva edən radikal bir yenidən mövqe təyin etmə səyini tələb edir. Milli iqtisadiyyatda yaşanan böhranlar nəticəsində şirkətlər istehsal xəttlərini beynəlxalq hala gətirmək məcburiyyətində qalmışlar. Lakin, dünyada yaşanan son iqtisadi krizis onu göstərdi ki, artıq beynəlxalq iqtisadi münasibətlərdəki qarşılıqlı asılılıq elə bir səviyyəyə gəlib ki, dünyanın bir ölkəsində iqtisadi sahədə baş verən hadisələr digər ölkələri də əhatə edir və təsir altına alır.
Qloballaşma, özündə fərqli ölçülərdə bir çox ictimai, iqtisadi və siyasi vb. mövzunu əhatə edən kompleks bir məzmuna malikdir. İqtisadçılar və ekologiyaçılar bənzər şəkildə "qlobal yerliləşmə" anlayışından danışırlar. Bu yanaşma "qlobal düşün, yerli fəaliyyət göstər" şüarıyla ifadə edilir. Əsas etibarilə iqtisadi bir amil olaraq görülən qloballaşmaya sosioloqlar isə mədəni bir proses kimi baxırlar. Tez-tez qeyd ediliyi kimi dünya kiçilməkdə, amma inteqrasiya olunmamaqdadır. Milli iqtisadiyyatlar bir-birinə yaxınlaşdıqca xalqlar, şəhərlər və bölgələr bir-birindən ayrılır. R.J.Barnet və J.Cavanagha görə qlobal iqtisadi inteqrasiya olunma prosesi siyasi və ictimai dağılmağı sürətləndirir. Ailə bağları qopur, cəmiyyətdəki münasibətlər pisləşir. Xalqlar da eynilə hüceyrələr kimi bölünərək çoxalır.
Aşağıdakı misal, bu gün qloballaşmanın şirkətlər üçün nəyi ifadə etdiyini aydın bir şəkildə ortaya qoyur:
"Bir Amerikalı General Motorsdan Pontiac Le Mans maşını aldığında, fərqində olmadan beynəlxalq bir əməliyyata daxil olur. Avtomobil üçün GM-a ödənən 20.000 dolların 6000 dolları işçilik və montaj xərcləri üçün Cənubi Koreyaya, 3500 dolları inkişaf etmiş hissələrin təmin edildiyi Yaponiyaya, 1500 dolları dizayn xərcləri üçün Almaniyaya, 800 dolları kiçik hissələr üçün Tayvana, Singapura və Yaponiyaya, 500 dolları reklam üçün İngiltərəyə, 100 dolları məlumat əməliyyat üçün İrlandiya və Barbadosa gedir. Qalan 8000 dollar da Detroitdəki strategiya mütəxəssislərinə, New Yorkdakı banklar və vəkillərə, Vaşinqtondakı lobbi fəaliyyəti icra edənlərə, ölkədəki sığortaçı və təmircilərə və bir çoxu da olkə daxilində yaşayan, ancaq xarici vətəndaşlar olan şirkətin səhimlərini alan səhm sahibləri tərəfindən paylaşılır."
Qloballaşma prosesində nəhəng şirkətlərin hökm sürdükləri və bu vəziyyətin önümüzdəki dövrdə davam edəcəyi fikiri yanıldıcı ola bilər. Çünki, indiki vaxtda və gələcəkdə sürətli dəyişmə qlobal iş dünyasında hər ölçüdə şirkətə çox dəyişik fürsətlər təqdim edir. Müştəri seçimlərindəki dəyişmə, qlobal məhsulların meydana gəlməsi, texnologiyadakı inkişaflar, nəqliyyat və xəbərləşmə sahəsindəki irəliləmələr qlobal iş imkanlarını növlərə ayırıb və yaxın zamana qədər müvəffəqiyyətli görünən nəhəng şirkətləri öz strukturlarını tərk etməyə məcbur edib.
Xüsusilə, informasiya texnologiyalarındakı inkişaflar qlobal bazarlar meydana gətirmədə kiçik şirkətlərə çox əhəmiyyətli rəqabət imkanları təqdim edir. Dünya iqtisadiyyatı böyüdükcə ən kiçik və orta böyüklükdəki oyunçuların gücü artacaq. Yəni, qlobal iqtisadiyyatın dinamik ünsürü kiçik və orta böyüklükdəki şirkətlər olacaq. Bu məzmunda, dünyanın hər yerində, nəhəng şirkətlər belə özlərini yenidən təşkilatlandırırlar. Bu yenidən təşkilatlanma prosesində nəhəng şirkətlər parçalanaraq avtonom müəssisələrə bölünürlər və yeni strukturlar yaradırlar. Nəhəng şirkətlər yaşaya bilmək və varlıqlarını davam etdirmək üçün bürokratiyanı parçalamaq məcburiyyətindədirlər. Misal olaraq, Amerikanın nəhəng şirkəti olan Asea Brown Boveri özünü 1300 şirkətə və 5000 avtonom müəssisəyə böldü. Digər tərəfdən, ABŞ-ın ixracatının 50%-i 19 ya da daha az işçisi olan şirkətlərin payına düşür. 500-dən çox işçisi olan şirkətlərin ixracatdakı payı isə 7%-dir.
Dostları ilə paylaş: |