Dəyişim Dinamikaları
|
Təzahürləri
|
İqtisadi Dəyişmə
|
Qloballaşma, Bölgsəlləşmə, Sərbəstləşmə. Özəlləşdirmə,
Zənginləşmə, Yoxsullaşma.
|
Siyasi Dəyişmə
|
Demokratikləşmə, İçtimailəşmə,
Şəffaflaşma, Yerəlləşdirme.
|
Texnologiyadakı Dəyişim
|
Kompyüterləşmə,
Sürətli Xəbərləşmə, Robotlaşma.
|
Sosyal-Mədəni Dəyişim
|
Milli-Dövlətçilik, Şəhərləşmə, Fərdləşmə, Din
|
Ekologiyadakı Dəyişim
|
Ətraf Mühütün Kirlənməsi,
Qlobal İsinmə-Soyma
Erroziya-Çölləşmə
|
Demografiyadakı Dəyişim
|
Əhalinin Artımı, Yaşlanma
|
Təşkilatlardakı Dəyişim
|
Miqyas Təsiri, Qıvraklıq, Sürət,
Müştəri Mərkəzlilik, Standartlaşma.
|
Dəyişən iş dünyası və bazar şərtləri şirkətləri davamlı olaraq yeni strategiyaların axtarışına ya da mövcud strategiyalarını bu yeni şərtlərə adaptasiya etməyə məcbur edir. Bugün heç bir şirkət dəyişmədən kənarda qalaraq öz bildiyini oxuma lüksünə sahib deyil. Bir həqiqət olaraq gündəlik həyata yerləşmiş olan qloballaşma, informasiya texnologiyalarındakı inqilab və şiddətini hər keçən gün artıran rəqabət mühiti, şirkətləri dəyişmə sürəti qarşısında yenilənməyə məcbur edir. Yeni şərtlərdə sürət, davamlı dəyişən şərtlərə uyğunlaşma və tam zamanlı reaksiya vermə baxımından böyük əhəmiyyət daşıyır.
Bir tərəfdən şiddətli rəqabətlə, müştərilərin alternativlərinin çoxalması, digər tərəfdən kompüter və informasiya texnologiyalarındakı sürətli inkişaflar şirkətlərin qərar alma müddətlərini daha da sürətləndirməyə zəruri edir. Bugünkü rəqabət şərtlərində sürət şirkətlər üçün əsas amillərdən biridir. Məhsulların ömrü sürətlə qısalır. 1990-cı illərə qədər bir avtomobil modelinin fikir mərhələsindən istehsal mərhələsinə qədər olan müddət 6 il idi. Bugün bu müddət iki il səviyyəsindədir. Hewlett-Packardın Kompüter Sistemləri təşkilat idarəsinin rəhbəri, bugün HP-in gəlirlərinin böyük hissəsinin bir il əvvəl var olmayan məhsullardan əldə edildiyini ifadə edir. Əvvəllər bir məhsulun müəyyən bir gəlir səviyyəsinə çatması on illər ala bilirdi, indiki dövürdə isə məhsulların ömürləri qısalmışdır. Müştəri sifarişləri elektronik yoldan alınır və eyni zamanda işlənir, əlaqədar sənədlər elektronik yoldan geri göndərilir və informasiyalar müntəzam bir şəkildə yenilənir.
Bugünün şirkətləri, yeni rəqabət şərtlərində, rəqabətçi üstünlük və davam etdirilə bilən rəqabətçi üstünlük əldə etmək istəyirlərsə, dəyişəmələri və bu dəyişmələri idarə edə bilmələri bütün təşkilatlar üçün aktual bir məsələ kimi gündəliklərində tutmalıdırlar. Çünki, şirkətlərin həm mövcud rəqabət sahələrində təsirli olmaları, həm də yeni rəqabətçi sahələr yaratmaları üçün fərqliləşmələri və dəyişmələri qaçınılmazdır. Başqaları tərəfindən dəyişməyə məcbur edilməkdənsə, dəyişmənin önündə olmaq, dəyişməyi reallaşdırmaq çox daha əhəmiyyətlidir. Rəqabətçi üstünlük cəhətdən baxıldığında, dəyişmənin sürəti hər sektorda fəaliyyət göstərən şirkətləri dəyişən iqtisadi mühitə sürətlə uyğunlaşmağa məcbur edir. Ətraf mühitdəki dəyişmələrə uyğunlaşma bir sonrakı dəyişim dalğasına hazır olma və bu şəkildə rəqabətin arxasınca deyil, rəqabəti şəkilləndirən şirkətlərin sırasında yer almağı təmin edəcəyi mənasını verir.
Dostları ilə paylaş: |